Lənkəran-Astara iqtisadi coğrafi rayonunun qəsəbələri

Lənkəran -Astara iqtisadi coğrafi rayonunun tərkibinə Astara, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonları daxildir. Bu iqtisadi rayon ölkənin cənubunda İran İR və Türkiyəyə gedən yollar üzərində yerləşmişdir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Sahəsi 6.14 kv.min km-dir ki,bu da ölkə ərazisinin 7.1 %-nə bərabərdir. Əhalisinin sayı 855.7 min kv km-dir. Ölkə əhalisinin 9.3%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər kv km-ə 141 nəfər düşür.

Lənkəran rayonu Azərbaycanda inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153 940 hektardır, quru sahəsi isə 66700 hektar təşkil edir. Rayon ərazisində 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.

Qəsəbələri:Hirkan, Aşağı Nüvədi, Nərimanabad, balıqçılar, İstisu, Haftoni, Gərmətük, Şirinsu.

Hirkan (əvvəlki adı: Avrora)— Lənkəran rayonunda inzibati ərazi vahidində Şəhər tipli qəsəbədir. Bu qəsəbə Lənkəranın ən gözəl və gəzməli yerlərindəndir. Bir tərəfi Talış dağları və onun ətəyindəki Xanbulan gölü, bir tərəfi isə düzənlikdəki palıd meşəsi ilə əhatə olunmuşdur. Burada məktəb, xəstəxana, icra nümayəndəliyi, poçt, ATS, uşaq baxçası, klublar və s. obyeklər yerləşir. Buranın əhalisinin əksəriyyəti köçmə azərilər və talışlar (əsasən Lerikdən gələnlər). Buranın ərazisi əhalisinə görə çox böyükdür. Qəsəbə şimaldan Türkəkəran, şimal şərqdən Şıxəkəran, şərqdən Mamusta, cənub şərqdən Daşdalıqjar, cənubdan Parakənd və Astara rayonu (pensər kəndi), qərbdən isə Bürcəli kəndləri həmsərhəddir. Ərazisi 1534 hektardır. Buna görə də 1998-ci ilddə adambaşına 16-17 sot torpaq sahəsi ayrılmışdır. O vaxtkı ailələr çoxuşaqlı, həmçinin ərazi də böyük olduğu üçün hər ailəyə 1-3 hektararası sahə düşmüşdür. Əvvəlki adı Avrora olmuş və 1990-cı il 5 oktyabrdan  dəyişdirilərək Hirkan adlandırılmışdır

1934-cü ilddə Baltik donanmasının “Avrora” kreyserinin şərəfinə “Avrora” çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır. Dağatəyi düzənlikdədir.

Xanbulançay su anbarı bu qəsəbədədir. 1976-cı ildən Bəşəru çayının üzərində inşa olunan bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə  ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur. Su anbarı tikilərkən böyük bir ərazi su altında qalmışdır, burada bir kənd tamamilə suyun altında qalmışdır. Su ilə dolan dərədə böyük bir göl əmələ gəlmişdir, bu göldə balıqçılıq da inkişaf etmişdir. Suyun səviyyəsi enəndə buradakı evlərin və onların içindəki əşyaların olduğu kimi qaldığını görəcəksiniz, sadəcə evlərin içi palçıqla doludur. Həmçinin suyun altında qalan köhnə traktorlar və başqa texnikalarda vardır. Burada qəbirstanlıq da var, sadəcə bənd tikilərkən buradakı cəsədləri çıxarıb, başqa yerdə dəfn etmişlər. Yalnız qəbirlərin başdaşları qalmışdır. Minlərlə ağac suyun altında qalmış və qəribə görünüş almışdır.

Qeyd etmək lazımdır ki, qəsəbənin tarixi XX əsrin əvvəllərinə təsadüf edir. SSRİ hökuməti tərəfindən yaradılmış bir çay sovxozu idi – Avrora Çay Sovxozu

Buradakı tarixi abidələr “Hirkan kurqanları”, “Xatirə bulağı” və 1941-ci ildə tikilmiş “Hərbi maşın qarajları” və s.

Qəsəbədə həmçinin ruslarda yaşamışlar, amma indi bir nəfərdə olsun rus yoxdur.

