Mannanın yaranması və İranzunun hakimiyyəti dövründə.
E.ə XI-IX əsrlərin birinci yarısında Urmiya gölünün ətrafında, eyni zamanda cənub və şərqində
müstəqil siyasət yürüdən Manna, Zamua, Uişdiş, Zikirtu, Andia və s. kimi vilayətlər meydana
gəlmişdir. Vilayətlər arasında Manna seçilməyə başlayır. Bu isə Assuriya və Urartu üçün qaçınılmaz
hədəf obyekti olmuşdur. E.ə I minilliyin əvvəllərindən Assuriyanın Urmiya bölgəsinə hücumları artmışdı. Müstəqil fəaliyyət göstərən vilayətlər bu çəkişmələrin qarşısını almaqda çətinlik çəkirdilər.
Bəziləri Assuriya ilə müqavilə bağlayıb təzminat ödəməyə məcbur olurdu, bəziləri də müqavimət
göstərsələr də, məğlub olurdular. E.ə I minilliyin əvvəlində lullubilərin yerləşdiyi ərazi “Zamua” adı
ilə məşhurlaşmış, bu ərazidə Mannallılar daha yüksəlmişdir. Vəziyyətin ağırlığı vilayətlərə
birləşməyin vacib olduğunu göstərirdi. Uzun sürən daxili mübarizədən sonra Zamua hakimlərin səyi
nəticəsində vilayətlər birləşdirilmiş və Manna dövləti yaranmışdır. Daha sonrakı dövrdə, Manna
çiçəkləndiyi ərazidə, “lullube” adlandırıldı. Bu zaman Cənubi Azərbaycanda formalaşma prosesi
gedirdi. Manna mənşəcə yerli ad idi. Manna adına ilk dəfə e.ə 843-cü ildə Urmiya bölgəsinə hücum
edən Assuriya hökmdarı III Salmanasarın kitabəsində “Minni” kimi adı çəkilir. Ölkənin mixi
qaynaqlarında Mannaş, Munna və daha çox Manna şəklində yazılırdı. Urartu mixi yazıları ölkəni
Mana, Tövrat isə Mini kimi qeyd edirdi. İosif Flavi ( I əsr) Urmiya gölünün cənub-qərbində və
qərbinə şamil edilən Miniada formasını işlətmişdir. Assur qaynaqlarında Manna əslində tayfa adını
bildirirdi. Mannanın yaranmasından az müddət keçməmişdi ki, Assur hökmdarı III Salmanasar ( e.ə
859-824- cü illər) e.ə 856-cı ildə Mannanın Zamua vilayətinə soxuldu, burada Nikdiara və
Nikdiamanın şəhərlərini tutdu. Görünür, bunlar şəhər hakimləri olmuşlar, çünki hakimiyyət
rütbələri göstərilməmişdir. III Salmanasar dəniz ( Urmiya gölü) döyüşündə onların ordusunu ağır
məğlubiyyətə uğratdı. Elə həmin il Urmiya gölünün qərbində yerləşən Gilzan vilayətinin hökmdarı
Asua oğlanları və qardaşları il birlikdə III Salmanasarı qarşılayır, ona at, dəvə, mal-qara və şərabdan
ibarət xərac verir. Bu yolla Gilzan vilayətinin hökmdarı ölkəni assurların talanlarından qoruyur. E.ə
835-ci ildə o, Mannanın cənubunda, Parsua ölkəsinin qonşuluğunda yerləşən Messi vilayətinə də
hücum edir. E.ə 829- cu ildə III Salmanasar bilavasitə Manna hökmdarı Ualkinin (Udaki) hakimiyyəti
altında olan torpaqlara daxil oldu. Elə həmin ildə, III Salmanasarın sərkərdəsinin hücumu zamanı ilk
dəfə Manna hökmdarının adı çəkilmişdi: “Mən Mannalı Ualkinin (Udaki) məskənlərinə
yaxılaşdım… “ Həmin kitabədə hökmdar şəhəri adlandırılmış İzirtunun- Mannanın paytaxtının adı
çəkilir. Manna hökmdarı Udaki müqavimət göstərə bilməyərək paytaxt Zirtu (İzirtu) şəhərini tərk
edərək qaçdı. III Salmanasar uzun müddət müdafiəsiz qalmış Mannanın mal-qarasını, xəzinəsini
