I Göytürk xaqanlığı
Tarixdə ilk dəfə türk adı ilə dövlət quran türk elləri göytürklərdir. Göytürk elləri müstəqil dövlət qurmazdan əvvəl Juan-Juanlara bağlı idilər-552-ci ildə göytürklərin Aşina ailəsindən olan başbuğu Bumin Juan-Juanları məğlub edərək, istiqlalını elan etdi və Göytürk xaqanlığını qurdu. Göytürk göyə mənsub ilahi Türk deməkdir və xaqanlıq qurduqdan sonra bütün türki danışan elləri öz bayrağı altına alıb, türk adı bu ellərin hamısına aid deyildi. Halbuki daha qabaqdan yalnız Aşina ailəsinin ətrafındakı topluluğa türk deyilirdi.
Göytürklər xaqanlıq qurmazdan əvvəl, yəni VI əsrin ilk yarısında Altay dağının şərqində və mücavir yerlərdə yaşayırdılar dəmirçiliklə məşğul olub, Juan-Juanlara silah yayardılar. Bumin xanın atası Şad ünvanı ilə göytürklərin başinda idi. Bumin xaqan olandan sonra hunların qədim dövlət mərkəzi olan Ötükəni paytaxt seçdi və türk üsüluna görə dövlət iki cinaha böldü. Qərb cinahının başına kiçik qardaşı İstəmi xanı seçib , həmin il vəfat etdi.
İstəmi xan istiqlal mübarizəsində də Buminlə birlikdə çarpışdı. O, Qərbi Göytürk dövlətinin rəisi( yabğu) seçiləndən sonra qərbdə fütuhatla məşğul oldu.
Şərqi Göytürk xaqanlığına Buminin oğlu Kolo seçildi, lakin tez öldüyü üçün qardaşı Muğan xaqan oldu.
Muğan xan zamanında dövlət qüdrətinin zirvəsində idi. Şərqdə xətənlər və quzeydə qırğızlar mərkəzi dövlətə tabe oldular. Çin basqı altına alındı. Muğan xanın qızı Aşina Çin imperatoru Vuqi ilə evləndi. Bu zamanda İstəmi xan Ənuşirəvanla birləşərək Eftalitləri aradan qaldırdılar və onların hakimiyyəti məntəqəsini öz aralarında bölüşdürdülər. Ceyhunun quzey qismi türklərə verildi, yenə ipək yolu türklərin əlinə düşdü.
İstəmi xanının qızı Ənuşirəvanla evlənərək İranın məlikəsi oldu.
572-ci ildə Muğan xan öldü və qardaşı Tapo xaqan oldu. Bu zamanlar Çinin şimalı türklərə tabe idi və xaqan Çin imperatorlarına “Oğlum” deyərək xitab edirdi. Tapo Tsi şahzadəsi ilə evləndi və Budda məzhəbinə himayə edirdi. Bu məsələ türklər arasında ixtilafa və türk ürf və adətlərinin süstləşməsinə səbəb oldu. İmperatorluq zəifləyib çökməyə başladı.
Bizans tarixçilərinin yazdığına görə Muğan xan zamanında Göytürk imperatorluğu Mancuriyadan Qara dənizə qədər genişlənmişdi.
İstəmi xan öləndən sonra oğlu Tardu qərb qismin yabğusu oldu və bu zaman iki Göytürk dövlətin cinahlarında ixtilaf və ayrılıq artdı. Tapo öləndən sonra Buminin nəvəsi İşbara şərq xaqanı oldu. Lakin Tardu onun hakimiyyətini tanımadı və bu tarixdən sonra iki cinah müstəqil oldu (582).
Şərqi Göytürk xaqanlığı.