Bura Azərbaycanın ən böyük çay sovxozlarından biri olub, indi isə həmin çay kollarının 99%-dən çoxunun yerində evlər tikilmiş və ya kolluqlar bitmişdir. Hal-hazırda qəsəbədə çayçılıq qismən inkişaf etmişdir.

Qəsəbə caamatı daha çox sitrus bitkiləri, əkinçilik və heyvandarlıqla məşğul olur.

Burada məktəb, uşaq bağçası, xəstəxana, məscid, çay fabriki, icra nümayəndəliyi, poçt, ATS, otel, şadlıq sarayı, klub, kitabxana, marketlər və başqa obyektlər yerləşir.

1953-cü ildə burada ilk tam orta məktəb tikilmişdir. Bu məktəbdə SSRİ dağılana qədər rus sektoru da olmuşdur. 2012-ci ildə yeni məktəb binası inşa olunmuşdur. Bu məktəbdə 700-ə yaxın şagird təhsil alır. Dərslər çox yüksək səviyyədə keçirilir. Məktəbdə 70-dən çox müəllim və işçi heyəti çalışır.

1954-cü ildə burada ilk xəstəxana tikilmişdir. Bu xəstəxanada 50-dən çox həkim və işçi heyəti çalışır. Xəstəxana binası ildən-ilə yararsız hala düşür.

1999-cu ildə qəsəbədə ilk məscid tikilmişdir. Bu məsciddə dini icma fəaliyyət göstərir.

Burada uşaq bağçasının binası olsa da, amma artıq fəaliyyətini dayandırmışdır. İndiyə qədər bu bağça üç bina dəyişmişdir.

Həmçinin kitabxana fəaliyyət göstərmişdir.

Buradakı klub sakinlərin tez-tez kinolara baxmaları üçün xidmət göstərirmiş, indi isə bu bina Hirkan qəsəbə yaradıcılıq evi kimi fəaliyyət göstərir.

Qəsəbənin üç böyük küçəsi var:

1) A.Quliyev küçəsi, Ələt -Astara yolunun qəsəbə ərazisindən keçən hissəsində yerləşir.

2) R.Ağayev küçəsi, Hirkan-Mamusta yolunun qəsəbə ərazisindən keçən hissəsində yerləşir. Yerli əhali buranı “Qabaq küçə” adlandırır.

3) Bu küçəyə dövlət tərəfindən hər hansı bir ad verilməmişdir. Yerli əhali buraya “Arxa küçə” deyir.

700-dən çox evi var.

İstifadə olunmayan bağça binasının bir hissəsində hal-hazırda Hirkan qəsəbə bələdiyyəsi fəaliyyət göstərir.

Qəsəbədə hətta çörək zavodu da fəaliyyət göstərmişdir. İllərdir ki, bu bina istifadəsiz vəziyyətdə qalmaqdadır.

Bu ərazidə böyük çay fabriki də fəaliyyət göstərmişdir. Hal-hazırda isə bu fabrikdə tikinti materialları satışı ilə məşğul olunur. Buranın əhalisinin sayı 2.900 nəfərə çatmışdır (2019). Əhalinin əksəriyyətini azəri türkləri təşkil edir. Ötən əsrin əvvəllərində burada demək olar ki, çox az ailə talış dilində danışırdı, amma indi isə talış dilindən geniş istifadə olunur. SSRİ dövründə bura Lənkəranın ən az talış dilində danışılan ərazisi olub.Hirkan milli parkı burada yerləşir. Hətta milli parkın bir hissəsi olan palıd meşəsi – yerli əhalinin “Moskva meşəsi” adlandırdığı bu meşə çox əsrarəngiz gözəlliyi ilə seçilir. Bu meşənin sahəsi hardasa 1 km²-ə bərabərdir. Bu meşə Hirkan qəsəbəsini Daşdalıqjar kəndindən ayırır. Meşədə Sovet dönəmində bir çox yaşlı ağaclar siyahıya alınmışdır. Bir vaxtlar burada yabanı bitkilər yetişirdi. Bunlardan çiyələk, əzgil, armud, alça, yabanı soğan (talış dilində-“vəcələ” deyilir) və başqa bitkilər yetişirdi. İndi isə meşə çox seyrəkləşmişdir, təbii ki, əhali oduncaq ehtiyatını ödəmək üçün meşəni qırmağa başladılar. Nəhayət 2012-ci ildə qəsəbəyə yeni qaz boruları çəkildikdən sonra artıq qisməndə olsa, meşəyə toxunulmamışdır. Lakin hal-hazırda meşə baxımsız vəziyyətdə qalmışdır.

