Makrotəkamül
Makrotəkamül, mikrotəkamül və ya növəmələgəlmə proseslərinə nisbətən daha böyük miqyasda baş verən dəyişkənlikdir. Yalnız bu səviyyədə baş verən dəyişkənliklərin tədqiqi cinslərin, fəsilələrin, dəstələrin, siniflərin, tiplərin və şöbələrin formalaşması hadisəsini araşdırmağa imkan verir.
Makrotəkamül növdən yüksək təkamül olub növ və onun populyasiyaları daxilində gedən mikrotəkamüldən fərqlənir. Lakin prinsipcə bu proseslər arasında sərhəd qoymaq çətindi. Birincisi, ona gorə ki, onlara vahid təkamül prosesinin iki tərəfi kimi baxmağa, ikincisi, mikrotəkamül təlimi haqqında anlayışları bütünlükdə təkamül prosesinin analizi üçün tətbiq etməyə imkan verir. Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır.
Embrioloji dəlillər.
Üzvi aləmin inkişafının təkamülündə embrioloji dəlillərin rolu böyükdür. Orqanizmlərin rüşeym inkişafını öyrənən embriologiya orqanizmlər arasında qohumluq dərəcələrini inandırıcı surətdə sübut edir. Ç.Darvin orqanizmlərin fərdi inkişafı ilə (ontogenez) onların tarixi inkişafı (filogenez) arasında qarşılıqlı əlaqənin olduğunu göstərmişdir. Bu əlaqələr sonralar başqa alimlər tərəfindən ətraflı öyrənilmişdir. Ontogenez yumurtanın mayalanmasında fərdin ölümünə qədərki fərdi inkişafıdır. Çoxhüceyrəli orqanizmlərdə ontogenez embrional və postembrional mərhələlərə bölünür.
Palentoloji dəlilləri bir neçə qrupa bölünür:
Palentoloji dəlillər-təkamülü isbat edən dəlilərdən biri də qazıntı ahalında tapılan canlıların qalıqlarıdır.Bu qalıqlar onların hansı dövrdə hansı şəraitdə yaşadığını ,bu günkü canlılarla oxşar və fərqli xüsusiyyətlərini öyrənməyə, həm də qalıqların bizim dövrə qədər necə qorunub saxlandığını araşdırmağa imkan yaradır. Paleontoloji qalıqlara başqa adla Fosillər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Arxeoloji qazıntılar nəticəsində canlıların diş, sümük, çanaq, dırnaq və s. qalıqları tapılmışdır. Müasir dövrdə yaşayan canlıları bu qalıqlarla müqayisə etdikdə onlarda müəyyən dəyişikliklərin baş verdiyini görmək mümkündür.
Filogenetik sıralar:
Arxeolji qazıntılar nəticəsində alimlər bir cox heyvanların filogenetik sırasını müəyyən etmişlər. Bunlardan dırnaqlıların, yırtıcıların, molyuskaların, xortumluların və s. heyvanların filogenetik qruplarını göstərmək olar. Atların filogenetik sıralarını Vladimir Onufriyeviç Kovalevski müəyyən etmişdir. Məlum olmuşdur ki, onların əcdadı əvvəlcə beşbarmaqlı, tülkü boyda olmuşdur, dişləri isə otyeyən heyvanlardakı kimi, qabarıq formalı idi. Heyvanlar hündür otların arasında gizlənmiş, sıçrayışla hərəkət etmişdir. Təkamül nəticəsində onlarda barmaqların sayı azalmağa başlamışdır. Neogenin sonunda mühit şəraitinin dəyişməsi, daha quraq olması nəticəsində bitkilər alçaqboylu, kobud və qaba olmuşlar. Fenokodus-tülkü boyda həmm bitki həm də heyvanala qidalanan canlı olub. Bunlardan atın əcdadı əmələ gəlib. Onun 5 barmağı olub. Eohippus- atın əcdadı sayılır.Ön ətrafında 4 arxa ətrafında 3 barmaq olub.Qabarıq dişləri olub.Neogen dövründə quraqlığın yaranması onun düşməndən xilas olmaq üçün sürətli qaçışına səbəb olub.Bu səbəbdən də onun ayaqları uzanmış, onurğa möhkəmlənmiş, barmaqda dırnaqlar yaranmışdır. Şəraitin dəyişilməsi Merihippus, Hiparion və nəhayət Müsair at yaranıb. elə şəraitdə çöllərdə heyvanlar yalnız qaçmaqla özlərini xilas edə bilərdilər. Təbii seçmə nəticəsində onlarda ətraflar uzanmış, barmaqların sayı azalmışdır. Bundan sonra heyvanlar sürətlə qaça bilmişlər. Nəticədə 3-cü barmaq inkişaf etmiş, 2-ci və 4-cü barmaqlar isə rudiment şəklində qalmışdır. Qaçmaq həm də onurğa sütununun möhkəmlənməsinə səbəb olmuşdur. Qaba yem onların dişlərinin səthinin dəyişməsi ilə, yəni qırışlı olması ilə nəticələnmişdir.