taladı və şəhərlərini dağıdaraq yandırdı. Müəyyən müddət sonra III Salmanasar Mannanın Buştu
vilayətinin eyni adlı şəhərini tutdu. Gilzanda hakimiyyətə gəlmiş Upu və Uzaq Andiya vilayəti ona
xərac vermək məcburiyyətində qalmışdır. Beləliklə, Assuriyanın hərbi müdaxilələri Manna
hökmdarların ölkənin vahid mərkəzdə birləşdirməyə vadar edirdi. Lakin Manna buna uzun müddət
nail ola bilməmişdi. Çünki, Mannallılar hər iki tərəfdən müdaifə olunmağa məcbur idilər. Bir
tərəfdən assur hökmdarları Mannaya hərbi yürüşlər təşkil edir, şəhərləri dağıdır, əhalini çapıb-
talayıb öldürür, digər tərəfdən işğalçı siyasətini yeridən Urartu Mannada möhkəmlənmək niyyətini
güdürdü. Mannanın güclü dövlətə çevrilməsi ilə xırda vilayətlərin vahid mərkəzdə birləşdirilməsi
sahəsində ilk addımlar atılırdı. Assur hökmdarı V Şamşi-Adad (e.ə 823-811-ci illər) Mannaya qarşı
yeni bir yürüşə başladı. Burada Mekdiaranın oğlu Şarsina hakim idi. Onun vilayətini talan etdi, 300
yaşayış məntəqəsini ələ keçirərək şəhərləri darmadağın etdi. Eyni zamanda o, Urartu hökmdarı
İşpiuninin 11 qalasını və 200 yaşayış məntəqəsini də tutub dağıtdı, döyüşçülərini məhv etdi,
insanlara acınaqlı şəkildə zülm verirdi. Belə çıxır ki, Urmiya gölünün cənubunda və cənub-qərbində
yerləşən və Mannaya mənsub olan torpaqları İşpuini ( e.ə 825-812-ci illər) işğal etmişdi. Və V Şamşi-
Adad bu yürüşün nəticəsində Urartu Mannanın qərb torpaqlarından sıxışdırılıb çıxarıldı. Daha
sonra, bu ərazidə Mannada sunbi( sonraki yazılarda subi, sumbi) adlı tayfa məskən saldı. Uratu
məğlubiyyətə uğraması və assur ordusunun daimi qərar tutmaması Mannanın öz ərazilərinə sahib
olmaq üçün şərait yaradırdı. Ancaq Sunbilər yaranmış fürsətdən istifadə etmək istəsə də V Şamşi-
Adad yürüşdən qayıdan vaxt onları ağır məğlubiyyətə uğratdı və atlardan ibarət vergi aldı. E.ə 820-
ci ildə V Şamşi-Adad yenə də Nairi ölkələrinə hərbi səfər çıxdı. Bu dəfə Manna ərazisində heç bir
müqavimətə rast gəlmədi. Mannalılar, Sunbilər, Şarsina özü və başqaları Şamşi-Adadı atlardan
ibarət xərac verməklə qarşıladılar və bununla da ölkəni talandan qoruya bildilər. Lakin Mesi
vilayətinin əhalisi qaçıb Urmiya gölünün sıldırım qayalarında gizləndi. Hətta qaynaqlarda qeyd
olunur ki : “Mesilər qaçdılar və göydən bulud kimi sallanan üç qaya arasında gizləndilər”
. V Şamşi-
Adad Mesiləri təqib etməyə başladı. 500 yaxın yaşayış məntəqələrinin viran etdi, əhalinin nə var, nə
yox idisə qənimət kimi qoparıb apardı. V Şamşi-Adad sonra Qızılbunda ( Gizilbuda/ Gizilbunda) yola
düşdü. Qızılbunda Manna və Midiya arasında, indiki Qızılüzən çayının yuxarı axarında və dağlıq
sahəsində yerləşirdi. Assurlar Qızılbundanın Kinaki şəhərini tutaraq yandırdılar, ölkənin “daşlı dağı
bişbizidaya “qalxdılar. Bəzi hakimləri itaət etmək məqsədilə V Şamşi-Adada at və qoşqu
ləvazimatlardan ibarət xərac verdilər, lakin assurlardan canını qurtarmaq üçün Qızılbunda əhalisi
şəhəri tərk etdi və Uraş qalasında gizləndilər. Assurlar Uraşı ələ keçirib darmadağın etdilər.
Qızılbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçünü itirdi, özü isə 200 döyüşçü ilə birlikdə əsir
düşürdü. Qaynağın verdiyi məlumata görə : “ Uraş ( şəhərinin küçələrini qırmızı yun kimi
döyüşçülərin qanına boyadılar “
, əhalinin qızıl, gümüş və tunc qablarını götürdülər. V Şamşi-Adadın
dediyinə görə, o, “ Günbatan dənizə” (Xəzər) kimi əhali arasında vahimə yaratdı. Buna baxmayaraq,
IX əsrin sonunda Qızılbunda öz daxili müstəqiliyini qoruyub saxlamışdı, Mannadan asılı deyildi. E.ə
IX əsrin sonunda assur hökmdarı III Adadnirari (810-783) guya söyləyirdi ki, Günabatan dənizə
(Xəzər) kimi əraziləri işğal etmişdir. İşğal olunmuş ölkələr içərisində Manna və onun vilayətləri
Mesu, Qızılbunda, “uzaqda yerləşən” Andia, Allabria, o cümlədən Midiya aid edilmişdir. Assur
basqınlarının davam etdiyi bir vaxtda, e.ə IX əsrin sonlarında Manna yeni bir təhlükə ilə Urartu
dövlətinin hücumları ilə ilə üzləşdi. Urartu Şərqi Anadoluda Van gölü ( Türkiyə) yanında yaranmış
dövlət idi. Dövləti birlikdə idarə edən İşpuini və onun oğlu Menua e.ə 810-781-ci illər Urmiya
gölünün cənubunda yürüş təşkil etdilər. İşpuini Mannanın II qalasını ələ keçirmişdi. İşpuini və oğlu
Menua birgə səfər zamanı e.ə 812-cı ildə Mannanın Meişta vilayətini tutaraq cənub istiqamətində
yürüş etdilər və Parsuanın bir sıra şəhərlərini ələ keçirdilər. Lakin mannalılar bu ərazini yenidən geri
qaytarırlar. Menua təkbaşına yürüşü zamanı e.ə 809-cu ildə Meişta şəhərini tutub və Mannanı
aldılar. Bu yürüş barəsində Menua kitabəsində də bu yürüşün heç bir siyasi müvəqqətiyyetlə
nəticələnmədiyini, Manna Urmiya gölünün cənubunda və Urartu müdaxiləsinin hədəfinə çevrilən
torpaqların sahibi olaraq qaldığı qeyd olunur. Urartu və Assuriya Manna torpaqlarında manefələri
toqquşurdu. E.ə VIII əsrin birinci yarısında Assuriya siyasi böhran dövrünə qədəm qoydu. Belə
şəraitdə Urartu Ön Asiya hadisələrində qabaqcıl qüvvəyə çevrildi. O bir neçə dəfə e.ə 779-774-cü
illərdə Manna torpaqlarına soxuldu. E.ə 779-cü ildə Urartu hökmdarı I Argişti Manna ya və Buştu
vilayətinə hücum edərək çoxlu qənimət əldə etdi. E.ə 778-ci ildə Mannaya və İrkuiniyə basqın etdi.
