Latın Amerikası

Böyük Britaniyanın cənub hissəsi kimi tanınan Latın Amerikası ABŞ-ı Meksikadan ayıran çaydan-“Rio Qrande”dən başlayaraq Cənubi Amerikanın cənub ucuna- “Cape Horn” kimi bilinən əraziyə qədər uzanır.

Bu bölgəyə Meksika, Orta Amerika, Cənubi Amerika və Karib dənizinin adaları daxildir.

Latın Amerikası dünya meşələrinin 23%-nə və şirin suların 31%-nə ev sahibliyi edir. Zəngin ehtiyatlarının olmasına baxmayaraq, bölgədə əhali artımı və insanların ətrafdakı torpaqlardan istifadə etməsi bu qaynaqların tükənməsinə səbəb olur.

Əhali artmağa davam etdikcə şəhər və qəsəbələrdəki təhlükəsiz su və kanalizasiya yollarını tapmaq böyük problem olur. Həm havadakı, həm də sudakı çirklənmə (şirin su, okeanlar və dənizlər) Latın Amerikası xalqlarının üzləşdiyi əsas problemdir. Bəzi bölgələrdə az mənbələr üzərində rəqabət sosial və ekoloji ziddiyyətlərə səbəb olmuşdur. Bütün bunlar orada yaşayan insanların həyat tərzi üçün böyük risk yaradır.

İnsan və ətraf mühitin qarşılıqlı əlaqəsi:
İnsan və ətraf mühitin qarşılıqlı əlaqəsi mövzunu araşdırmaq maraqlıdır, çünki onun kökləri təkcə coğrafiyada əkilmir. Bütün sosial tədqiqatların fənlərindən keçir. Tarixin, iqtisadiyyatın, coğrafiyanın və digər elmlərin bir hissəsidir. İlk tarixdən bir nümunəyə nəzər salaq:

İnsanlar zaman keçdikcə ətraf mühitə necə uyğunlaşmağı və ehtiyaclarına görə necə dəyişdirəcəklərini öyrənmişlər. Əvvəlki daimi yaşayış məskənlərinin çoxu su mənbələrinin ətrafında yaranmışdır. Bu yerlərin bəzilərində insanlar su ətrafında geniş bölgədə yerləşə bilməsi üçün ətrafdakı mühiti dəyişdirməyə başladılar. İnsanların ətraf mühitlə bağlı erkən forması suvarma idi. Bu da əsas su mənbələrindən suyun ətrafdakı təsərrüfatlara gətirilərək insanların qida ilə təmin olunmasına səbəb olurdu. Latın Amerikası bu mövzunu öyrənmək üçün əla bir yerdir. İnsanlar ətraf mühitlə həm müsbət, həm də mənfi əlaqə qururlar. Məsələn, insanlar bir çayı bənd etdikdə həm yaxşı, həm də pis nəticələr əldə edirlər.

QAYNAQ: World Geography
TƏRCÜMƏÇİ: Zəhra Dadaşzadə
HƏMÇİNİN BAX: İkidillilik və idrakın inkişafı
HƏMÇİNİN BAX: Tehsilim.org/bdu-nun-xarici-universitetlerine-qebul-olan-mezunlari/