Luis Hamilton karyerasında 87-ci qələbəsini qazanıb
Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mövsümün dördüncü yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen və “Ferrari”nin üzvü Şarl Lekler tamamlayıblar.
L.Hamilton cari mövsüm 3-cü, yarışın keçirildiyi Silverstoun trasında 7-ci və karyerasında isə 87-ci qələbəsini qazanıb.
Pilotların siyahısına 88 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 52 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış avqustun 9-da yenidən Böyük Britaniyada təşkil olunacaq.
Mənbə: Azərtac
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Jalə Hüseynova