Liberalizmdə problem nədir
Liberalizmdə problem nədir?” – David Wootton
Tərcümə etdi : Qələm Məmmədova
Redaktor : Günel Nəbisoy
Cəmiyyət nəyin ‘yaxşı’ və ya nəyin ‘pis’ olmasında razılaşa bilmədikdə “ən böyük say üçün ən böyük xoşbəxtlik” ideası sarsılır.

1826-cı ildə 20 yaşlı Con Stüart Mill əsəb pozğunluğu keçirdi. Atası Ceyms tərəfindən utilitaryan olaraq böyüdülmüşdü. Nəticə etibarilə həyatda vacib olan hər şeyin zövq və əzab olduğuna inanırdı. Birdən, artıq heç bir şey ona zövq vermədi. Həyatdakı məqsədinin xoşbəxtlik yaymaq olduğu öyrədilən Mill, sonradan Avtobioqrafiyasında bildirdiyi kimi, digər insanları xoşbəxt etməyin öz xoşbəxtliyini gətirməyəcəyini başa düşdü. O anlayanda ki, xoşbəxtlik özünəxasdır – əhəmiyyət verdiyimiz və inandığımız işi etməyin məhsuludur, o zaman o bu daxili böhrandan çıxdı. Paradoksal olaraq, indi o yenidən özünü başqa insanları xoşbəxt etməyə həsr etməkdə azad idi. Onun sağalması tarixçi Cen-Fransua Marmontelin atasının ölüm xəbərini oxuyub, ağlayanda başladı. Öz atasının ölümünü təsəvvür edən Mill özü üçün düşünməyə və hiss etməyə başlamışdı.
Bu hekayə Con Maynard Keynes’in müasir mədəniyyətlərin əxlaqi pozulması adlandırdığı problemi izah etməkdə əhəmiyyət kəsb edir. Millin aşkarladığı şey budur ki, təkcə utilitarizm həyatımızı mənalandıra və ya yaşamaq üçün bizə məqsəd verə bilməz. Mill zövq və xoşbəxtlik arasında heç bir fərq qoymayan intellektual ənənədə təhsil almışdı.( Lakin biz bilirik ki, insanların çoxu çətinlik qarşısında xoşbəxtdirlər, digərləri isə pulun ala biləcəyi hər cür zövqə sahib olduqları halda acınacaqlıdırlar.) Bu ənənə bütün zövqlərin eyni dərəcədə yaxşı olduğunu müdafiə edirdi. Hobbs, Lokk, Hume və Bentam – hamisi öyrətmişdir ki , Yaxşi və Pis anlayışları sadəcə zövq və əzabdır.Qaçqın Huguenot Pierre Bayle’dan başlayaraq insanlar zövq və əzab haqqında sanki onlar bir mühasibat kitabındakı qeydlərmiş kimi yazırdılar; iddia edilirdi ki, səbəb sadəcə zövqü necə artırmağın hesablanması prosesi idi.Hobbs ‘səbəb’ sözünün latın dilindən ‘hesablamaq’ mənasını verdiyini qeyd etdi, Bentam isə ‘maksimallaşdırmaq’ sözünü icad etdi. Hobbes bütün zövqlərin eyni dərəcədə yaxşı olduğunda təkid edən ilk insan idi,bu da onların ölçülə biləcəyi mənasına gəlirdi; Lokkun psixologiyası xoşbəxtliyə necə can atdığımızı izah etdi; Hume, əxlaqi mühakimələrin sadəcə zövq və utilitarlıq ilə bağlı hökm olduğunu iddia etdi;və Adam Smith, gizli əlin öz eqoist maraqlarını güdən şəxslərin ətrafındakılara necə fayda verməsini təmin etdiyini izah etdi.
Bu, Bentamın utilitarizmi qurduğu ənənədir: radikal fərdiyyətçi və ahistorik. İnsan davranışlarının heç də hamısının rasional olmadığını qəbul etsə də, təkid edirdi ki, insanlar sadəcə düzgün düşünməyi öyrənərlərsə, həm rasional, həm də xoşbəxt olarlar. 1938-ci ildən 1914-cü ilə qədər olan müddətə nəzər salarkən, Keyns ziddiyyət təyin etdi. ‘Bertie [Bertrand Russell] xüsusən eyni vaxtda bir-birinə gülünc dərəcədə zidd olan bir neçə fikir irəli sürdü. Əslində, insani məsələlərin ən irrasional şəkildə ələ alındığını, amma çarəsinin olduqca sadə və asan olduğunu düşünürdü, çünki eləməli olduğumuz tək şey onları rasional şəkildə idarə etməkdi.’