Burada SSRİ dövründə çay sahələri çox geniş olmuşdur, Çoxlu sayda suvarma üçün qazılmış göllər indi təhlükə yaradan bataqlığa çevrilmiş və ya qurumuşdur. Bu göllərdə qoyulmuş böyük və qalın dəmirdən olan su çəkən matorların çəkisi ağır olduğuna görə nasaz vəziyyətdə hələ də göllərin çoxunda qalmaqdadır.

Çəltikçilik bir müddət təzəcə inkişaf etmişdir. Sonralar maraq olmadığına görə əkini dayandırıldı. Çəltik bataqlıqları o ərazilərdə hələ də var və təhlükə yaratmaqdadır.

Aşağı Nüvədi — Lənkəran rayonunda inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 2011 -ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir

“Nüvədi” Tat  və Talış dillərində “Yeni kənd”, “Təzə kənd” mənasında işlənmişdir. Oykonimin birinci komponenti isə kəndin yerləşdiyi coğrafi mövqeyi göstərir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkərən, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunmuşdur. Ərazisi 303 hektardır. 203 hektarı əkin yeri, 88 hektarı həyətyanı sahə, 9 hektarı örüş, 3 hektarı meşə zolağıdır.

Qəsəbə XDS İcraiyyə Komitəsi 1960-cı ilin mart ayında təşkil olunmuşdur. 1971-ci ildə şəhər tipli qəsəbə statusu verilib. 1992-ci ilin fevral ayında şəhər icra hakimiyyyəti başçısının qəsəbə üzrə icra nümayəndəliyi yaradılmışdır.

Əhalisi 3171 nəfərdir, 1618 nəfəri qadındır, 54 nəfəri “Qəhrəman ana”dır. 686 ailə təsərrüfatı vardır .

Kənd ərazisində “Palıdlı Sahil” turizm istirahət mərkəzi, beş ulduzlu “Xəzər Palace” hoteli və hotelin restoranı yerləşmişdir.

Aşağı Nüvədi məktəbi 1919-cu ildə Davud Sədyarovun mülkündə fəaliyyətə başlamışdır. İlk müdiri Fərəculla Daşdəmirovdur (1919-1924). 1919-1938-ci illərdə ibtidai, 1938-1964-cü illərdə yeddiillik, 1964-1968-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1968-ci ildə tam orta məktəbə çevrilmişdir. İndiki binası 1975-ci ildə istifadəyə verilib. 2017-ci il məlumatına əsasən məktəbdə 571 şagird təhsil alır, 91 müəllim dərs deyir.

Gərmətük — Lənkəran rayonunda eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı Talış dilindəki gərm (isti) və tuk (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib. “isti yerdə çəltik sahəsi” deməkdir. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Balıqçılar — Lənkəran rayonunda  inzibati ərazi vahidində qəsəbədir. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad -Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır

Qəsəbədə “Xanım Zəhra” məscidi dini icması fəaliyyət göstərir.

Haftoni — Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən şəhər tipli qəsəbədir.. Dağətəyi ərazidədir. Haftoni sözü, talış dilindən “Yeddi bulaq” (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.

25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.Talış dağlarında ətəyində yerləşir

İstisu (əvvəlki adı: Kirov) — Lənkəran rayonunun inzibati ərazi vahidində Şəhər tipli qəsəbədir. Əvvəlki adı Kirov olmuş və 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İstisu adlandırılmışdır

Rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir.

Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür.

Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri “Qəhrəman ana”dır, 718 ailə təsərrüfatı var(2017).

Nərimanabad — Lənkəran inzibati ərazi vahidində qəsəbədir. 25 oktyabr 2011-ci ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman -Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.

2015-ci ilin 25 iyunda kəndə Təbii qaz verilişi bərpa olunmuşdur.

MASALLI– Masallı rayonu Cəlilabad, Lerik, Yardımlı, Lənkəran, Neftçala rayonları ilə həmsərhəddir. Əhalisi 211 951 nəfərdir(2014). Şərqdə Xəzər dənizi, qərbdə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Rayon 1930-cu ildə salınmışdır.

