Kosmosda insan

Heç sizə də  maraqlı deyilmi ki, çəkisizlik şəraitində insan necə qidalanır,  o mühitə necə uyğunlaşır və insan orqanizmində hansı dəyişikliklər baş verir? Bu suallar  hər zaman məni də maraqlandıran mövzulardan biri olub. Elə isə gəlin bir anlıq kosmos həyatına səyahət edək.

Bildiyimiz kimi yer kürəsində 1961 –ci il aprelin 12-də SSRİ ilk insanı Vostok gəmisi ilə Yuri Qaqarini göndərdi. Kosmosa göndərilən 2-ci insan isə “Free-dom-7” kosmik gəmisi ilə göndərilən ABŞ kosmonavtı Alan Şepard oldu. Sonradan qadınlar da kosmos uğrundakı bu savaşa qoşuldu və 1963-cü il iyunun 16-da SSRİ kosmonavtı Valentina Tereşkova göndərildi.

Çəkisizlik şəraitində qidalanma:

Yer səthindən fərqli olaraq Kosmosda qialanma çətindir və orada biz istədiyimiz  kimi yemək, məs: pitsa sifariş edə bilmərik. Kosmos səyahətinin ilk illərində kosmonavtlar diş məcunu kimi borulara yığılmış yumşaq, pastaya bənzər qidalardan istifadə edirdilər. Sonradan  müxtəlif qida çeşidi göndərildi.

Kosmosda ilk yemək yeyən insan 1962-ci ildə amerikalı kosmonavt Cohn Glenn olmuşdur. Onun yeməyi alma püresindən ibarət idi. O dövrdə qidanın cazibənin olmadığı halda qəbul edilməsi  və udulmasının mümkünlüyü məlum deyildi. Ona görə də asan həzm olunan qidalar götürülürdü. Kosmosda yeyiləcək qida orqanizmə fizioloji cəhətdən uyğun  və qidalandırıcı olmalıdır. Qidalar asanlıqla açılmalı və az tullantılı olmalıdır. Əks halda isə düzgün qablaşdırılmadıqda çəkisizlik şəraitində üzə bilər. Məs: bir buterbrot hazır şəkildə yeyilirsə bu zaman onun hissəcikləri ətrafa yayılıb bir çox cihazların iş mexanizmini poza bilər. Buna görə də bütün yeyiləcək məhsullar dondurulup və özəl bir vakkum otağında qurudulur. Dondurularaq qurudulmuş yeyəcəklərin çoxunu hazırlamaq üçün kosmonavtlar yeyiləcək paketin içərisinə su töküb sonra qəbul edirlər.

Onlar ketçup, xardal və mayonezdən də istifadə edirlər. Duz və bibərdən istifadə ancaq maye halında qəbul edilir. İçəcəklər də toz şəklində olur və içən zaman su əlavə edilib içilir. Fresh Foods-tədarük missiyaları ilə çatdırılan təzə meyvələr, tərəvəzlər və tortillalar (qarğıdalı kökləri) tez xarab olduğu üçün  onun qarşısını almaq üçün BKS (Beynəlxalq Kosmik Stansiyaya) gəlişindən ilk iki gündə yeyilməlidir.

Həmçinin şüalanmış ətdən–yeməyin xarab olmaması üçün ionlaşdırıcı radiasiya ilə sterilizasiya edilən mal əti-biftekdən istifadə olunur.

BKS-də ilk dəfə 2014-cü ildə kələmin ilk cücərtilərini əldə ediblər və onu yerə göndəriblər. Kosmik kələmin tərkibində antioksidantlar daha çox aşkar olunub. Daha sonra kosmonavtlar  BKS-də yetişdirilən  kahının dadına baxıblar. NASA –nın Kennedi adına kosmik mərkəzində “Veggie “ layihəsinin rəhbəri Djola Massa qeyd edib ki, gələcəkdə  digər tərəvəz növlərinin yetişdirilməsi, astronomların qidasını bibər və pomidorla zənginləşdirəcək.

Hal–hazırda NASA–nın Qabaqcıl Qida Texnologiyaları Layihəsi (QQTL) uzunmüddətli  kosmik tədqiqat  missiyaları üçün kifayət qədər qida tədarükünün təmin edilməsinin əlverişli yollarını araşdırır.

Çəkisizlik  şəraitində  orqanizmdə baş verən dəyişikliklər:

Alimlər müəyyən ediblər ki, BKS-də olan kosmonavtların orqanizmində müəyyən dəyişikliklər baş verir. Xüsusilə baş beyinə təsir ilə bağlı tədqiqatın nəticəsi “Science Advances“ nəşrində dərc olunub. Avstraliya, Belçika Almaniya  və Rusiya alimləri  BKS-də  (Beynəlxalq Kosmik Stansiyada) orta hesaba 171 gün olmuş 11 nəfər rusiyalı kosmonavtın beyin quruluşunu tədqiq ediblər. Bu kosmonavtların hər biri üçün (bir dəfə uçuşdan əvvəl və bir dəfə uçuşdan sonra) MRT həyata keçiriblər. Məlum olub ki, uzun müddət çəkisizlik şəraitində baş beyində ağ və boz maddənin paylanması dəyişilir, baş beyin mədəcikləri genişlənir. Sinir sistemi çəkisizliyə uyğunlaşır və beyinin hərəkətə nəzarət edən hissəsinə daha çox yük düşür.

Yerə qayıdan kosmanavtda bu vəziyyət 7 aydan sonra bərpa olunur. Kosmosda  uzun müddət qaldıqda sümük və əzələlərdə  zəiflik də  baş verir. Sümüklər həddən artıq Ca itirir. Buna görə də kosmonovtlar üçün Ca zəngin qidalar daha vacibir. Bağırsaq fəaliyyəti zəifləyir.

Çəkisizlik şəraitində bəzən kosmonavtların boyu 1-2 sm artır. Çəkisizlik şəraitində onurğa  fəqərələri arasındakı məsafə  genişlənir və bu da boy artımına səbəb olur. Kosmonavtlar Yer səthinə endikdən sonra onların boyu normala enir. Normalda hər bir kosmonavt 6 ay müddətinə göndərilir. Dünyada ilk dəfə  Amerikalı Scott Kelly  və Rus kosmonavtı  Mikhail Kornienko  ilə birgə  kosmosda  340 gün qalaraq adları tarixə düşmüşdür. Çəkisizlik zamanı orqanizmdə maye aşağıdan yuxarıya doğru hərəkət edir ki, bu da bədəndə şişkinliyə, yüksək təzyiqə, burun tutulmasına, görmə qabiliyyəti və digər orqanlarda problemlərə səbə olur. Depresiya və yuxu pozğunluqları da otaya çıxır. Orqanizm  daha çox radiasiyaya  məruz qalır.

Əlavə olaraq sizlərlə Moskova Kosmonavt muzeyində çəkdiyim şəkillərdən bir neçəsini paylaşacam.

Əziz kosmonavtlar sizin üçün kiçik, insanlıq üçün böyük addımlar atmağınız  diləyilə …..

YAZAR: Rəhimova Sevinc (Laçın rayon Ə.İsaxanov adına məktəbin Biologiya müəllimi)

Həmçinin bax: https://kafkazh.com/elvin-mirzeyevle-musahibe/

Həmçinin bax: https://turaz.org/gumus-istehsali-157-faiz-artib/

Həmçinin bax: https://tehsilim.org/azerbaycan-tibb-universitetinin-muellim-heyetinin-reytinq-ballari-ile-qiymetlendirilmesi-qaydalari/