Kuti dövlət qurumu
Kutilərin əsas məşğuliyyət sahəsi köçəri maldarlıq olmuşdur.Onlar İkiçayarası əhalisi, şumerlər ilə iqtisadi əlaqələr saxlamışlar.Lakin sonra Akkad çarlarının hücumlarına məruz qalmışdılar.Kuti qulları İkiçayarasında yüksək qiymətləndirilirdi.Mənbələrdə “açıq rəngli kutilər” qeyd edilməsi bunu əsaslandırır.Akkad çarı Naram-Suenin dövründə təcavüz daha da genişləndirilmişdir.Buna cavab olaraq quzey tərəfdə yaşayan tayfaların 70 başçısı,o sıradan Güney Azərbaycan tayfaları hərbi ittifaq yaratdılar.Naram-Suenin hakimiyyətinin son illərində dövlət zəifləmişdi.Aramsız savaşlar kutilərin əks hücumuna şərait yaratmışdı. e.ə 23-cü əsrin sonunda kutilər Enridavazir başda olmaqla, Akkad çarlarını məğlub etdilər.Kutilər Mesopotomiyaya qədər irəliləyib,Nippuru ələ keçirdilər.Enridavazir bu qələbə ilə bağlı abidə ucaltdırmış,yazılı abidə də özünü “Kutiumun və dünyanın dörd tərəfinin çarı” adlandırmışdır.Akkad çarı Şarkalişarri,kuti başçıları İmta,İnqeşuşşu,Sarlaqab və Yarlaqaşın hücumlarını ardıcıl dəf etmişdir.On doqquzuncu kuti hökmdarı Siumun(e.ə2116-e.ə2110) hakimiyyəti dövrü ilə tarixi müəyyənləşdirilən Umma şəhərindən tapılmış kitabə kutilərin Mesopotomiyanın cənubunda mövqelərinin güclü olduğunu göstərmişdir.Kuti sülaləsi 91 illik hakimiyyəti zamanı İkiçayarasında əvvəlki idarə sistemini dəyişməmişdir.Burada kutilərin uşaqlarına akkad adı verilməsi,kuti Allahlarının yerinə akkad Allahlarının yad edilməsi,Enridavazirin akkad çar titulunu qəbul etməsi və.s kutilərin İkiçayarası ilə qaynayıb-qarışdığını göstərir.Kutilər İkiçayarasında ərzaq,sənət məmulatları,qiymətli metalları vergi olaraq toplamışdılar. e.ə 22-ci əsrin sonunda kuti başçısı Trikan 40 gün hakimiyyətdə olmuşdur.Uruk şəhər “ensi”si olan Utuhenqal kutilərə olan münasibəti dəyişdirə bilmişdir.Buradan aydın olur ki, kutilər o zaman hakimiyyətini Ur və Uruk şəhərində yaymışlar.Utuhenqal öz kitabəsində kutiləri “dağların zəhərli ilanı”, “Allahlara qarşı zorakılıq edən”, “Şumer çarlıq idarəetməsini dağlara aparan” və.s bir toplum adlandırmışdır.Bu cür siyasət onların ağalıqlarına son qoymaq üçün olmuşdur.Bundan sonra onların ağalıqlarına son qoyuldu və onlar öz torpaqlarına geri qayıtmalı oldular.Bəzi məlumatlara görə onlar,lullubi tayfaları tərəfindən sıxışdırılmış,quzey-gündoğara-Transqafqaza çəkilməli olmuşlar.Kutilərin ictimai quruluşunu öyrənmək üçün ən mühüm mənbə Şumerin çar siyahısıdır.Siyahının tərtibçisi “Kuti tayfasının çarı yoxdur” yazır.Lakin İkiçayarasında ağalıq edən 21 kuti çarının adı çəkilmişdir.3 ildən 7 ilə qədər hakimiyyət sürmüşlər.Bu prinsipi yalnız Yarlaqab pozmuş və 15 ilədək hakimiyyətdə olmuşdur.Beləliklə,siyahıda “Kuti tayfasının çarı yoxdur” qeyd edilməsi,həmçinin çarlıq üçün vaxt qoyulması göstərir ki,kuti “çar”ları əslində,şura icması tərəfindən seçilən tayfa başçıları idi.Buna görə də,kutilər dövlət qurmağın astanasına çatsalar da,dövlətçilik təcrübəsi qazana bilməmişlər.