Boradigah — Masallı rayonunun  tabeçiliyində şəhər tipli qəsəbə (1966-cı ildən). “Boradigah” toponimi haqqında müxtəlif mülahizələr söylənilir. Boradigahı “bura digahdır” (yəni bura kənd yeridir) kimi izah edənlər də var. Daha inandırıcı mülahizəni coğrafiya elmləri doktoru, dosent N.Məmmədov söyləyir. O, “Boradigah” toponimi haqqında yazır: “Toponimin yazılışı “Bırə diqo”dur. Mənası tikanlıqdakı kənd yeri deməkdir. Talışca “Bır” – tikan, “o” – birləşdirici səs, “di” — kənd, “qo” — yer mənasındadır.

XVIII əsrə qədərki tarixi mənbələrdə Boradigah toponiminə demək olar ki, rast gəlinmir. Talış xanlığı inkişaf etmiş, ticarət, sənətkarlıq və mühüm yaşayış məntəqələrindən biri kimi tanınmağa başlayır. Təsadüfi deyil ki, xanlığın ərazi inzibati xəritələrində mühüm yaşayış məntəqəsi kimi Boradigah da göstərilir. Boradigah toponiminə XIX əsrə aid olan mənbələrdə tez-tez rast gəlinir. Belə ki, XIX əsrdə yaşayıb-yaratmış şairlərdən Mirzə Əziz şeirlərindən birində Lənkəran qəzasına məxsus 14 toponim sırasında Boradigahın da adını çəkir:

Kənd sizun, şəhər sizun, kasibi-ərbab sizun,

Məscidu, mədrəsəvü, məktəbi-tüllab sizun.

Gərmətük, Şağlakücə, Xolmili, bir də Butəsər,

Cəmişəvanü, Şiləvar, Girdəni, Murdab sizun.

Boladi, Boradigah, Cil, Veravul, həm Vilvan,

Şağlaserdə nə qədər nehrə, küpə, qab sizun…

Məlum olduğu kimi, talış hakimi Mir Mustafa xan (1787-1814) mülkiyyətini sağlığında ikən ailə üzvləri arasında bölüşdürmüşdü. Boradigah onun ikinci oğlu Mir Hüseyn xana məxsus əraziyə daxil idi. Boradigahlılar vergini ona verirdilər. Tədqiqatçı F.Əsədovun fikrincə, Mir Hüseyn xan hər il Boradigahdan 360 tümən vergi alır və bundan əlavə 9 dəyirmandan gələn gəlir də ona çatırdı.

1853-1854-cü illərdə Boradigahda inşa olunmuş memarlıq abidəsi olan məscid hazırda da istifadə olunur. Onun tikintisi Boradigahın tarixində mühüm mədəni hadisələrdən biridir.

1913-cü ildə cəmi 700 həyətdən ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını zəbt edərək ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı kəndli xanı öldürmək məqsədilə ona güllə də atmışdı. Maraqlı budur ki, Mir Əsgər xan boradigahlıların öhdəsindən gələ bilməmiş, acizanə surətdə Qafqaz canişini N.Nikolayeviçə şikayətlənərək yazmışdı: “Boradigahlılar bizim torpaq sahələrimizi zəbt etmişlər, bizə icarə haqqı da vermirlər”.

Qəsəbədə çay fabriki, 2 orta məktəb, kinoklub, xəstəxana, avtomat telefon stansiyası var. Boradigahda arxeoloji abidələrdən “Ağbala təpəsi” və “Mehti təpəsi” (Tunc dövrü) mühafizə olunmuşdur. Boradigahda 27 dekabr 2007-ci il tarixində Azərbaycan memarlığı üslubuna uyğun yeni məscid binasının təməli qoyulmuş və onun inşası hazırda davam edir.

Ərkivan – Masallı rayonunun  inzibati ərazi vahidində qəsəbə. 5 mart 2013-cü ildə Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir.

Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.

Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığında isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.

Ərkivan qəsəbəsi Talış dağlarının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi  və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, “Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimal-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran  və dağlıq mahalları, qərbdən Səfidəşt mahalı və İranla sərhəd olmuşdur.”

Dəştvənd mahalının adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yaşayış məntəqəsi olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.

