Mamak ( yan ) dövləti-1 Erməni uydurmaları

Mamak sözünün etmologiyası:

Qədim türk dillərinin leksikasına söykənsək «Mamaqun», «Mamuxan», «Memuxan», «Mamikon», «Mamay», «Mamuk» kəlmələri və
«Məmlük» sözü arasında təkcə fonetik yaxınlığı deyil, etimoloji eyniliyi də müşahidə edə bilərik. Bəzi yozumlara əsasən, «mülk» kəlməsindən
törənən «məmlük» sözü ərəblərdə «qul» mənasında işlədilirdi. Tanınmış qaraçay-balkar tarixçisi Nazir Budayev bu fikri haqlı olaraq rədd edir və məntiqini belə əsaslandırır: «Məmlük» sözündə «-lük», «-luk» türk dili şəkilçiləri aydın şəkildə görünür. Qaraçay-balkar dilində «mamu» sözü
sakral anlamda «canavar» bildirir. Türk döyüşçülərini «qurdlar» (canavarlar) adlandırmaq ənənəsinin isə qədim kökləri vardır. Çinlilərin zirehli
türk süvarilərini «fuli» (canavarlar) adlandırmalarını da yada salaq. Qədim türklərin, eləcə də Atillanın bayrağını qızılı qurd başı təsviri bəzəyirdi». N.Budayev əlavə olaraq qeyd edir ki, mifoloji canavar anlayışı qədim türklərin qurddan törənməsi haqqında əfsanə ilə əlaqəlidir. Bu əlaqə «bürüj», «börü», «aşina», Rusiyada «boriçeviçlər» kimi tayfaların adlarında da özünü birüzə verir. Orta əsrlərdə əsir götürülmüş türk yeniyetmələr Misirdə qapalı kazarmalarda yerləşdirilir, onlara gücləndirilmiş hərbi təlim keçirilir və hazırlıqlar bitənədək müəllimlərdən – veteran döyüşçülərdən
savayı heç kəslə ünsiyyət saxlamırdılar. Bu gənclərə hərb sənətini öyrədən türk qvardiyaçıları gələcək döyüşçüləri «mamuluk» – «canavar balası» və ya «buzjigit» – «boz igid» adlandırırdılar: «Diqqət yetirsək, atabəylər (gələcək hökmdar-döyüşçülərin hamiləri, müəllimləri) içərisində «Bozaba» (Boz canavar), «Börüxanəddin Musa», «İbrahim Börütekin» adlarına rast gələrik». Qazax araşdırmaçısı, «Məmlüklər» kitabının müəllifi Qayrat Beqalin də «məmlük» sözünün etimologiyasının «qul» kəlməsi ilə bağlanması yozumunu qətiyyətlə rədd edir və bildirir ki, heç kəs qurduğu dövləti «Qullar səltənəti», sultan taxtında əyləşdiyi halda isə özünü «abd» (ərəb dilində – «Allahın qulu») əvəzinə, sadəcə olaraq «qul» adlandırmazdı.

Digər faktlar

Q.Beqalin yazır: «Sultan Baybars qul olmamışdır. İslam dinində müsəlmanın qul olması mümkünsüz idi. Onların bir çoxu hətta vilayətlərin əmiri olsalar da, ərəb dilini bilmir, türk dilində danışır və qvardiyaçılarını «mamuluk» və ya «mamuçuk» deyə çağırırdılar. Bu fikri dolayı yolla təsdiqləyən linqvistik amil isə qaraçaylar və balkarlarda bugünədək «mamu» sözünün qurdun, canavarın totem adı kimi saxlanılmasıdır. Yeri gəlmişkən, Qızıl Orda sərkərdəsi Mamay xanın adı da «qurd balası» anlamını verirdi. Sibir xanlarından birinin – Mamçuk xanın adı da belə yozulurdu» «Mamikon»
və ya M.Xorenatsinin təbirincə «Mamqun», daha dəqiq desək, «Mamaqun» adı iki hissədən ibarətdir. Sözün birinci hissəsi olan «Mamaq» kəlməsinə «Kitabi-Dədə Qorqud» eposu personajlarından birinin – Dəmirdonlu Mamaqın, XV əsrdə şeybanilər sülaləsindən olan Kazan hökmdarı Mamaq xanın adında rast gəlirik. Bundan başqa, Türkiyədə, Ankara şəhərinin Mamak bölgəsi vardır. Krımda – 1948-ci il toponimika islahatlarınadək Simferopol rayonunun indiki «Stroqonovka» kəndi əvvəllər «Mamak» adı altında tanınırdı. Bu sözün etimologiyası qədim türk dillərində «tərifə layiq», «şanlı-şöhrətli» kimi yozulur. Yeri gəlmişkən, «Mamay» sözü də (məsələn, Mamay xanın – XIV əsrdə Qızıl Orda dövlətində bəyələrbəyi, sərkərdəsinin adı)
bu anlamı verir. Adın ikinci hissəsi olan «qun» kəlməsi isə bir sıra elmi qənaətlərə görə, yüksək titul (xan) bildirir. Midiya sərkərdəsi Mamaqunun (Memuxanın) adı Tövratın «Esfir» kitabında da çəkilir: «Onun (hökmdar Ərdəşirin/Artakserksin) yaxınları bunlar idilər: hökmdarın üzünü görə
və şahlıqda birincilər sırasında əyləşə bilən – Kraşena, Şefar, Admarfa, Fareis, Meres, Marsena, MEMUXAN – parfların və midiyalıların yeddi hakimi». Erməni tarixçiləri isə bu iddialar azmış kimi, Səlcuq dövlətinin rəmzi olan ikibaşlı qartal təsvirini eyni ilə köçürərək, onun guya «erməni sülaləsi Mamikonların» gerbi kimi təqdim etməyə başlamışdır. Mamikonların türk mənşəli olduqlarını diqqətə alsaq, onların bu qənaətlərində müəyyən həqiqət payı vardır…

Nəticə

Yuxarıda sadalanan bu faktlar göstərir ki, Anadoluda var olan Mamak dövlətinin ermənilərə heç bir əlaqəsi yoxdur və bu
dövlət Türk dövlətidir. Dövlətin yaranışı, dövlət quruluşu və fəaliyyəti ilə bağlı isə növbəti yazıda tanış olacayıq.

YAZAR: Nurtac Süleymanlı