Laoşanq xaqanın Çinə yürüşləri

Hun orduları b.e.ə 166-cı ildə, 140.000 atlı ordu ilə bugünkü Niqşia olan Cua və Şiaoquan ərazisinə  daxil oldular. Orda Beydi Komandiri Angqi öldürdü. O çoxlu sayda insanları və heyvanları tutaraq Penqyanqa qədər irəliləmişdi. Atlılar Huiconq sarayını yandırdılar. Avanqard qoşunları Yonq və Qancuana qədər gəldilər. Bunun üzərinə imperator Ven Ko Şi və Kan Vu-I general təyin etdi. Min araba  və yüz atlı dəstələri paytaxt Zanq boyunca cəhbə ilə düzüldülər. Yenidən Lu Qunq, Şanaqi generalı Vey Sy, General Beydi, Ko Zao, General Lonqşi, Kanq Şianqru, General Qrand və nəhayət Dong Qi general elan  edildi. Böyük bir araba və atlı ordusu Hunlara qarşı irəliləməyə başladı. Çanyu bir aydan çox Çin torpaqlarında idi.

Çin ordusu sərhədi keçdi, Hunlara doğru irəlilədi, amma heç kəs ilə qarşılaşmadı. Bundan sonra Hunlar davamlı olaraq Çin torpaqlarına daxil oldular və Çini yağmaladılar. Onların əksəriyyəti Yunkonq və Liadonku əzdilər, orda olan on mindən çox ordunu öldürdülər. Çətin vəziyyətə görə, Çin Çanyuya (Tanhu) səfir göndərdi və məktub təqdim etdi. Çanyu bunun müqabilində Danqhu adlı bir elçi göndərdi və evlilik vasitəsilə barışıq müqaviləsi təklif etdi.

E.ə 162-ci ilə İmperator Ven Çanyuya məktub göndərdi.

“İmperator hörmətlə Hunların Böyük Çanyusunun sağlığını soruşur. Büyük elçilərinizin Danqhu Juçu, Diaoçunan və Lanqconq Han Liao ilə birlikdə göndərdiyiniz iki baş at gəldi, onları məmnuniyyətlə satın aldım. Öncəki hökümdarların tərzində, Çin Səddinin qərbində ox atanlar Çanyu torbaqlarından əmr alırlar, Çin Səddinin içində başlıq və kəmər taxanların ailələri məndən əmr alırlar. Bütün xalqlar əkinçilik, toxuculuq və ovçuluqla dolanır.Ata
və oğul bir-birlərindən ayrılamazlar, qarşılıqlı sülhə liderlik edirlər. Bu gün insanların xəsisliyinin fəzilətindən uzaqlaşdığını və əhdi pozduğunu, insanlığın həyatını unutduğunu və iki hökmdarın qardaşlığını pozduğunu eşitdim.

Məktubunuzda demişdiniz: “İki ölkə artıq evlilik vasitəsilə bir sülh müqaviləsi bağlayır, iki hökmdar yaxınlıq və əlaqə qurur, ordu dincəlir, əsgərlər dincəlir, atlar dincəlir. Nəsillər üçün firavanlıq və xoşbəxtlik olacaq. Gəlin bir araya gələk və yenidən başlayaq ”. Sizin məktubunuz çox xoşuma gəldi. Müqəddəs hökmdarlar günün yenilənməsini, pis şeyləri dəyişdirərək düzgün başlanğıcını, yaşlıların dincliyini, uşaqların böyüməsini, hər kəsin varlığını qoruyub saxlamağı və Səmanın verdiyi illərin tamamlanmasını təmin edirlər.

Mən və Çanyu birlikdə bu yola davam edirik. Cənnətə itaət və insanlara mərhəmət nəsildən-nəslə ötürüləcək, bu iş heç vaxt  bitməyəcəkdir. Hər kəs səmanın altında firavan yaşayacaq. Çin və Hun qonşu, bir-birinin dostu ölkələrdir. Hunların torpaqları şimaldadır, soyuqdur, ölümcül hava erkən gəlir. Buna görə əsgərlərə əmr verirəm  və ildə bir neçə dəfə Çanyuya darı, mayalanmış içki, qızıl naxışlı ipək, xam ipək və digər mallar göndərirəm. Bu gün Səmanın  altında (Çində) böyük bir sülh var, bütün insanlar firavan yaşayırlar. Mən və Çanyu bu insanların hamısının valideyniyik.

Keçmişin əsərlərini xatırlayıram. Eşitmişəm ki, göy hər yeri örtmür, yer tək daşımır. Mən və Çanyu, hər birimiz kiçik köhnə fəaliyyətləri tərk edək, birlikdə böyük yola gedək, əvvəlki pislikləri sındıraq, uzun gələcəyi idarə edək, iki ölkənin xalqı bir ailənin övladı olsun. Bütün insanlardan, altdakı balıqlar, tısbağalar və yuxarıda uçan quşlar, nəfəs alan və sürünən növlər, bütün canlılar sülhə və faydaya çatmayacaq və təhlükədən azad olmayacaqlar. Yəni gələnlər dayanmaz, bu cənnət yoludur. Gəlin hər ikimiz əvvəlki fəaliyyətdən imtina edək. Qaçan və əsir düşənləri sərbəst buraxıram. Çanyu isə Canqni kimi insanları unudur. Köhnə hökmdarların müqaviləni açıq etdiklərini və vədlərinə əməl etdiklərini eşitdim. Çanyu zehnində qalır, Göyün Altılığı (Çin) böyük barışıq tapacaq, evlilik yolu ilə barış müqaviləsindən sonra Çin onu pozan ilk tərəf olmayacaq ”.

Hun Çanyusu evlilik üzərindən sülh müqaviləsi bağladı. Bu münasibətlə, Çin imperatoru məmurlara əmr verdi və dedi: “Hunların böyük Çanyusu mənə məktub göndərdi. Evlilik üzərindən sülh müqaviləsi indi bağlanmışdır.

QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Səriyyə Əhmədova
HƏMÇİNİN BAX: Sərbəst insanlar ölkəsində
HƏMÇİNİN BAX: Tehsilim.org/ehmed-bey-agaoglu-iii-hisse/