İşbara bədbin olduğu üçün ətrafındakıları özündən uzaqlaşdırdı və o qədər zəif oldu ki, Çindən kömək istəyib Çin himayəsi altına girdi. Çin dövləti bu məsələdən faydalanıb türklərdən Çin paltarı geyinmələrini və Çin dilində danışmaqlarını və Çin ürf və adətlərinin qəbulunu istədi. Türk xaqanı Çin imperatoruna yazdığı məktubda belə deyir: “Sizə bağlı qalacayıq, xərac verəcəyik və qiymətli atlar hədiyyə edəcəyik, amma dilimizi dəyişdirə bilmərik, dalğanan saçlarımızı sizinki kimi kəsə bilmərik, mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz. Mümkün deyil, çünki, millət bu xüsusda çox həssasdır və döyünən tək bir ürək kimidir. İmperator Sui dünyanın həqiqi hakimidir. Göydə iki Günəş olmadığına görə yerdədə iki padşah olmaz”.
Xaqanın Çinə təslim olması ilə iğtişaşlar və qarışıqlar çoxaldı. Bu zaman İşbara öldü (587) və canişinləri Çulo və Tulan da vəziyyəti islah edə bilmədilər. Çünki Çin səfiri və türk xaqanlarının çinli arvadları daxildə təxribat törədirdilər. Nəhayət, 630-cu ildə çinlilər tərəfindən məğlub edildilər və Çin imperatoru özünü rəsmən göytürklərin xaqanı elan etdi.
Çin dövləti türkləri daha tez çinliləşdirmək üçün onları Ordosda Çin səddi boyunda yerləşdirməyə çalışdı. Lakin göytürklər müqavimət göstərib istiqlal mücadilələrinə davam etdilər. Tainki 680-ci ildə yenidən istiqlallarını ələ gətirdilər. 50 il çəkən bu fitrət dövründə olan şahzadələrin ən mühümü Kürşad tigin idi.
Kürşad Göytürk şahzadəsi olub Çin dərbarında mühafiz alayında vəzifə görürdü. Vətənin çinlilər tərəfindən işğalından sonra 39 dost və həmkarı ilə bir gizli cəmiyyət qurub, qərar verirlər ki, imperatoru yalqız şəhərdə gəzdiyi zaman öldürsünlər. O gün tufan olduğu üçün imperator şəhərdə gəzməkdən imtina edir. Lakin Kürşad yoldaşları ilə biri birlikdə dərbara hücum edib, imperatoru öldürüb şəhərə hakim olmaq istəyirdilər. Bu savaşda bir çox mühafiz əsgər və zabitləri öldürürlər, lakin gələn kömək ordusunun qarşısında dayana bilməyib çarpışmada 639-cu ildə ölürlər.
Qərbi Göytürk xaqanlığı.
582-ci ildə Tardu Qərbi hissənin istiqlalını elan edib Şərqi hissəni də özünə tabe etmək istədi. Çin dövləti Şərqi hissənin himayəsində olduğu üçün, Tardu Çinə hücum etdi. Çinlilər onun qoşununun keçdiyi yolların sularına zəhər qataraq Göytürk əsgərlərinin zəhərləyib öldürdülər. Buna görə Tardu geri çəkildi. Tardu Şərqi Göktürk məntəqəsində də irəli getdi və bir müddət imperatorluğu təqribən tamamilə ələ alıb Bilgə xan ləqəbini aldı. Tardu çox sərt və qaba olduğu üçün el arasında qarışıqlıqlara səbəb oldu və monqollarla savaşda öldürüldü.
Tardudan sonra çəkişmələr artdı. 618-ci ildə Tardunun nəvəsi Tunk Yabğu xaqan olub, bir müddət vəziyyətə hakim oldu. Lakin bir müddət sonra Nuşiyi və Qarluq elləri iğtişaşlar yaratdı. Bu iğtişaşlarda Şərqi Göktürk xaqanı Kiye-Linin əli vardı. Tunk Yabğu xaqanlığın qərb qanadı Tolular iliği olan əmisi Baqaturla mücadilədə öldürüldü. Ondan sonra Qərbi xaqanlıq parçalandı və Çin himayəsini qəbul etdi və nəhayət, 658-ci ildə Çin tərəfindən işğal olundu oldu.
Ədəbiyyat:
Cavad Heyət-Türklərin Tarix və Mədəniyyətinə bir baxış-Bakı 2009.
YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Uşaqlarda Adenoidit
HƏMÇİNİN BAX: Tehsilim.org/tecrube-proqrami-2/