Marketinq tədqiqatlarının metodiki əsasları
Marketinq fəaliyyəti daha çox praktiki xarakterli fəaliyyət növüdür və bu fəaliyyətin həyata keçirilməsi üçün müxtəlif elm sahələrindən mənimsənilmiş metodlardan istifadə olunur. Marketinqə dair bəzi ədəbiyyatlarda marketinq tədqiqatlarının aparılması məqsədilə istifadə olunan metodları 3qrupa bölürlər: ümumelmi metodlar, analitik proqnozlaşdırma metodları və başqa elm sahələrindən mənimsənilmiş metodlar.
Marketinq tədqiqatlarında istifadə olunan ümumelmi metodlara proses yanaşma, sistemli yanaşma, kompleks yanaşma, proqram-məqsədli planlaşdırma və s. aid edilir.
Proses yanaşma. Marketinq tədqiqatları layihəsinin işlənib hazırlanması və reallaşdırılması, eyni zamanda marketinq fəaliyyətinin bu və ya digər aspekti üzrə tədbirlərin həyata keçirilməsi proses kimi ayrı-ayrı mərhələlərdən ibarətdir. Proses yanaşma metoduna xas olan xarakterik cəhət problemin həllini strukturlaşmış şəkildə və məntiqi ardıcıllıqla təsəvvür etməkdən ibarətdir. Proses yanaşmanın predmeti qərar qəbuludur. Ona görə də qərar qəbul edən tərəfindən qərarın optimallığının təmin olunması proses yanaşmanın əsas məsələsidir.
Marketinq fəaliyyətinin bu və ya digər aspekti ilə bağlı tədbirlərin həyata keçirilməsinə proses yanaşma iki hissədən: istəklərin formalaşdırılmasından və onların icra olunmasından ibarətdir.
Proses yanaşmanın istəklərin formalaşdırılması mərhələsi planlaşdırmadan, istəklərin icra olunması mərhələsi isə planlaşdırılan işlərin reallaşdırılmasında və nəzarətdən ibarətdir. Planlaşdırmaya problemin qoyuluşu, alternativlərin axtarışı və seçimi aiddir.
Sistem yanaşma. Marketinq tədqiqatlarında sistem yanaşma metodunun tətbiqini konkret müəssisə timsalında həmin müəssisənin mühitlə əlaqələrini nəzərə almaqla izah etmək olar. Qərarlaşmış situasiyaya sistem yanaşma üçün müəssisənin marketinq mühiti ilə əlaqələrinə sistemli şəkildə baxış həlledici əhəmiyyətə malikdir.
Marketinq tədqiqatlarında antropologiyanın metodlarını tətbiq etməklə bazar mühitini həmin mühitə xas olan xarakterik xüsusiyyətlər nəzərə alınmaqla daha dərindən öyrənmək mümkün olur. Antropoloji metodun tətbiqi bazarın milli-mədəni xüsusiyyətlər, eyni zamanda istehlakçıların fiziki parametrləri nəzərə alınmaqla ətraflı öyrənməyə imkan verir.
Etik metodlar. İstehsal satış fəaliyyəti üçün harmonik mühitin formalaşdırılması zamanı tətbiq olunur. Marketinq tədqiqatlarının aparılması zamanı etik normalara tələb olunan səviyyədə riayət etməklə respodentlərdən zəruri informasiyaların əldə olunması mümkün olur.
Əmtəənin formasının, materialının və rənginin seçilməsi istehlakçının zövqünü oxşamalı və onun tələblərinə cavab verməlidir. Sadalanan məsələlərin həlli marketinq fəaliyyətində dizayn üsulunun tətbiqini zəruri edir, ona görə də bu üsul marketinq tətqiqatlarında geniş tətbiq olunur.
YAZAR: Rəsmiyyə Səfiyeva
Həmçinin bax: Marketinq tədqiqatlarının mahiyyəti
Həmçinin bax: turaz.org/qar-celilabadda-fesadlar-toretdi/