Kuti tayfalarının hansı dil qrupuna aid olması haqqında müxtəlif fikirlər mövcuddur. İ.H.Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna aid edirdi.Dyakanov belə hesab edir ki,kuti dili “hardasa müəyyən dərəcə,bütün Zaqros əyalətinə yayılmış elam dilləri qrupuna yaxın ola bilərdi”.Digər tərəfdən,Dyakanov kuti dilinin hürri dili ilə yaxınlıq imkanını güman edirdi.Son illərin araşdırmalarına əsasən onu Şərqi Qafqaz dilləri ailəsinə aid edirlər.Melikişvili kuti dilini “zaqros-elam” qrupuna aid edir.Əhalinin etnik mənsubiyyətinin müəyyənləşdirilməsində linqvistik təhlillə yanaşı maddi mədəniyyət dəlillərini nəzərə almaq lazımdır.Kuti-lullubi etnik tayfaları hürrilər Urmiya əyalətinə gəldiyi zaman tamamilə aradan çıxa bilməzdilər.Məlum olur ki,kuti-lullubi etnik qrupları ilə hürrilər uzun müddət yaşamışlar.Kuti və hürri dillərinin qohum olması da mümkündür.Dyakanov belə hesab edir ki,hürri-urartu dili,kuti tayfalarının mənsub olduğu nax-dağıstan dilləri qrupu ilə oxşar cəhətlərə malikdir.O öz fikrini hürri və kuti tayfalarının yaşadıqları ərazidə yayılan Kür-Araz eneolit mədəniyyətinin mövcudluğu faktı ilə əsaslandırır.
Vaxtilə kutilərin türk etnosu olması fərziyyəsi irəli sürülmüşdü.(B.Landsberqer) və buna uyğun olaraq quz/oquz türk tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi qələmə verilmişdi.Kuti hökmdar adları da türk dillərindən izah olunur.(Kamal Balkan). Mixi qaynaqlarda kuti adı ku kimi də yazılmışdır.Etnonimin əsasını ku sözü təşkil edirmiş, -ti isə şəkilçi vəzifəsini yerinə yetirirmiş.Ku sözünü türk dilindən izah etsək, “ağ,ağımtıl,san,ağımtıl san” mənalarını daşıyır.Bu baxımdan kuti etnonimini “ağbəniz,ağımtıl” kimi mənalandırmaq olar.Bu fikri onunla əsaslandırmaq olar ki,mixi sənədlərinin birində bir neçə “ağbəniz kuti dili” yad edilmişdir.Kutilərin qərb qonşuluğunda Yuxarı Zab çayının orta axarında kuman tayfaları yaşayırdılar.tayfaları yaşayırdılar.Bu etnonim də türk dilində etnik ad düzəldən man/men şəkilçi birləşmələrindən əmələ gəlmişdir.
Mixi yazılarda kuti dilini “qəribə dillər” siyahısına da daxil edirlər.Onu “qarışıq dil” adlandırırdılar.Yəqin ki,kuti dili prototürk dili kimi Hind-Avropa və başqa dillərlə yaxın təmasda olmuş,qarşılıqlı təsirə məruz qalmışlar.
Q.Hüzinq və F.Orkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bununla öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürmüşlər.Ziya Bünyadov kimi S.Qaşqayın da qeydlərində kutilərin elam dil qrupuna aid olması haqqında məlumat verilmişdir.Həmçinin Z.Bünyadovun qeydlərində olan özəlliklərdən biri də kutilərin adının Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilməsidir.Kutilər Urmiya hövzəsinin yaxınlığında məskunlaşmış subir tayfaları ilə ünsiyyətdə olmuşdur.
Ədəbiyyat:
1.Süleyman Əliyarlı-Azərbaycan tarixi-Bakı 2009
2.Solmaz Qaşqay-Manna dövləti-Bakı 1993
3.Ziya Bünyadov-Azərbaycan tarixi-Bakı 2014
YAZAR: Ağayeva Zahidə