Liberalizmi populizm əleyhinə müdafiə etmək istəyənlərin şikayətlərində bu bir-birinə zidd fikirləri təkrar-təkrar eşidirik: Breksit, Tramp və ya Almaniya üçün Alternativ’ə səs verənlər irrasional, cahil, təhsilsizdir. Öz maraqlarını düzgün dərk etsəydilər, Remain ya Klintona, ya da Merkelə səs verərdilər.Ancaq iki tərəfin fikir ayrılığına sahib olduğu məqamlar rasional və daha əsaslı olmağın nə demək olduğu, sanki xoşbəxtliyimizi seçməyə imkan verən bəzi hesablamalar varmış kimi, insanların həyata bir sıra mənfəət və zərər hesablamaları kimi yanaşa bilib bilməyəcəyi və ya belə yanaşmalı olub olmaması məsələləridir.
1989 cu ildən əvvəl mövcud olan demokratiyalara haradan baxarsaq baxaq böhran əlamətləri görürük. Nəyin səhv olması ilə bağlı müxtəlif izahlar mövcuddur. Patrik C. Deneen Niyə Liberalizm Uğursuz Oldu?, Miçiko Kakutani isə Həqiqətin Ölümü kitablarını yazdi. Heç biri də aşkar bir suala diqqət yetirmir: indiki böhranla mühacirət arasında əlaqə nədir? Bir Bentamit nöqteyi-nəzərindən immiqrasiya böhranla əlaqəsizdir: Bütün iqtisadçılar bunun iqtisadi cəhətdən faydalı olduğunu və işsizliyin populizmin olduğu bütün ölkələrdə tarixi standartlara görə aşağı olduğunu qəbul edirlər.Lakin immiqrasiyaya qarşı müqavimət , mühacirlərin çox olduğu yerlərdə deyil, insanların gələcəkdə artacağına inanıldığı yerlərdə daha güclüdür. İmmiqrasiyaya olan düşmənçiliyin irqlə əlaqəli olduğunu düşünməyə meyl var: bu bəzən belədir; çox vaxt yox. Ağdərili, orta gəlirli sinifə və gentrifiyerlərə düşmənçilik mühacirlərə qarşı düşmənçiliyin güzgüsüdür. İmmiqrasiya ilə bağlı qaldırılan məsələlər təkcə gəlir və ya irqlə bağlı deyil, kimliklə də bağlıdır. İnsanlar təkcə yoxsulluqdan deyil, həm də kimlik məhrumiyyətindən qorxduğu üçün, populizm kimlik siyasətində yeni bir mərhələyə imza atır.
Haqlı olaraq, insanların qorxduğu şey dəyişiklikdir, çünki dəyişiklik çətin və narahat prossesdir. Faydaları olduğu yerlərdə belə, ümumiyyətlə uğursuz, çox vaxt düşünülməyən nəticələri olur.Buna görə, dəyişikliyin sürəti və istiqamətinə görə təhdid altında hiss edən “haradansa” olan insanlar ilə dəyişikliyi alqışlayan, (əhəmiyyətli stimul olmadıqda, əksər insanlar dəyişikliyi sevmir) daha doğrusu başqalarının qorxduğu dəyişikliyi yaşamış “hər hansı bir yerdən” olan insanlar arasında bölünmə mövcuddur. Məsələn, Breksitçilər və Remainçilər arasındakı bölünmə, hər şeyi necə olduğu kimi daha çox və ya daha az saxlamağın ən yaxşı yolu haqqında iki fərqli anlayış arasında olan bölünmədir.
Səbəbdən kənarda
Utilitaryanlar üçün dəyişimdən qaçınmaq öz özlüyündə sadəcə ağılasığmazdır: onlar nostaljianı, yaxınlara olam şəfqəti və ya şəxsiyyət hissi qurulmasının mürəkkəb yollarını dərk edə bilmirlər.Funtun bir avroya dəyişdirilə biləcəyi kimi , bir zövqün asanlıqla digərinə dəyişdirilə biləcəyini düşünən faydaçı, müəyyən bir zövqün özünə məxsus bir əlavə dəyərə sahib olduğuna dair fikirləri istehza etməlidir. Sadəcə ona görə ki, xatirələri canlandırır və ya çox rahatdır. Yenədə , insanlar dəyişikliyə müqavimət göstərirlər və qazancı qeyd etməkdənsə daha çox zərərə yas tutmağa meyillidirlər.
