Kristallik maddələr haqqında. Fəza qəfəsi kristal quruluşu anlayışı.
Bizi əhatə edən aləmdə maddələr 3 aqreqat halında – bərk,maye,qaz halında rast gəlirlər.Bu hallar bir- birindən madddəni təşkil edən hissəciklərin – atom,ion və molekulların nizamlı yerləşmə dərəcəsinə görə və qarşılıqlı təsirlərinə görə fərqlənir. Nizamlılığına görə maddələr ümumi şəkildə aşağı və yüksək nizamlı sistemlərə bölünürlər. Qazlar, mayelər, amorf maddələr – aşağı nizamlılıq, kristal maddələr isə yüksək nizamlılıqla xarakterizə olunurlar. Nizamlılığı xarakterizə etmək üçün dövrilik(periodiklik) anlayışından istifadə olunur.
Dövrilik və periodiklikdə 1,2,3 ölçüdə periodiklik fərqləndirilir.Hər bir dövrilik-dövriliyin paramenti və parametrdə yerləşən motivlərin, elementlərin kimyəvi tərkibi ilə xarakterizə olunur.Dövriliyin parametri dövriliyi təşkil edən sırada eyni motivlər arasında ən qısa məsafədir. Müxtəlif motivlərdən təşkil olunmuş 1 ölçüdə dövriliyə baxaq.Tutaq ki,1 ölçüdə dövrilik həndəsi motivlərdən təşkil olunur.
Kimyəvi elementlərdən təşkil olunmuş dövriliyə baxaq.
Bir ölçüdə dövrilikdə köçürmənin – translyasiyanın qiyməti belə təyin olunur:
T = ua ; Burada, u- tam ədəd, a- köçürmənin parametridir.
Gündəlik həyatda 1 ölçüdə dövriliyə memarlıq naxışlarının, ornamentlərinin quruluşunda rast gəlinir. Bir ölçüdə dövrilik iri ölçüdə makromolekullar üçün xarakterikdir. 2 ölçüdə dövrilik: 2 ölçüdə dövrilik tərəfləri a və b olan, tərəfləri arasında bucaq γ qamma olan paraleloqramla xarakterizə olunur.
2 ölçüdə periodiklikdə translyasiyanın qiyməti belə hesablanır:
T = ua + vb
Burada, a və b dövriliyin parametrləri ,u və v tam ədəddir.
2 ölçüdə dövrilik laylı quruluşlu birləşmələr üçün xarakterikdir.Gündəlik həyatda 2 ölçülüyə divar kağızlarının naxışlarında, parket müstəvisinin müəyyən naxışlarla doldurulması aiddir.
3 ölçüdə dövrilik: Yüksək nizamlı sistemlər kristal quruluşlar üçün xarakterikdir. 3 ölçüdə dövriliyi riyazi göstərmək üçün fəza qəfəsi anlayışından istifadə edilir. Fəza qəfəsini qurmaq üçün dekart koordinat sistemində düz xətt üzərində 2, müstəvi üzərində 3 nöqtə qeyd olunur.
Bu nöqtələr üzərində qurulmuş fiqur paralelepiped adlanır. Elementar paralelepipedin xyz oxu istiqamətində özünə paralel köçürülməsi nəticəsində fəza qəfəsi yaranır. Qəfəs 6 parametrlə xarakterizə olunur: a b c parametrləri və bu parametrlər arasında qalan α (alfa), β (beta), γ (qamma) bucaqları.
3 ölçüdə köçürmənin qiyməti:
T=ua+vb+wc kimi hesablanir.
Burada, u,v,w- tam ədədlər; a,b,c – parametrlərdir. Fəza qəfəsi düyünlərin, nöqtələrin düzgün həndəsi sistemidir. Fəza qəfəsində bu düyünlərdə, nöqtələrdə atomlar, ionlar, molekullar yerləşdikdə fəza qəfəsi anlayışı kristal quruluşu anlayışına çevrilir.
Kristal quruluş = Fəza qəfəsi + motiv
Kristal quruluşlarda elementar paralelepiped əvəzinə elementar qəfəs anlayışından istifadə olunur. Düzgün həndəsi sistemlərdə elementar qəfəsləri müxtəlif variantlarda seçmək olar. Bu çətinliyi aradan qaldırmaq üçün fransalı alim Brave 3 şərt vermişdir.
- Elementar qəfəsin tərəfləri arasındakı bucaq 900- yə yaxın olmalıdır.
- Elementar qəfəsin həcmi minimal olmalıdır.
- Elementar qəfəsin simmetriyası maksimal olmalıdır.
Bu şərtlər daxilində Brave yüksək nizamlı sistemlərdə, kristallarda 4 tip qəfəsin mümkünlüyünü riyazi şəkildə göstrəmişdir.
YAZAR: Aytən Abdullayeva
Həmçinin bax: https://kafkazh.com/dnt-molekulunun-replikasiyasi/
Həmçinin bax: https://turaz.org/yaponiyada-umumi-seckilerin-teskili-vaxti-hakim-partiyada-fikir-ayriligina-sebeb-olub/
Həmçinin bax: https://kafkazh.com/eynek-yoxsa-linza/