Mamırlar
Mamırkimilər şöbəsində hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar bəsit quruluşlarında isə torpaq üzərinə səpələnmiş tallomlar olan bitkilər aiddir . Onlarda cinsi nəsil ilə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər spermatozoidlər vasitəsilə mayalanır.
Mamırkimilər təqribən 350 milyon il bundan əvvəl ilk quru bitkiləri olan psilofitlərdən əmələ gəlmişdir. Mamırkimilər ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər olan çoxillik bitkidir. Onların hündürlüyü 20- 30 sm- dən çox olmur.
Kök sistemi yoxdur . Onu gövdənin aşağı ucundan çıxan nazik sapşəkilli rizoidlər əvəz edir. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Əsasən bataqlıq yerlərdə, rütubətli çəmənliklərdə , meşələrin kölgəli yerlərində, bəzən isə ağac qabığının , çılpaq qayalıqlar ən üzərində də bitir. Lakin onların bəzi növləri quraqlığa da davamlıdır. Mamırların rizoidlərində ötürücü toxumalar vardır.
Yaşıl quş mamırı: 1- sporlarla birlikdə açılmış qutucuq , 2– spordan cücərmiş çoxhüceyrəli yaşıl sap ( protonema ) ,3- dişi fərd ,4-erkək fərd.
Yaşıl quşmamırı əsasən iynəyarpaqlı meşələrdə və bataqlıqlar da bitir . Sıx örtük əmələ gətirir. Onun gövdəsi dik qalxır , budaqlanmır . Üzərində sıx yerləşən və ucu sivri yaşıl yarpaqları vardır. Yaşıl quşmamırı öz çəkisindən 4 dəfə çox su uda bilir. Havanın rütubətindən də istifadə edə bilir. Bu isə meşələrin bataqlığa çevrilməsinə səbəb olur. İkincili bitkidir. Onların yayıldığı yerdə həm erkəkcikli , həm də dişicikli gövdəciklər olur.
Parlaq rəngli yarpaqları olmayan dişi fərdlərin təpə hissəsində isə dişi cinsi orqanlar yerləşir. Onlar uzun boyuncuğu olan kolbacıqlara bənzəyir. Kolbacıqların genişlənmiş hissəsində dişi qamet – yumurta hüceyrəsi yerləşir.
Yağış suyu spermatozoidlərin dişi bitkinin təpə hissəsinə düşməsinə kömək edir. Suda hərəkət etməklə spermatozoidlər yumurta hüceyrəsinə daxil olur . Bu zaman mayalanma gedir və ziqot əmələ gəlir.
Qutucuğun içərisində sporlar əmələ gəlir. Aydındır ki, qutucuq nə qədər hündürdə yerləşərsə , sporlarda daha uzaq məsafələrə səpələnir və bitki daha uzaqlara yayılar . Bu , ayaqcıqların uzun olmasının əhəmiyyətini göstərir. Qutucuq örtüklə əhatə olunmuşdur , onun uc hissəsi isə qapaqcıqla örtülmüşdür.
Sfaqnum torf mamırıdır , onu ağ mamır da adlandırırlar. Tropik dağlardan başlamış Arktika və Antarktika zonalarına qədər yayılmışdır. Lakin Şimal yarımkürəsinin mülayim zonalarının meşələrində və bataqlıqlarında daha çox təsadüf olunur.
Sfaqnum mamır da sporlarla çoxalır. Yay vaxtı gövdələri uclarında qutucuqlar əmələ gəlir. Sporlar bu qutucuqlar da yetişir . Mamır gövdənin yuxarı hissəsindən böyüdükcə onun aşağı hissəsi məhv olur. Onun məhv olmuş hissəsi başqa bitkilərin qalıqları ilə birlikdə suyun altında qat-qat yığılır . Oksigen az olan mühitdə tam çürümür və torfa çevrilir. Yorgun əmələ gəlməsi prosesi həmin mühitdə oksigenin az olması və çürüdükcə bakteriyaların çoxalmasının qarşısını alan turş mühitin yaranması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20-30 sm- dən çox olmur.
YAZAR: Aytən Yusibova
Həmçinin bax: https://kafkazh.com/sibyeler/
Həmçinin bax: https://tehsilim.org/51-ci-beynelxalq-fizika-olimpiadasinda-qazanilan-ugur/