Makedoniyalı İsgəndərin şəxsiyyəti və fəaliyyəti

Plan:
1. İsgəndər döyüşçü və dövlət xadimi kimi
2. Yunan mədəniyyətinin şərqə yayılması
3. Şərq və qərbin birləşməsi

1. İsgəndər döyüşçü və dövlət xadimi kimi:

Makedoniyalı İsgəndər ən qədim sərkərdələrin ən önəmlilərindən biri, bəlkə də birincisi idi. Ancaq bir dünya fatehindən daha çox o ən yüksək səviyyəli bir dövlət adamı idi.  On bir ildə o, Sərqi özünə tabe edə və üzərində əsrlər boyu davam edəcək təsir bağışlaya bildi.  Hələ fəth ediləcək torpaqlar, qurulacaq şəhərlər, kəşf ediləcək, tutulacaq bölgələr var idi. Hər şeydən əvvəl, Makedoniyanın varlığını varislərinin əlində parçalanmayacaq yaxşı möhkəmləndirilmiş vahid bir imperiya şəklində formalaşdırmaq hələ də onun vəzifəsi idi. Erkən ölümü fəlakət idi, çünki bu onun gözəl ambisiyalarının tam həyata keçirilməsinə mane oldu.

2. Yunan mədəniyyətin şərqə yayılması:

İsgəndərin fəthlərinin dərhal nəticəsi Şərqdə çoxdan bağlanmış maneələrin yox olması idi. Şərq, o gününə qədər demək olar ki, bilinməyən bir torpaq idi. İsgəndərin işğalları yunan sivilizasiyanin yayılmasına yol açmışdır. Makedoniya ordularının ardınca yunan filosofları və elm adamları, yunan memar və sənətkarları, yunan kolonistləri, tacirləri və sənətkarları şərqə axın etdi.

3. Şərq və qərbin birləşməsi

İsgəndərin fəthlərinin son nəticəsi Sərqlə qərbin qaynaşması idi. Yeni imperatorluğunun Yunan, Şərqi və
Makedoniya təbəələri üçün də bir yenilik ehtiva edirdi. Buna görə də İskəndərin məqsədi Avropa və Asiyanı
birləşdirəcək  yeni bir dövlət qurmaq idi.

O, fars zadəganlarını sarayında qarşıladı və onları etibarlı vəzifələrə qoydu. Əyalətlərinin idarə edilmə üsulunu  IIIDara ilə oxşar bir sistem üzərində qurdu. Ordularında xidmət etmək üçün minlərlə fars əsgərini yetişdirdi. Makedoniyalılar və şərqlilər arasında qarışıq nikahları etdi və özü son fars kralının qızı ilə evləndi.

Hakimiyyətini möhkəmlətmək və  hər iki təbəələri üçün  imperatorluğun müxtəlif bölgələrində ən azı yetmiş şəhər qurdu. Bu kimi tədbirlər, İsgəndərin geniş hətta kosmopolit bir şəfqət sahibi olduğunu göstərir.

TƏRCÜMƏÇİ: Gülarə Həsənova
Həmçinin bax: Makedoniyalı İsgəndərin yürüşləri
Həmçinin bax: tehsilim.org/vetendaslarin-qebulu-yanvarin-31-dek-dayandirilir/