Limfa sistemi

Limfa sistemi limfa kapillyarlardan, damarlarından, döş və boyun limfa axacaqlarından ibrarətdir. Toxumaarsı mayenin bir hissəsi geniş kapilyar tor əmələ gətirən kor başlanğıcı olan limfa kapilyarlarına sorulur.
Limfa sistemi bir çox funksiyalar icra edir.Limfa kapliyarları toxumaları qan kapliyarlarına keçə bilməyən maddələrdən (böyük ölçülü zülallardan) və xəstəlik törədicisi yad cisimlərdən təmizləyir.
Bu maddələr limfa damarları vasitəsi ilə limfa düyünlərindən keşərkən tutulub saxlanılır.

Limfa sistemi vasitəsi ilə limfa mayesi venoz daşınır. Limfa mənşəli orqanlarda qanın limfoid elementləri əmələ gəlir. Nəhayət limfa sistemi maddələr mübadiləsində inkişaf edir.
Qan kapliyarlardan axarkən, qida maddələri ilə zəngin olan plazmanın bir lissəsi və az miqdarda leykositlər toxumarası sahəyə keçərək toxumarası mayeyə qarışır. Müxtəlif orqanların kapliyarları seçici keçiriciliyə malik olduğu üçün ayrı – ayrı orqanların toxuma mayesi bir – birindən fərqlənir.

Qan və limfa mayesi limfanı əmələ gətirir.

Limfa – şəffaf maye olub, tərkibində limfosidlər və az miqdarda monositlər və eozinofillər vardır. Limfa dövranı prosesində onun zülal və hüceyrə tərkibi dəyişir. Məsələn ucqar limfa damarlarında zülalların miqdarı 0.49 – 0. 69 % olduğu halda, döş limfa axarında onun miqdarı 4.5 % olur.

Limfa sistemində dövran edən limfa qələvi reaksiyalı, şəffaf rəngsiz, və ya zəif sarımtıl, yapışqanabənzər maye toxumadır, limfa elementlərindən və plazmadan ibarətdir; xüsusi çəkisi 1017-dir və ümümi vəzni bədən vəzninin ¼-nə bərabərdir.

Plazmanın tərkibində su, duzlar, zülali maddələr, letsitin, yağlar, sidik cövhəri, ekstraktlı maddələr və karbon qazı vardır. bir gecə-gündüzdə limfa damarlarından axan limfanın miqdarı təxminən 50 litrə bərabərdir. Nazik bağırsaqların divarlarında və müsariqəsində olan limfa damarlarında həzm zamanı xilus dövran edir.

Bunun adi limfadan fərqi, yağların çox olmasındadır. Həzm prosesi olmadığı zaman həmin damarlarda adi limfa dövran edir. limfanın və xilusun damarlarda dövranı venoz qanın dövranını təmin edən qüvvələrdən (döş qəfəsinindəki mənfi təzyiqdən, əzələlərin yğılmasından və limfanın qeriyə axmasına qapaqların müqavimət göstərməsindən) asılıdır.

D.A.Jdanov limfa mayesinin tərkibinə görə ucqar (hüceyrə elementləri az olan və düyünlərdən keçməyən) ara və mərkəzi (bütün düyünlərdən keçərək hüceyrə elementləri ilə zənginləşmiş) limfa mayesinə ayırmışdır. Belə ki, mərkəzi limfa mayesinin 1 kubmillimetrdə (döş və sağ limfa mayesində) limfosidlərin miqdarı 2000-dən 20000-ə qədər, leykosidlərin miqdarı isə 500- dən 12250 – ə qədər olur.

Limfa kapliyarlarının diametrik (10 – 200 mkm) qan kapliyarlarından böyükdür. Beyndə dalağın parenximasında dərinin selikli qişa epitelisində, qığırdaqlarda, göz ağında və şüşəyəbənzər cisimdə, ciftdə, qaraciyər paylarında, mədəaldı vəzin endokrin hissəsində və böyrək cisimciklərində limfa kapliyarları olmur.

Limfa kapliyarlarının divarları 0.3 mkm qalınlığında olan fasiləsiz endotel qatından təşkil olunmuşdur.
Qan damarlarından fərqli olaraq, limfa kapliyarlarının bazal membranı olmur və onları əhatə edən toxumalar üzərində yerləşir. Onların divarı bir qat endotel hüceyrələrindən təşkil olunmuşdur.
Axırıncının üzərində yerləşən xovlar həm daxilə , həm xaricə doğru istiqamətlənir.

Endotelial hüceyrələr müxtəlif formalarda olub, endoplazmatik şəbəkənin zəif nəzərə çarpmasına və ətraf toxumadan udulan məhsulları damara nəql edən mikropinositoz qovuqcuqların çoxluğuna görə fərqlənir. Endotelesitlər arasında olan yarıq eninin 12 mm olması pinositoz prosesi ilə yanaşı limfa kapliyarlarının ətraf toxumalardan müxtəlif hissəciklərin udulmasını təmin edir.

 

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://kafkazh.com/qanin-formali-elemetleri/

Həmçinin bax: https://kafkazh.com/qan-damar-sistemi-qan/

Həmçinin bax: https://turaz.org/daha-iki-herbi-esir-azerbaycana-qaytarildi/