Lənkəranlı alimlər beynəlxalq konfransda iştirak ediblər

 

Ukraynanın Xerson Dövlət Aqrar Universitetinin “İqlim dəyişikliklərinin yer ərazilərinin məkan inkişafına təsiri: nəticələri və həlli yolları” mövzusunda keçirdiyi III Beynəlxalq elmi-praktik konfransda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn beynəlxalq konfransda Lənkəran Regional Elmi Mərkəzin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevin və fəlsəfə doktoru Xalıqverdi Babayevin məqalələri təqdim olunub.

Professor Fərman Quliyevin L.Hüseynovla birlikdə hazırladığı məqalədə Azərbaycanda şabalıdı torpaqlarda yetişdirilən narın əsas xəstəliklərindən bəhs edilir.

Mərkəzin baş elmi işçisi, fəlsəfə doktoru Xalıqverdi Babayevin məqaləsində isə Lənkəran rayonunun yamacvari torpaqlarının eroziyadan qorunması tədbirləri və U.Məmmədovla birlikdə məqalələri də konfransın toplusuna daxil edilib.

Qeyd edək ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ekologiya ilə bağlı aktual problemlərin mümkün həll yollarını hərtərəfli müzakirə etmək və iqlim dəyişikliyinin yer ərazilərinin məkan inkişafına istiqamətini müəyyənləşdirmək, müxtəlif ölkələrin alimləri arasında əlaqə yaratmaq, tədqiqat təcrübəsi mübadiləsi və tədqiqat nəticələrini dərc etməkdir.

Məqalə müəllifləri beynəlxalq konfransın sertifikatına layiq görülüblər.

 

Mənbə:azertag.az

Müxbir:Aytac Cəfərova