Bu dəfə İrkuini talan edildi. E.ə 777-ci ildə Manna və Buştu istiqamətində hərbi yürüşlər keçirdi.
Argiştinin kitabəsində deyilir ki : “Manna ölkəsinə qalib gəldim. Buştu ölkəsinə qalib gəldi. Mən
Buştu ölkəsinə getdim. Aşkaya ölkəsinin vilayətin tutdum. Mən Alateyə dağlıq ölkəsinə çatdim,
şəhərləri dağıtdım, ölkəni yandırdım, kişi və qadınları oradan apardım “. Adı çəkilən vilayətlər
Urmiya gölünün cənubundan Taştəpə tərəfdə yerləşirdi. Alateyə isə buradan cənubdan-şərqə doğru
uzanırdı və qədim Aratta torpaqlarını əhatə edirdi. Alateyə ölkəsi ilə əlaqədar kitabədə bildirilir ki:
“Bir il ərzində mən insanların bir qismini öldürdüm, bir qismini diri apardım”. Manna öz istiqlaliyyət
uğrunda mübarizə aparırdı, lakin Urartu talanından qorumaq iqtidarında deyildi və əslində müdafiə
mövqeyini tutmuşdu. E.ə 775-ci ildə I Argişti yenidən Manna torpaqlarına ayağ atdı. Buştunun
Uihika şəhərini tutdu, əhalisini talan etdi. Bir il sonra o, Mannanın paytaxtı olan Şimerhadiri
qalasını sahibləndi. Urartu hökmdarlarının torpaq iddiaları və işğalçılıq müharibələri Mannanın işçi
qüvvəsini məhv edir, eyni zamanda təsərrüfatına ziyan vururdu. Həmçinin Mannada siyasi birliyin
olmaması urartunun bu yerlərə basqınları üçün əlverişli şərait yaradırdı. Ancaq, I Argiştinin
dövründə urartlar Urmiya gölünün cənubunda möhkəmlənə bilmədilər. Urartu hökmdarı II Sarduri
(e.ə 760-730-cı illər) Mannaya qarşı işğalçılıq siyasətinin davamçısı oldu. O e.ə 750-ci ildə Manna
üzərində qələbə çaldığını bildirdi. İşğalçılıq siyasətini daha da genişləndirdi. E.ə 747-ci ildə Urartu
hökmdarı II Sarduri Urmiya gölünün şimalından keçərək cənubi Azərbaycana, Qarabağ ərazisinə
soxuldu. Burada o, Puluadi ölkısini tuturaq, hökmdar Kadiavi məğlub etdi. Ölkənin paytaxtı lullubini
ilə yanaşı, 45 şəhər və 21 qala Urartunun əlində cəmləndi. Ölkə dağıdıldı, əhalisi əsir aparıldı. II
Sarduri Puluadi itaətdə saxlamaq üçün qalalar tikdirirək ərazisini Urartuya birləşdirdi. Hətta bu
ərazidə yazılı daş abidə qoydurmuşdu. E.ə 745-ci ildə II Sarduri Mannanın cənub torpaqlarına
məskən saldı. Kitabədə onun gəlişi haqqında belə təsvir olunur: “Mən Manna ölkəsinə gəldim,
ölkəni tutdum, şəhərləri yandırdım, əhalini Biaynili (Urartu) ölkəsinə apardım. Darbani qalasını,
istehkamları döyüşlə əlimə keçirdim. Orada xüsusi hərbi dəstələri yerləşdirdim, ölkəni öz ölkəmə
birləşdirdim”. Urartu hökmdarlarından ilk dəfə II Sarduri sələflərinin uzun-uzadı müharibələrinə
yekun vurdu və Manna torpaqlarının müəyyən hissəsini e.ə 40-ci illərdə hakimiyyətə tabe etdi.
