Kür çayında bulanıqlıq artıb -İçməli su məhdudiyyətlə veriləcək

 

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən Trend-ə bildirilib.

Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Mənbə: milli.az
Xəbərçi: Aytən Abbasova