Bir sıra tarixçi alimlər Şeyx -Səfinin (1252-1334) Ərkivanda olduğunu iddia edirlər.

Rus dilində çap edilmiş “Azərbaycanın tarixi coğrafiyası” kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə rast gəlinir.

Ərkivan Gecələri. Qala təsviri Masall- Yardımlı şossesi.

Dilçi alim, professor Ağamusa Axundova  görə “Ərkivan” qala yeri deməkdir.

Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli yer tutan Səfəvilər sülaləsi dünyəvi və ruhani hakimiyyəti birləşdirmişdilər. Ərkivanın Səfəvilərlə bağlılığı artıq təsdiq olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx Səfinin Ərkivan kəndində (7 il) yaşadığını (1274-1281) qeyd edirlər. Tarixi mənbələrin verdiyi məlumata görə, 1501 -ci ildə Təbrizdən qayıdarkən Şah İsmayil Xətai yolüstü Ərkivanda dayanаrаq bir müddәt dincəlmiş və Şeyx Sәfi bulağından su içmişdir.

V-VI əsrlərdə tikilən Ərkivan qalası həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göstәrir. Masallının Ərkivan kəndindən dulusçu Cəsarət Nuriyev gil və qumdan hazırlanmış onlarca məişət əşyası Ərkivan mədəniyyətinin və tarixinin, bariz nümunəsidir. Şərafət Əzizov. Sandığçı Şərafət bəyin hazırladığı sandıqlar nəinki, Masallıda, Azərbaycanda, o cümlədəndə bütün dünyada sərgilənir və saxlanılır.  1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Ərkivan kənd cəmiyyəti tərkibinə daxil olan Ərkivan kəndində 183 evdə şiə etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 1.507 nəfər (940 nəfəri kişilər, 567 nəfəri qadınlar) əhali yaşayırdı. Kəndin ərazisi 2.294 hektardan artıq olmaqla 13 məhəlləni, 3.765 ev təsərrüfatını əhatə edir. Əhalisinin sayı 19.000 nəfərdən artıq, torpağı məhsuldar və bərəkətlidir. Ərazidə 4 orta, 1 əsas məktəb, mədəniyyət evi, 4 kitabxana, sağlamlıq mərkəzi, 2 feldşer-mama məntəqəsi, poçt, uşaq bağçası, yanacaq və qaz doldurma məntəqələri, qaz paylayıcı stansiya, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral su qablaşdırma sexi, 2 un dəyirmanı, Seyid Sadıq ziyarətgahı, 9 məscid, 3 stadion, idman meydançaları, istirahət mərkəzləri, bir sözlə, qəsəbə statusunun verilməsi üçün bütün infrastruktur vardır. Kəndin əmək qabiliyyətli əhalisi kənd təsərrüfatının bütün sahələrində, habelə sənaye, ticarət, istehsal xidmətləri sahəsində, dövlət qurumlarında və təhsil ocaqlarında çalışırlar.

Qəsəbədə “Göllü”məscidi  “Zeynoba” məscidi, “Şeyx Səfi” məscidi və “Qızlaküçə” məscidi,dini icmaları fəaliyyət göstərir. Memarlıq abidələri.

Ərkivan qalası – IX-X əsrlər

Şahsəfi bulağı – XIII əsr

Mehti bulağı – XIX əsr

Göllü məscidi – XIX əsr (Göllü məhəlləsi)

Məscidlər və bir neçə tikililər – XX əsr

Mir Seyid Sadıq Ağa məqbərəsi – XXI əsr

Şəhidlər bulağı – XXI əsr

ASTARA-Azərbaycan respublikasının cənubhnda İran İR ilə sərhəddə yerləşmişdir.Şimaldan Lənkəran,Şimal-qərbdən Lerik ilə həm sərhəddir. Rayon 8 avqust 1930 -cu ildə yaradılmışdır. Rayon 1963-cü ildə ləğv olunaraq Lənkərana birləşdirilmiş, 1965-dən ayrılaraq müstəqil olmuşdur. Rayonun mərkəzi Astara şəhəridir.