Millində qəbul etdiyi kimi, Mill’ə qədər üç əsr boyunca əqli inkişaflara əsaslanan insan təbiəti və insan davranışı haqqında Bentamit anlayışı kim olduğumuz haqqında son dərəcə qənaətbəxş olmayan şərh olmuşdur. Səhvlər göz qabağındadır: insanın asanlıqla, yaxşı və rasional olacağına inam;(Bentamın misalında) istər sancaq və ya şeir olsun, ‘Bu mənə ləzzət verən şeydir’ deyən birisi ilə mübahisə olmaması;Və hamımızın fərd olaraq biznesdə olduğu kimi bizi ailəyə, dostlara, cəmiyyətə və millətə bağlayan əlaqələrin sırf rahatlığın instrumental tənzimləməsi olduğuna güman. Bu ənənədə heç kim bilmirdi ki, yenidən Keynesdən sitat gətirsək (1938-ci ilin sentyabrında, gələn müharibənin kölgəsi altında yazırdı) “ sivilizasiya çox az adamın şəxsiyyəti və iradəsi ilə qurulmuş incə və təhlükəli bir qabıqdır və yalnız məharətlə hazırlanmış və zirəkliklə qorunan qaydalar və konvensiyalarla təmin olunur”. Öz gəncliyi və dost dairəsi haqqında yazırdı, “ bizim xalq inancına və adətlərin məhdudiyyətinə hörmətimiz yoxdur.”
İndi xalq inancına və adət məhdudiyyətlərinə kim hörmət edir? İkinci Dünya Müharibəsindən sonrakı illərdəki dəyişikliyin sürəti, dərinliyi və genişliyi adət və ənənələrin, ən azı ziyalılara gülünc görünməsinə rəvac verirdi; Hətta Britaniya Mühafizəkarlar Partiyası da onları tərk etdi. Ancaq bir çox insanlar hələ də ənənəvi həyat tərzi sürür – əslindən hər kəs öz adətlərini yaradır- və, insanlar adət-ənənələrinin əbədi olaraq pozulma və dağılması ehtimalı ilə qarşı-qarşıya qaldıqda, müxalifətlə eyni reaksiya göstərirlər. Onların yerinə danışacaq birini axtarırlar. Bu, liberalların mütəmadi olaraq uğursuz olduğu nöqtədir.
İndi kim özlərini Utilitaryan elan edir? Demək olar ki, heç kim, lakin son 50 ildə baş verənlərin əksəriyyəti Bentamit prinsiplərinin uğuru kimi başa düşülə bilər. 40 ildən uzun müddət əvvəl, akademiyada işə başlayanda universitetlər müəssisələrinin dəyərini tanıdılar. Hər bir nizam-intizam öz adət-ənənələri və dəyərləri ilə birlikdə bir sənətkarlığı təmsil etdi. Tarix, Fəlsəfə və ya Ədəbiyyatın həqiqətən öyrənməyə dəyər olub-olmamasından narahat olan çox az adam var idi. Və heç kim universitetdə üç ilin çöldəki həyata hazırlığın çox hissəsini təmsil etdiyini iddia etmədi. İndi kursların təlim məqsədləri və ötürülən bacarıqları var. Məsələn, tələbələrə vaxt idarəetmə bacarıqlarını öyrəndiklərini söyləyirik. Hər hansı bir sənət mövzusunun öyrənilməsinə dair arqumentlərimiz kökündən yararlı hala gəldi. Bir çox cəhətdən universitetlər inkişaf etdi; lakin indi şöbələr maliyyələşmə mərkəzləri, tələbələr də istehlakçıdırlar.İrəliyə doğru atılan hər addım eyni zamanda geriyə bir addım (bəzən iki addım) olmuşdur. Bizim qazandıqlarımız səmərəlilik, şəffaflıq və faydalılıq baxımıdan qazanclar oldu. Bentamın, Panoptikon’un inşasından əldə etməyi gözlədiyi qazanc tək bir gözətçinin bütün həbsxana kameralarına nəzarət edə bilməsi idi. Zərərlərimiz isə məqsəd və məna baxımından olmuşdur.
Bunun nə üçün belə olduğunu və həmişə belə olacağını anlamaq üçün liberalizmin doğuşuna qayıtmağa dəyər. Lok’un icad etdiyi və Maarifçiliyin müdafiə etdiyi kimi, liberalizmin tək məqsədi dini fanatizmə alternativ təmin etmək idi. Protestantlarla katoliklər arasındakı müharibələr 1688-ci ildən əvvəlki yarım əsrlikdə Avropanın çox hissəsini məhv etdiyi üçün insanların dini fundamentalizmlə əlaqələrini zəiflətmək nəcib bir səbəb idi. Lakin bunun üçün tələb olunan şey, insanların onlara əziz olan bir çox adət və ənənələrdən, məna və məqsədlərdən imtina etməsi idi.
