Marqarita Simonyanın replikası Nikol Paşinyanı nə üçün cinləndirib?

Marqarita Simonyanın replikası Nikol Paşinyanı nə üçün cinləndirib?

İyulun 30-da Rusiyanın “Lenta.ru” saytında Konstantin Lyapunovun “Məsələnin kökü Amerikaya gedib çıxır” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

RT telekanalının baş redaktoru Marqarita Simonyanın “Facebook” şəbəkəsində yazdığı post Ermənistanın baş naziri Nikol Paşinyanın əməlli-başlı xatirinə dəyib. O dərəcədə ki, siyasətçi dərhal ona cavab verməyi qərara alıb və telekanalın jurnalistlərini məxsusi bu məqsədlə Yerevana dəvət edərək, RBK TV-yə müsahibə verib. Rusiya KİV-inin baş redaktorunun sözləri nəyə görə Ermənistan rəhbərinin xoşuna gəlməyib? “Lenta.ru” bu məsələni araşdırmağa çalışıb.
Əvvələn media savaşının hansı kontekstdə baş verdiyini nəzərə almaq lazımdır. Son iki həftə ərzində Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar iyirmi nəfərin həyata bahasına başa gəlib. Ermənistan və Azərbaycan barışmaz mövqelər tutur, bir-birini provokasiyalarda və dinc kəndləri atəşə tutmaqda ittiham edirlər. Buna görə də milliyyətcə erməni olan Marqarita Simonyanın həmin münaqişəni başlamış rəsmi Yerevana müraciətinin tonu tamamilə aydındır: “Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz?” Simonyan Ermənistan rəhbərliyini “müvəqqəti hakimiyyət və xırda şəxsi intiqam xatirinə böyük erməni xalqını mənafelərini satmış bir ovuc siyasətbaz” adlandırıb.
Minskdən gözlənilməz reaksiya
Ermənistan hökumətinin başçısı Belarusa nə üçün uçmuşdu? Rusiyanın ən iri beynəlxalq KİV-nin rəhbəri olan RT-nin baş redaktoru fəaliyyətdə olan nazirlər kabinetinin Ermənistanın tarixi müttəfiqi Rusiyaya münasibətdə bir sıra hərəkətlərindən yan keçə bilməyib. Simonyanın fikrincə Rusiyanın Ermənistana münasibətdə etdiyi bütün yaxşılıqların cavabında bizim dövlətimiz heç nə əldə etməyib. RT-nin baş redaktoru yazır: “Sizin Rusiyadan aldığınız yaxşılıqların və müdafiənin müqabilində siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”. Onun sözlərinə görə sərhəddə müharibə və indiki rejimin mövcudluğu təhlükə altında qalanda Ermənistan hökuməti xatırlayıb ki, Rusiya Ermənistanı yenə xilas etməlidir. Müharibənin özü barədə Simonyan tamamilə aydın şəkildə deyib: “Dayanın! Nə qədər ki, gec deyil, sadəcə gec deyil!”
Müttəfiqlər
Nikol Paşinyan bir neçə gündən sonra cavab verdi. 2008-ci ildə konstitusiyalı quruluşu devirməkdə ittiham edilmiş keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı iddiaları şərh edən Paşinyan vurğulayıb ki, Ruisyanın müttəfiqləri ayrı-ayrı siyasətçilər deyil, bütün erməni xalqıdır. Onun sözlərinə görə bir sıra xadimlər uzun müddət özlərini Rusiyanın yeganə müttəfiqi kimi təqdim ediblər, əslində isə Rusiyanın müttəfiqi erməni xalqıdır.
Baş nazirin sözlərindən belə çıxır ki, Ermənistan postsovet dövründə ilk növbədə qərb ilə fəal qarşılıqlı münasibətlər qurub.

Mənbə:azərtac.az

Müxbir: Ələkbərova Nuray