Litvanın Olimpiya milli komandasının “Tokio-2020” üçün forması təqdim edilib

Litvanın Olimpiya milli komandasının “Tokio-2020” üçün forması təqdim edilib

Litva Milli Olimpiya Komitəsi bu ölkənin komandasının gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün idman formalarını təqdim edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, litvalı dizayner Oksana Raqauskene tərəfindən hazırlanmış formalar Polşanın “4F” şirkəti tərəfindən istehsal olunub.
Olimpiya formasının dizaynında Litvanın dövlət bayrağının rənglərindən, xüsusən sarı və yaşıl rənglərdən geniş istifadə olunub. Formada, həmçinin tünd göy rəngli bəzi elementlər yer alıb ki, bu da dizaynerin sözlərinə görə, ölkədəki gölləri simvolizə edir.

Mənbə: Azərtac
Müxbir: Jalə Hüseynova