İzatoplar:
Çöküntü suxurlarının yaşı,yer qabığının yaşı onlarda olan radioaktiv maddələrin izatoplarının miqdarına görə təyin edilir. Çöküntü süxurlarının yaşı onlarda olan radioaktiv maddələrin izotoplarına görə müəyyən olunur. Radioaktiv maddələrin parçalanması ətraf mühit şəraitindən asılı deyil. Ona görə də yer qatının yaşı onda olan radioaktiv maddə miqdarına görə təyin edilir. Məhz buna əsasən də Yer planetinin yaşı müəyyən olmuşdur.
Keçid formalar:
Tapılan qalıqların bir çoxu keçid formalar kimi qəbul olunur,aralıq mövqedə dururlar. Paleontoloqlar müxtəlif geoloji dövrlərə aid bitki və heyvan qalıqlarını aşkar etmişlər. Bunların bir qismi keçid formalar hesab olunur. Onlara aşağıdakıları misal göstərmək olar.
Trilobitlər:
Həlqəvi qurdlarla buğumayaqlılar arasında keçid forma hesab olunur. Onların buğumlarında, sinir sistemində, tənəffüs orqanlarında oxşarlıq çoxdur. Ancaq trilobitlərin hər buğumunda bir cüt ətraf olmuşdur.
İxtiosteqa
İki böyük taksonu birləşdirir. Onlar balıqlarla suda-quruda yaşayanlar arasında keçid forma hesab edilir. Həm üzgəc, həm də ətrafları olmuşdur. Bədənlərinin üzəri pulcuqlarla örtülmüşdür. Onlara oxşar olan steqosefallarda hətta sürünənlərin əlamətlərinin olduğu da güman edilir.
Katilozavrlar – qədim sürünənlərdir. Onların bəzilərində suda-quruda yaşayanların əlamətlərinə rast gəlinir.
İnostranseviya
Sürünənlərlə məməlilər arasında keçid formasıdır. Onlarda kəllənin, onurğanın, ətrafların quruluşunda məməlilərə oxşarlıq daha çox olmuşdur. Bu heyvanların dişləri də, məməlilərdə olduğu kimi, kəsici, köpək və azı dişlərinə bölünmüşdür.Arxeopteriks – sürünənlərin əlamətləri ilə yanaşı, quşların da əlamətləri olmuşdur. Lələklərin olması, ön ətrafların qanadlara çevrilməsi, pəncə lüləsi, içi boş sümüklər, çəngəl sümüyünün olmasına görə quşlara; dişlərin, uzun quyruq fəqərələrinin, qarın qabırğalarının olmasına, pəncə sümüklərinin bitişməsinə görə isə sürünənlərə oxşamışdır. Onlarda döş tili inkişaf etməmişdir, uça bilməmişlər. Yalnız ağacdan-ağaca süzmə hərəkəti etmişlər. Hal-hazırda arxeopteriksi birbaşa sürünənlərlə quşlar arasında keçid forma kimi götürmürlər.
Psilofitlər – yosunlarla ali sporlu bitkilər arasında keçid formasıdır. Dənizlərin kənarında bitən, ağaca və ota bənzər formaları var imiş. Üzərində pulcuqlar olmuş, yeraltı hissələri kökümsova bənzəmişir.
Stratiqrafik dəlillər-bu dəllilərə əsasən müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqlarının hansı qatlarda yerləşdiyi müəyyən olunur. Beləki ən üst qatda müasir canlılar, ondan aşağıdakı qatda xordalılar, ondan aşağıda isə onurğasız canlıların qalıqları yerləşir.
YAZAR: Gülaf Məhərrəmova
Həmçinin bax: https://kafkazh.com/insan-tekamulu-paleontoloji-deliller/
Həmçinin bax: https://tehsilim.org/2021-ci-ilin-aprel-ayinda-kecirilmesi-nezerde-tutulan-imtahanlarin-qrafiki-mueyyen-olunub/