Krım tatarlarının Milli Bayraq Gününə həsr edilmiş klip

Krım tatarlarının Milli Bayraq Gününə həsr olunmuş klip

26 İyun – Krım tatarlarının bayraq gününə həsr olunmuş klip çəkilib. “Yaşıl ada” qrupunun müəllifi olduğu “Doğğan Yerim” (“Doğma Vətənim) adlı mahnını müxtəlif ölkələrdən krımlı gənclər səsləndirib: İsmail Qurtumerov (Ukrayna), Mayre Paşayeva (Almaniya), Lenara Osmanova (Belçika), Ayşe Memetova (ABŞ), Lenur Vacipov (Çin), Dilyaver Asanov (Özbəkistan), Elvira İrsay (Kanada), Elvina Çurlu (Litva), Naile İbraimova (Ukrayna). Klipin müəllifi və prodüseri isə İsmail Qurtumerovdur. Bundan əlavə, klipin ərsəyə gəlməsində Ahtem Bulatov, Rustem Memetov, Tanya Şamşetdinova (“Кофеїн” mərkəzi), Rustem Muratov, Arsen Tartan, İldar Muhamedzianov, Aziz Demerci da yardım göstərmişdir.

Mahnının sözləri (Krım tatarca):

Doğğan yerim dağ-dereler,

Adını sorsañ – Qırım derler.

Qıymetli yurtumnıñ adı

Yüregimni yaralar.

 

Baralmadım, toyalmadım,

Yüksek yaylâ tüzlügine, hoş bülbüller sesine.

Men isterim yurtum da qayıtsın

Dostlarımnıñ eline.

Men isterim yurtum da qayıtsın

Halqımıznıñ özüñe.

 

Oynar deñizniñ dalğası,

Ne güzeldir ev alması.

Er bir dertke deva da olur

Şu Qırımnıñ avası.

 

Azərbaycanca:

Doğma vətənim dağ-dərələr,

Adını soruşsan, “Krım” deyərlər,

Qiymətli yurdumun adı

Ürəyimi yaralar.

 

Gedə bilmədim, doya bilmədim,

Yüksək yayla düzlüyünə, xoş bülbüllər səsinə.

Mən istəyirəm yurdum da qayıtsın

Dostlarımın əlinə.

Mən istəyirəm yurdum da qayıtsın

Xalqımızın özünə.

 

Oynar dənizin dalğası,

Nə gözəldir ev alması!

Hər bir dərdə dəva da olur

Bu Krımın havası!

 

Qeyd edək ki, Krım tatarlarının bayrağı ilk dəfə 1917-ci ildə Fevral İnqilabından sonra Rusiyada Krım Tatar Milli Konqresi tərəfindən qəbul edilmişdir. 30 iyun 1991-ci ildə yenidən toplanan qurultayda bayraq yenidən milli rəmz kimi qəbul edilib. 2010-cu ildən etibarən 26 iyun Krım tatarları tərəfindən Krım Tatar Bayrağı Günü kimi qeyd olunur.

Klipi bu link vasitəsilə izləyə bilərsiniz: https://www.instagram.com/tv/CfP0KBoAlNw/?igshid=YmMyMTA2M2Y=

Hazırladı: Məleykə Mirzəli

Həmçinin bax: https://kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi/

Həmçinin bax: https://turaz.org/ilham-eliyev-qurbanqulu-berdimehemmedovla-gorusub-2/