Lakin bu uzun sürmür. Tezliklə Assuriya yenidən siyasi səhnədə irəli çıxdı və Urartunun mövqelərinə
ağır ziyan vurdu. Manna işğal olunmuş torpaqları uğrunda mübarizə qalxdı və siyasi dirçəliş
dövrünə qədəm qoydu. Manna yüksəliş dövrünə addım atsa da, rəqabətsiz deyildi. Assuriya
hökmdarı III Tiqlatpalasar (e.ə 744-727-ci illər) hakimiyyətə gəlməsi ilə Ön Asiya da siyasi vəziyyət
dəyişdi. O, geniş işğalçılıq müharibələri aparır, Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı. Manna
və başqa ölkələrdə o, siyasi təsirini artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. III Tiqlatpalasar
Manna istiqamətində Mazamua (Urmiya gölünün cənubu və cənub-qərb vadi hissələri) vilayətini
tutaraq yeni məskənlər saldı və Mazamua Assuriya birləşdirdi. Urartu bu torpaq uğrunda uzun
müddət mübarizə aparsa da, daha sonralar urartlar bu ərazidən sıxışdırılıb çıxarıldı. III Tiqlatpalasar
işğal olunmuş ölkələrin əhalisini başqa yerə yerləşdirmək üçün köçürmə siyasəti yürüdürdü. Urmiya
gölünün cənub-qərbində kutiləri, sanqilləri, sanqibutiləri, budiləri və s. başqa əraziyə köçürdü və
məskunlaşdırdı. III Tiqlatpalasar Mannanın başqa ərazilərinə toxunmadı. III Tiqlatpalasarın işğal
olunmuş ölkələr içərisində Manna yad edilmirdi, Mannanın qonşuları Urartu və Midiya müharibələr
aparırdı. Manna hökmdarı III Tiqlatpalasarı şəxsində özünə müttəfiq görürdü. Ümumiyyətlə e.ə IX-
VIII əsrlərdə Urartunun Mannaya yürüşləri daha artmışdı. Və urartuya qarşı aparılan müharibələr
Mannanın özünü əsl dövlət kimi tanınmasına və qüvvətlənməsinə səbəb oldu. Mannanın
güclənməsi hökmdar İranzunun (Yanzu) (e.ə 740-719) adı ilə bağlıdır. İranzu hakimiyyətə gəldiyi
zaman Manna vilayətlərinin birləşdirib mərkəzi hakimiyyəti gücləndirmək, xarici hücumların
qarşısını almaq istəyirdi. Birinci məsələ daxili siyasəti təşkil edirdi. Çətin o idi ki, Manna dövləti
yarandıqdan sonra bir sıra vilayət hakimləri müstəqilliklərini saxlamışdılar. İranzu dayağını
gücləndirmək üçün hakimlərin yerinə canişinlər təyin etdi. Beləliklə, İranzunun hakimiyyəti
dövründə Mannada “Mərkəzləşdirilmiş dövlət və canişinlik sistemi yarandı. İranzunun qarşısında
duran ikinci məsələ daha mürəkkəb idi. Eyni vaxtda iki düşmənə qarşı mübarizə aparmağın
çətinliyini anlayan İranzu Assuriya ilə əlaqələrini sıxlaşdırdı. Mübarizə aparan Assuriyanın da
Mannanın dostluğuna ehtiyacı var idi. Assuriya ilə müttəfiqlik münasibətləri İranzunun hakimiyyəti
dövründə yarandı. Manna Urartu təcavüzündən qurtulmaq üçün Assura illik xərac ödəməyi öz
öhdəsinə götürdü. Assuriya ilə Urartu arasında uzun sürən mübarizə e.ə 735 – ci ildə Assuriyanın
qələbəsi ilə başa çatdı. Assuriyanın qələbə qazanmasında Mannanın həlledici rolu olmuşdur. Assur
ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə edən İranzu Urartu tərəfindən işğal
olunmuş Manna torpaqlarının geri qaytarılmasına müyəssər oldu. Urartunun zəifləməsindən
istifadə edən İranzu hər yerə öz canişinlərini təyin edirdi, Azərbaycanın bütün cənub torpaqlarını öz
hakimiyyəti altında birləşdirdi. Urmiya gölünün cənub-qərbində yerləşən Gilan vilayəti də tabe etdi.