Ərçivan — Astara rayonunda qəsəbə inzibati ərazi dairəsidir.  Arcivan Astara rayonunun Arcivan inzibati ərazi vahidində kənd. Arcivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan Şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət “dəyirman yeri” mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş “ardıc ağacı bitən yer” mənasında soz kimi qəbul edirlər. Əslində oykonim arci və van sözlərindən düzəlib, “dağlıların yaşadığı yer” deməkdir. Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cür izah edirlər:

  1. Arcion (ərəçləri) toponiminin dəyişilmiŞ variantı olub, “mışarçəkənlər yeri” deməkdir;
  2. Talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, “dəyirman yeri” mənasını bildirir;
  3. Türk dillərindəki arca (ardıc ağacı) və məkan bildirən van sözlərindən əmələ gəlib, “ardıc ağacı bitən yer” mənasındadır. Coğrafi adın tərkibindəki topokomponentlərdən ərç “dəyirman”, “i” birləşdirici sait, van isə “məskən”, “yaşayış yeri” sözlərindən ibarətdir (Dəyirman yerində salınan kənd). Ərçivan qəsəbəsində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.

“Yanar Bulaq”

Ərçivan qəsəbəsini və bu yerlərə gələn yerli və xarici qonaqların diqqətini cəlb edən “Yanar Bulaq” abidəsidir. Çox maraqlı bir görüntüdən ibarətdir bu bulaq, Kibriti axan suya yaxınlaşdırdıqda alovlanıb yanmaqa başlayır. Mütəxəssislər bunu suyun tərkibində kükürd maddəsinin olması ilə izah edirlər. Dini ziyarətgah kimi qazandaş ocağı bu yerlərdə dini inanc kimi yerli əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət edilir. Qəsəbədə hamımıza tanış olan ulduz filmi 1964-cü ildə lentə alınıb. Filmdə lentə alınan iki mərtəbəli unikal lahiyəli tikili bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən mühafizə olunaraq ümumi dövlət reyesterinə salınmışdır.

Tarixi abidə olan Ləm

Orta əsrə aid olan Qazandaş(Gəzəndaş) türbəsi

Ləm1906-cı il

Yanarbulaq

Kərbəlayi Həmid abdulla hamamı 1806-cı il

Məhəmməd Hənəfiyyə məscidi XIX əsr[

2014-cü ilin məlumatına görə qəsəbədə 9,200 nəfər yaşayır. Əhalisi əsasən Talışlar və qismən Azərbaycanlılardan ibarətdir.Qəsəbədə şiə müsəlmanlar üstünlük təşkil edir.

Kijoba, Kijəbə — Astara rayonunda inzibati ərazi vahidində qəsəbədir.

Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, “cücə obası” və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş “quş damı” mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər.

Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə “toyuq”, “quş” və oba “kənd” komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası “Quş qapısı” deməkdir.Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xətəxana, uşaq bağçası və rabitə şöbəsi var. Talışlar və azərbaycanlılardan ibarətdir.

Əsasən əkinçiliklə məşğul olurlar. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbənin iqtisadiyyatını əsasını təşkil etmişdir. Bu səbəbdən bazar iqtisadiyyatı geniş yayılmışdır.

YARDIMLI-Rayonun mərkəzi Yardımlı şəhəridir. İlk dəfə 1930-cu il 8 avqust tarixində Vərgədüz rayonu adı ilə təşkil olunmuşdur. Sahəsi 667,2 kv.km,əhalisi isə 67 000 nəfərdir. Yardımlı qəsəbəsi— Azərbaycanda şəhər, Yardımlı rayonunun  inzibati mərkəzi. 1963-cü ildə şəhər tipli qəsəbə, 2008-ci ildə isə şəhər statusu almışdır. 13 iyun 2008-ci ildə Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndləri Yardımlı qəsəbəsi ilə birləşdirilmiş, həmin kəndlər Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılmış, Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Yardımlı qəsəbəsinə şəhər statusu verilmiş, Yardımlı qəsəbə inzibati ərazi dairəsi Yardımlı şəhər inzibati ərazi dairəsi adlandırılmışdır. Şəhər Masallı dəmiryolu stansiyasından 54 km, Bakıdan 304 km aralıdır

Lənkəran-Astara iqtisadi coğrafi rayonunun digər bölgələri olan Cəlilabad və Lerik rayonlarının isə qəsəbələri yoxdur.

 

Yazar: Sevin Bayramova