Ev kimisi yoxdur
Maarifçilik əvvəlindən bir kosmopolit hərəkat idi; onun aparıcı müəllifləri xarici ölkələrə səyahət edir və xarici kitablar oxuyurdular; onlar heç bir ölkəyə deyil, “məktublar respublikasına” aid idi. Russo Maarifçiliyə düşmənliyini nümayiş etdirmək üçün Cenevrə vətəndaşı olduğunu bildirməkdə təkidini davam etdirdi (tutulmadığı müddətcə). Bir çox cəhətdən Russonun antitezi olan Volter, mövcud olmayan bir yer adına özünü “de Voltaire” adlandırdı. O həm katolik, həm də protestantlığa qarşı dözümsüzlükdən qaça bildiyi Fransa ilə Cenevrə arasındakı sərhəddə xoşbəxtlik tapdı. Özünü ‘İngilis’ olaraq təsvir etməyi xoşlayırdı. Onlar hər yerdən gələn əsl kişi və qadınlardır.
Ənənələrinə sadiq qalaraq, böyük müasir liberal nəzəriyyəçi Con Ravls bizdən kim olduğumuzu bilmədiyimizi təsəvvür etməyimizi xahiş edir, çünki yalnız o zaman necə cəmiyyətdə yaşamaq istədiyimiz barədə qərar qəbul edə bilərik. Mən zənginəm ya kasıbam, kişi və ya qadınam, gey ya düzəm, yaşlı və ya gəncəm, sağlam və ya xəstəyəm, xristian və ya ateistəm? Ravls deyir ki, kim olduğunu unut, cəhalət pərdəsi arxasında gizlən və yalnız bundan sonra yaxşı həyat barədə rasional seçim edə bilərsən. Özünüzü bir yerdə məxsus bir insan kimi, əlaqələri, sadiqliyi, adət və ənənələri, həyatda məna və məqsədləri olan biri kimi düşünməməlisiniz. Liberalizm, səni sən edən, başqalarından fərqləndirən şeyləri bir kənara qoymağı tələb edir.
Burada müxtəlifliyin liberal tərifinin əsas paradoksu dayanır: şəhərlərimiz daha da “müxtəlifləşdikcə” onlar bir-birinə bənzəyirlər: 100-dən çox ölkədə McDonald restoranları var. Artan müxtəliflik homojenləşmə ilə mütənasib şəkildə artmaqdadır. Liberalizm bu cür paradokslarla doludur. Məsələn, müsbət fəaliyyət, insanların eyni zamanda dəyişmək hətta aradan qaldırmaq istədiyi mövzulara (irqi, cinsi, cins, sosial mənşəli) görə rəftar tələb edir. AB daha da yaxın birlik yaratmağa çalışır; lakin buna doğru atılan hər bir addım millətçilik ruhunu yenidən oyadır.Daha liberal cəmiyyət yaratmaq üçün hər cür göstərilən səy, bir yandan problemləri həll etdiyi qədər , digər yandan da problemlər yaradırmış kimi görünür: gözlənilməyən nəticələr planlaşdırılmış sosial dəyişimin qaçılmaz xüsusiyyətidir. Lakin, Bentamitin “maksimallaşdırma” məntiqini qəbul etdikdə, ortaya çıxan tutarlı bir model var; sosial inkişafdakı hər səy orijinal keyfiyyətlərin (bacarıq, mükəmməllik, ənənə, icma) mənasız miqdarını (‘əlavə dəyər’, ‘təsir’, ‘nisbi yoxsulluq’)əvəz edir.
Mən liberalam. Mill də həmçinin; amma onun mənəvi böhrana cavabı şeirin sancaqdan üstünlüyündə israr etmək idi. Keyns də belə idi; lakin onun Nasizmin yüksəlməsinə cavabı liberal ənənənin əqli və mənəvi uğursuzluğunu etiraf etmək idi. İndi də buna bənzər bir cavaba ehtiyacı var. Belə məqamlarda tarixçilərin müəyyən bir məsuliyyəti var.1938-ci ildə nəyin səhv olduğunu düşünmək üçün Keyns, Bentamdan ‘Bertie’ yə qədər fəlsəfə tarixi haqqında düşünmək məcburiyyətində qaldı, eynilə mənim də Maçiavellidən Bentama qədər mənəvi, siyasi və iqtisadi düşüncə tarixi barədə düşünməyə məsul hiss etdiyim kimi, və son nəticə Veberin müasir iqtisadi və bürokratik rasionallığın ‘dəmir qəfəsi’ adlandırdığı metafor oldu. Sadəcə 1938-ci ildəki Keynes kimi, miras qalmış ehtimallarımızın fayda deyil maneələr halına gəldiyini qəbul etməyə hazır olduğumuz zaman, ‘qəfəsimizi’ yenidən formalaşdırmağa ümid bəsləyə bilərik. Əgər bizimlə razılaşmayanlarla münasibət qura bilməsək, onlara nəyin vacib olduğunu başa düşməsək, uğursuzluqlarımız həm əqli, həm də mənəvi cəhətdən olacaq.Təəssüf ki, bəşəriyyətin əqli və mənəvi çatışmazlıqları üçün daimi bir müalicə yoxdur, ancaq indikindən daha yaxşısını etməyi hədəfləyə bilərik.
