Kuti dövlət qurumu

E.ə. III minillikdə Urmiya gölündən qərb və cənubi qərbdə mövcud olmuş kunti (quti) tayfa birliyi həmin minilliyin II yarısında dövlət qurumuna çevrilmişdir. Kutilər İkiçayarası ilə geniş əlaqələr saxlamış şumerlərlə yaxın münasibətlərdə olmuş, Akkad hökmdarlarının işğalçı yürüşlərinə məruz qalmışdılar. Naramsuenin akkad qoşunları kutilər ölkəsinə və şumer torpaqlarına yürüşlər edərkən kutilər və onların müttəfiqlərinin güclü müqavimətilə rastlaşmış, məğlub olub məqsədlərinə çata bilməmişdir. Kuti hökmdarı Eiri Davazir (e.ə.2225-2200) tərəfindən rəhbərlik edilən birləşmiş hərbi dəstələr şumerlərin müqəddəs şəhəri Nişapuru, bu şəhərdəki məşhur Enlil məbədini akkad təcavüzündən qorumuşdur. Buna görə də Nişapurda kutilərin şərəfinə xüsusi abidə ucaldılmış və bu abidənin kitabəsində özünün qüdrətli ” Kuttium və dünyanın dörd səmtinin hökmdarı”  adlandırılması şərəfinə nail olmuşdur. Naramsuenin bütün cəhdlərinə, kutilərə qarşı Elanıla ittifaq bağlamasına baxmayaraq, e.ə. XXIII əsrin sonu- XXII
əsrin əvvəllərində kufilərin İkiçayarasına axınlarının qarşısını almaq mümkün olmamış, kuti hökmdarları Yarlaqaş və onun varisi Elulumieşin səyləri ilə e.ə. 2175-ci ildə İkiçayarasında kuti sülaləsinin hakimiyyəti bərqərar olmuşdur. Bu
dövrdə kutilərin ixtiyarında olan torpaqlar Urmiyadan İran körfəzinədək uzanırdı. Kutilər İkiçayarasındakı 80-100 illik hökmranlıqları dövründə yerli idarəçilik sisteminə toxunmamış, bu bölgəni canişinlər vasitəsi ilə idarə etmişdilər. Kutilərə tabe olan Şumer şəhərinin ensi titulu daşıyan hakimləri daxili idarəçilikdə kifayət qədər müstəqilliyə malik idilər. Ur, Nişapur, Sippar, Umma və s. şumer şəhərlərinin tarixi üzrə müxtəlif qaynaqlar sübut edir ki, kuti-şumer münasibətləri kifayət qədər sıx və səmimi olmuş, bəzən müttəfiqlik xarakteri daşımışdır. İkiçayarası ilə geniş iqtisadi, siyasi və mədəni ilişgilər qurmuş kutilərin çiv yazılarında kuti panteonunun geniş siyahısı verilir. İlahə tərəfindən başçılıq edilən bu panteondakı allahların əksəriyyətinin ancaq akkad adları verilsə də, adı Assuriya panteonunda günümüzədək gəlib çıxmış Assaranın kuti allahlarından olduğu güman edilir. E.ə. 2104-cü ildə İkiçayarasmda taxta çıxmış Tirikan şumer qaynaqlarında haqqında narazılıq bildirilən sonuncu Kuti hökmdarıdır. Tirikanın hakimiyyəti çox qısa, cəmi 40 gün olmuşdur. Uruk şəhərində bu şəhərin ensisi Utuhenqalın başçılığı ilə kutilərə qarşı qiyam qaldırmış, təxminən 100 il ərzində İkiçayarasında əmin-amanlıq yaratmış, ara müharibələrini dayandırmış, məbədləri abadlaşdırmış, Yuxarı dənizdən (Urmiya gölündən), Aşağı dənizədək (İran
körfəzinədək) ticarət yollarının təhlükəsizliyini təmin etmiş, yerli şumerlərlə geniş qohumluq əlaqələri yaratmışdır. Kutilər Umma şəhərindən bir qədər aralı Muru adlı yerdə Uçuhenqal tərəfindən qəfil hücuma məruz qalaraq məğlub olmuşlar. Döyüş meydanını məğlub kimi tərk edən Tirikan, tezliklə əsir alınıp və İkiçayarasıdan öz vətəninə qovulur. Beləliklə, e.ə. 2104-cü ildə İkiçayarasmda kuti hökmranlığına son qoyuldu.

İstifadə olunmuş Ədəbiyyat:

1. Nuriyeva İradə. Azərbaycan Tarixi ən qədim zamanlardan zəmanəmizədək (Bakı, 2019)

2. İsmayıl Məmmədov. AZƏRBAYCAN TARİXİ (Bakı, 2005)

YAZAR: Paşazadə Zinyət

 

Həmçinin bax: Qaraqoyunlu dövlətinin süqutu

Həmçinin bax: turaz.org/prezident-ehmedzadeni-vezifeden-azad-etdi/