Makedoniya imperiyası İsgəndərin hakimiyyəti illərində

Plan:
1. İsgəndərin gəncliyi
2. İsgəndərin Aristotel tərəfindən yetişdirilməsi
3. İsgəndərin Trakya üsyanını yatırması
4. Əhəmənilərin təhlil edilməsi
5. Əhəmənilərin daxilində baş verən çaxnaşmalar e.ə 401-400
6. Əhəmənilərin daxilində baş verən çaxnaşmaların əhəmiyyəti
7. İsgəndərin yürüşlərə başlaması

1. İsgəndərin gəncliyi:

İsgəndər Makedoniyanın hökmdarı olduğu zaman sadəcə 20 yaşında idi. Atasından bütün müasirləri üçün
çox dərin təsir bağışlayan güclü düşüncə qabliyyəti , kral simasını və usta iradəsini miras aldı. Qürurlu və iddialı
bir qadın  olan anası İsgəndərə, onun damarlarında Axillesin qanının axdığını və ona bu milli qəhrəmanın
əməllərini  təqlidetdirdi. O,  “İlliyada”-nı əzbərdən bilirdi və həmişə onun bir surətini yanında daşıyırdı. İsgəndər yetkinlik yaşına çatdıqda möhtəşəm bir döyüşçü kimi inkişaf etdi, o çox bacarıqlı idi, at minməkdə
özünü inkişaf elətdirir, bir döyüşçü kimi yetişirdi.

2. İsgəndərin Aristotel tərəfindən yetişdirlməsi:

Filip İsgəndərin ona layiqli bir oğul olduğuna inanırdı, buna görə də o, Yunanıstanın ən məhşur müəllimi olan Aristoteli gənc şahzadənin tərbiyəçisi olmağa razı saldı. Böyük filosofun təsiri həyatı boyunca İsgəndərin üzərində qaldı. Aristotel ona yunan sənətini və elmini, onları sevməyi öyrətdi və onun zehninə Yunanıstanla bağlı hər şeyə heyranlıq aşıladı.  İsgəndər həyatını atasına, necə yaşayacağını isə müəlliminə borclu olduğunu deyərdi.

3. İsgəndərin Trakya üsyanını yatırması:

İsgəndərin qarşılaşdığı vəziyyət elə bir vəziyyət idi ki, hansı ki, qorxusuz ruhu belə qorxuya salardı. Filip hakimiyyətini möhkəmlədəcək qədər uzun yaşamadı. Onun gözlənilməz ölümü üsyana səbəb oldu. Vəhşi
trakyalılar geniş qiyama başladılar və yunanlılar Demosfenin silahlı mübarizə çağırışına cavab verdilər. Lakin İsgəndər tezliklə səltənətini qaydaya saldı. O,  Trakya qəbilələrini darmadağın etdikdən sonra Yunanıstana
endi və Makedoniya qarnizonuna qarşı üsyan qaldıran Fivi mühasirəyə aldı. Şəhər tezliklə ələ keçirildi. Şəhər sakinləri öldürüldü və ya kölə kimi satıldı. Şəhər isə məhv edildi. Fivin dəhşətli taleyi digər dövlətləri daha çox
müqavimət göstərmədən təslim olmağa vadar etdi.

4. Əhəmənilərin təhlil edilməsi:

 Yunanıstanın işğalından sonra İsgəndər Əhəməni imperiyasını işğal edə bilərdi. I Daranın dövründən bəri
imperiya demək olar ki, bütöv qalmışdı. Müxtəlif xalqların kolleksiyasından ibarət olan imperiyanın bütöv qalmasının yeganə səbəbi bu xalqların  Böyük Krala ortaq sədaqətləri idi. Əhəməni kralının resusları  çox böyük
idi. Milyonlarla insan orduda xidmət edirdi və xəzinədə çox böyük ehtiyat var idi. Buna baxmayaraq, imperiya yenə də içi boş bir qabıq kimi görünürdü.

5. Əhəmənilərin daxilində baş verən çaxnaşmalar e.ə 401-400:

İsgəndər İran üzərinə səfərə başlamazdan təxminən yetmiş il əvvəl Rumlar, İranın hərbi zəifliyinin qəribə bir şəkildə şahidi oldular. İmperiya daxilində üsyanlar baş qaldırmağa başlamışdı. Əhəməni imperatorluğunu narahat edən üsyanlardan biri də Kiçik Asiyada baş verdi. Üsyana kralın kiçik qardaşı Kir başçılıq edirdi. Kir böyük bir yerli qoşun topladı və onun qoşununda həmçinin 10 minə yaxın yunan əsgəri də vardı. Bu qarışıq qüvvəni imperiyanın  mərkəzinə apardı, yalnız Babil yaxınlığındakı Cunaxada döyüşü uğursuz oldu. Yunanlar düşməni asanlıqla darmadağın etdilər, lakin Kirin ölümü onların qələbəsini nəticəsiz qoydu. Çıxılmaz vəziyyətə baxmayaraq, Rumlar təslim olmaqdan imtina etdilər və geri qayıtdılar.

6. Əhəmənilərin daxilində baş verən çaxnaşmaların əhəmiyyəti:

Bu üsyan haqqında Afina Ksenofonu özünün Anabasis əsərində məlumat verir. Bu qədim dövrlərdən bizə gəlib çatan ən maraqlı kitablardan biridir.”On min” in macəralarının Ksenofon dövründəki yunanlarda yaratdığı təəssüratın nə qədər canlı olduğunu oradan qiymətləndirə bilərik. Kiçik bir ordu, Fars hökmdarlıqlarının mərkəzinə doğru getmişdi, sayca  dəfələrlə çox olan bir orduya qalib gəlmiş və təhlükəsiz şəkildə geri qayıtmışdı. Farslar müqavimət göstərməyə çalışsa da məğlub olmuşdular. Bundan sonra yunanlar Əhəmənilərin istilası fikrindən heç vaxt əl çəkmədilər.

7. İsgəndərn yürüşlərə başlaması:

Bu nəhəng vəzifə, “barbarlar farslar” a qarşı Ellinin hökmdarı olaraq İsgəndərə düşdü. İskəndər qırx mindən az ordusu ilə iki əsrdir bütün Asiyanı sarsıdan imperatorluğu dağıtdı. Nə qədim, nə də müasir tarix bu qədər geniş,
belə dərin, təəccüblü dərəcədə sürətli bir fəthə dair heç bir dəlil yoxdur.

TƏRCÜMƏÇİ: Arzu Orucova
Həmçinin bax: Böyük Makedoniya İmperiyasının yaranması
Həmçinin bax: tehsilim.org/riyaziyyat-fenni-uzre-yeni-dersliyin-ferqli-cehetleri/