Kristalloqrafiya. Kristallokimyanın predmeti

Kristallokimya kristallik maddələrin tərkib, quruluş və xassə asılılıqlarını öyrənən elmdir. Kristallokimya kristallik maddələr haqqında daha geniş elm olan kristallik maddələrin simmetrisyasını, xarici formasını və  daxili quruluşunu böyümə mexanizmlərini öyrənən kristalloqrafiyanın tərkib hissələrindən biridir. Kristalloqrafiyanin ilk qanunları  XVII əsrdə formalaşmağa başlamışdır.Bu qanun Steuon tərəfindən verilmiş kristal üzləri arasındakı bucaqların sabitlik qanunudur.

Kristalloqrafiyanın inkişafında 1783-cü ildə Hauyi tərəfindən verilmiş kimyəvi kristalloqrafiyanın ilk qanunda böyük əhəmiyyəti olmuşdur.Bu qanuna görə hər bir maddə müəyyən formalı inteqrasiya edərək birləşmiş molekullardan ibarətdir.Kimyəvi kristalloqrafiyanın inkişafında 1819-cu ildə Mitçerlix tərəfindən tapılmış izomorfizm hadisəsinin böyük rolu olmuşdur. Alim 1821-ci ildə eyni kimyəvi tərkibli maddələrin müxtəlif quruluşlar əmələ gətirmiş polimorfizm hadisəsini göstərmişdir.Bu tədqiqatlar kimyəvi kristalloqrafiyanin bir elm kimi formalaşmasında ilk qanunlar olmuşdur.Kristalloqrafiyanın 3 istiqamətdə inkişafı vardir:

1.Həndəsi kristalloqrafiya:

Kristallik maddələrin xarici forması ilə simmetriyasi arasinda qanunauyğunluqları öyrənir.

2.Kimyəvi kristalloqrafiya:

Kristallik maddələrin tərkib və quruluş asılılıqlarını öyrənir.Kimyəvi kristalloqrafiya kristallokimyanın formalaşması üçün əsas olmuşdur.

3.Fiziki kristalloqrafiya və ya kristallofizika:

Kristallik maddələrin fiziki xassələri ilə simmetriyası arasindakı qanunauyğunluqları öyrənir.

Kristallokimya XX əsrin 10-20 ci illərindən etibarən bir elm kimi inkişaf etmişdir.Kristallokimyanın inkişafında aşağıdaki elmi kəşflərin böyük əhəmiyyəti olmuşdur.1898-ci ildə rentgen şüaları kəşf edilmişdir.1912-ci ildə alman alimi Laue rentgen şüalarının kristallardan difraksiya şərtini göstərmişdir.1912-ci ildə ingilis alimləri ata və oğul Breqqlər kristallarda atom müstəvilər arası məsafələr,dalğa uzunluğu və difraksiya bucaqları qiymətləri arasında riyazi asılılığı göstərmişdir. Bu asılılıqdan istifadə edərək Breqqlər NaCl, C, ZnS və bir sıra digər sadə birləşmələrin kristal quruluşunu öyrənmişdir. Kristal quruluşları haqqında məlumatlar toplandiqca kristallokimyanın öz qanunları və prinsipləri aşkar edilmişdir. Artıq ilk tədqiqatlar nəticəsində bərk cisimlər kimyasında mövcud olan və o vaxta qədər öz elmi həllini tapmamış sahələrə aydınlıq gətirilmişdir.Bu məsələlər bərk məhlullar, izomorfizm, polimorfizm, bərk halda gedən reaksiyalarin mexanizmləri, kataliz,adsorbsiya və s.dir.Hər il kristal quruluşları öyrənilən qeyri-üzvi maddələrin sayı minlərlə,üzvi maddələrin sayı isə 10000-dən artıqdır.

Kristalloqrafiya elminin Azərbaycanda zəngin və uğurlu inkişaf tarixi vardır. Ölkəmizin ilk kristalloqraf alimi A. Z. Vəzirzadə 1922-ci ildə Sarbonna Universitetini bitirəndən sonra Bakıda kristallomorfologiya sahəsində ilk elmi məktəb yaratmışdır. Quruluş kristalloqrafiyası sahəsində elmi nailiyyətlər, 1956-cı ildə SSRİ EA Kristalloqrafiya İnstitunun aspiranturasını bitirmiş və  yüksək uğurlu dissertasiya müdafiə etmiş, X. S. Məmmədovun Bakıya qayıtdıqdan sonrakı elmi fəaliyyətlə bağlıdır. Həmin ildə Azərb. EA Kimya İnstitutunda “Kristallokimya “laboratoriyası fəaliyyətə başlayır.

Yazar: Aytən Abdullayeva

Həmçinin bax: https://kafkazh.com/xeyal-bir-baslangic-seklidir-gulnar-nezerli-foto/