KTMT-nin təcili iclası təxirə salındı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib.

Kafkazh.com “Report”-a nəzərən xəbər verir ki, bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbi ilə ertələnib”, – V.Zaynetdinov bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı.

XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Səbinə Balmedova