Liberalizm II Dünya Müharibəsindən sonra yeni bir dönəmə addım attı; lakin bu yaxınlarda bəziləri liberal dəyərlərin universal qələbəsi nəticəsində ‘tarixin sonunu’ qeyd etdilər. Tarix geri döndü və tarixçilər ortaya çıxan mübahisənin keyfiyyətinin yüksəldilməsində öz rollarını oynamalıdırlar.Liberalizm öz təbiəti ilə fərdiyyətçi və ahistorist olduğundan, onun ənənələrinin zəif cəhətlərini araşdırmaq və üzə çıxarmaq tarixçilərin əsas vəzifədir. Tarix həmişə müəyyən bir zamanla, müəyyən bir məkanla bağlı olmuşdur; həmişə fərdlərdən daha çox qruplar haqqında olmuşdur; həmişə bir yerin tarixi ilə bağlıdır. Maarifçilik dəqiq tarixdən daha çox fərziyyə tarixində daha yaxşı olmuşdur; və tarixçinin vəzifəsi, hətta ən maarifçi mütəfəkkirlərin də yerli şəraitin məhsulu olduğunu göstərməkdir.Tarix, bir sözlə, liberalizmin əqli uğursuzluqlarına qarşı ən yaxşı antidot olmuşdur; tarixçinin vəzifəsi cəhalət pərdəsini yıxmaq və insan həyatının insan həyatının ətraf mühitdən labüd asılılığı qavramaqdır. Bununla belə , bəzilərinin çox vaxt şüursuzcasına, liberal dəyərlərə və postmodern fərziyyələrə təriflər söyləyən bəzi tarixçilərin təşəbbüsünə , yazdıqlarına olan nöqteyi-nəzəri belə deyil. Böhran haqqında danışa bilmirlər, çünki kitabları onun həll yolları deyil, əlamətləri haqqındadır.
Biz kimik?
Misal üçün, 2018-ci ilin martında London Kitab İcmalında nəşr olunan Linda Colleyiin Breksitə aid Tarix Kömək Edə Bilərmi? adlı bir essesini misal götürək. Kimsə esseni iki sözlə ümumiləşdirsəydi, “dəyişikliyi qucaqlamaq” olardı. Colley daha çox dilli, daha qlobal Britaniya görmək istəyir. O, mühacirətdən bəhs etmədən populizmə hücum edir. O, Böyük Britaniyadakı problemin köhnə quruluşların hələ də davam etməsi olduğu fikrindədir. ‘Paroxializm’ həmişə pis bir şeydir. Aydındır ki, köhnə quruluşların mövcudluğunun güc və dayanıqlıq mənbəyi ola biləcəyi , yerli bir cəmiyyətdə köklərə bağlılığın təhlükəsizlik və güvən mənbəyi ola biləcəyi fikirləri ona hələ də aşkar olmamışdır. Colley’nin Britonlar(1992) kitabı, anti-fransız, anti-katolik, və əslində anti-Avropa mövqeyində olan fərqli bir İngilis kimliyinin 18-ci və 19-cu əsrin əvvəllərində qurulmasına məharətlə yol açdı. Britam Avropa Birja Məzənnəsi Mexanizminin üzvü olanda yazılan kitabda hələ də müzakirə edilməmiş bir fərziyyə var idi ki, o da bu kimliyin nəhayət geridə buraxa bilinəcək bir kimlik olması idi; və buna baxmayaraq, görünür ki, bir çox Britaniya vətəndaşı bu kimliyə bağlı idi və hələ də belədir.”Tarix Kömək Edə Bilərmi? ‘Bəli; lakin əgər, liberalizmin lehinə və ya əleyhinə olan mübahisənin yalnız bir tərəfindən çıxış edirsə, xeyr.
Devid Votan | Nəşr olunmuşdur, “History Today” dərgisi; 68-cü cild, 12 dekabr 2018-ci il