Manna ərazisi şimalda Araz çayına, cənubda Parsua və Midiya hüdudlarına çatırdı. İranzunun uğurlu
xarici siyasəti nəticəsində ölkəni Urartu işğallarından xilas etdi, ölkənin birləşdirilməsi üçün şərait
yaratdı. Manna Qədim Şərqin güclü dövlətlərindən birinə çevrildi. Bu dövrdə Mannada ikitərəfə
meyilli xarici siyasət var idi. Birinci qrup Assuriya ittifaq bağlayaraq Manna torpaqlarının
bütövlüyünü saxlayır və Urartunun işğalçılıq siyasətinə sərhəddiniçəkirdi. İranzu Assuriyanın siyasi
üstünlüyünü tanıyırdı. İkinci qrup isə Urartuya meyil edirdi və Assuriya qarşı qüvvələri birləşdirmək
istəyirdi. Hətta buna görə də III Tiqlatpalasar Urmiya gölünün cənub-qərbində Urartuya meyil
göstərən əhalini siyasi mövqeyinə görə köçürmüşdü. İkinci qrup siyasəti Manna ərazi bütövlüyünü
parçala bilərdi, birgə dövlət adı altında birləşməyə əngəl olardı. Assuriya meyil siyasəti güclü və
möhkəm dövlətə çevirmişdi. Digər hal isə, Urartu üçün uyğun deyildi, çünki Manna torpaqlarını
işğalı etmək niyyətində idi. Lakin İranzunun mərkəzləşdirmə siyasəti Manna canişinlərinin
manefəyinə uyğun gəlmirdi, bəzisi mərkəzi hakimiyyətdən ayrılmağ fitvasına gedirdilər. Digər
tərəfdən isə Urartu mannanın daxili işlərinə müdaxilə edir, həmçinin canişinləri İranzuya qarşı
üsyana təhrik edirdi. Urartu hökmdarı I Rusa ( e.ə 730-714) – cü ildə işğalçılıq siyasətini həyata
keçirmək məqsədilə Mannanın Zigirtu vilayətinin canişini ilə və başqa şəhərlərlə saziş imzaladı.
Zigirtu vilayətinin canişini Metatti 100 əhali arasında üsyan siqnalları yaratmışdı. E.ə 719-cu ildə
Mannanın Şuandahul və Durdukka şəhərin əhalisi Metattiyə arxalanaraq İranzuya qarşı çıxmışdı. II
Sarqonun ( e.ə 722-705) kitabəsində deyir ki: “Hakimiyyətin üçüncü ilində Şuandahul və Durdukka
qala şəhərləri öz ağalarına, mənim boyunduruğumu çəkən Manna hökmdarı İranzu qarşı üsyana
qalxdılar və Zigirtulu Metattiyə arxalandılar. Metatti onlara silah-sursat verməklə yardım göstərirdi.
Yürüşün gedişatında üsyana meyil edən və I Rusa ittifaq bağlayan şəhərlərin əhalisini Suriya
köçürdüm. II Sarqonun şəhərləri dağıdaraq yandırdı. Assuriyanın köməyi ilə Mannada üsyan
yatırıldı. Lakin öz torpağında fitnə-fəsad axtaran Mettati dövləti parçalamaq üçün əlindən gələni
edirdi. İranzu vəfat etdikdən yeni müttəfiqlər tapıb öz planlarını qurumağa başlamışdı.