Marketinq nədir?
Marketinq sözü hər bir insan üçün fərqli məna kəsb etdiyindən aydın şəkildə izah olunmasına ehtiyac duyulur.
Bəzi insanlar “marketinq”i “satış” üçün süslü bir söz olaraq istifadə edir. Əlbəttə, satış marketinq prosesinin bir hissəsidir, amma marketinq bundan daha böyük bir anlayışdır. Həmçinin bu sözü hər növ tanıtım və reklam üçün istifadə edirlər. Düzdür, bunlar da marketinqin bir hissəsidir, lakin bütünlüklə bu anlayışı ifadə etmirlər.
Əslində, marketinq tanıtım, reklam və satışdan daha böyük və geniş bir anlayışdır. Marketinq, ən əhatəli formada, müəssisənin bazardakı rəqibləri arasında mövqeyini, rəqabət üstünlüyünü və xidmət edəcəyi mövcud bazar seqmentləri seçimini özündə əks etdirən çətir terminidir.
Müəyyən bazar seqmentlərini seçən (və ya dolayı olaraq digər bazar seqmentləri ilə maraqlanmamağı üstün tutan) marketinq bu seçilmiş bazarlardakı müştərilərlə əlaqələrin qurulmasını da əhatə edir. Müştərilərlə ünsiyyət monoloq deyil, dialoqdur. Başqa sözlə, marketinq müştərilərin fikirlərinin dinlənilməsini və ya bazar araşdırmalarını əhatə etməlidir.
Yalnız bundan sonra müxtəlif növ müştərilərin ehtiyaclarına uyğun olaraq dəqiq mesajlar hazırlamağa davam edə bilərik. Sonra bu mesajların hər biri vəziyyətdən asılı olaraq ən uyğun vasitəni istifadə etməklə çatdırılır.
Bu dəqiq marketinq mesajları Marketinqin 3Ms (ingiliscə: Market, Message, Medium) adlanan texnikasına uyğun olaraq hazırlanır və çatdırılır.
Beləliklə, marketinq’in tanıtım və satışdan daha böyük bir anlayış olduğunu anlamalıyıq. Bu, bazarlara münasibətdə biznesə bütünlüklə baxma üsuludur. Marketinq vasitələrindən tam istifadə etməklə, seçilmiş müştərilərimizə səmərəli xidmət göstərərək və rəqiblər arasında effektiv şəkildə manevr edərək uğur qazana bilərik.
Müəssisələrimizdə uğur qazanmaq üçün marketinqin bütün aspektlərindən istifadə etməliyik: strateji marketinq, rəqiblərin təhlili, bazarın mövqeyi, bazar araşdırması və nəhayət, marketinq mesajlarının çatdırılması. Bunlar hamısı birlikdə marketinq deməkdir.
Şirkətlərimizi daha da uğurlu şəkildə inkişaf etdirmək üçün marketinq’in bizə təqdim edə biləcəyindən ən yaxşı şəkildə yararlanaq.
Yazar Aydan İsgəndərova
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc edilib
https://tehsilim.org/naxcivan-mr-nin-95-illiyine-ithaf-monoqrafiya/