Makrondan Livan açıqlaması: İran bunu edəcək…
Makrondan Livan açıqlaması: İran bunu edəcək…
Fransa Livanın daxili işlərinə qarışmır.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ölkə mətbuatına açıqlamasında deyib.
“Mən Livan rəhbərliyinə əmr vermirəm. Əsas məsələ qardaşlıq və yardımdır. Səhv başa düşməyin. Livan xalqının mənafeyini düşünən Fransa öz rolunu oynamasa, iranlılar, ərəblər (Səudiyyə Ərəbistanı) və bölgədəki digər qüvvələr ölkənin daxili işlərinə qarışacaqlar. Bu ölkələrin bəziləri bunu öz geosiyasi və iqtisadi maraqları naminə edəcəklər”, – Makron bildirib.
Qeyd edək ki, ötən gün E.Makron partlayış baş verən Beyrut limanını ziyarət etmişdi.
Müxbir: Ələkbərova Nuray
Mənbə: Axar.az