Koronavirus yeni ildə də bizimlə olacaq – Ekspertlər

Koronavirus uzun müddət bizimlə olacaq.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, ekspertlərin fikrincə, koronavirusun vaksini tapılsa belə, uzun müddət bizimlə yaşayacaq.

Ekspertlər düşünürlər ki, yeni ildə də koronavirus bitməyəcək.

“Wellcome Trust” xeyriyyə şirkətinin direktoru professor Jeremy Farrar İcmalar Palatasının Sağlamlıq Komitəsinə açıqlaması zamanı Baş nazirin çıxışına münasibət olaraq bildirib ki, koronavirus yeni ildə də bizimlə birlikdə olacaq. Hətta koronavirusun on ildən də uzun müddət bizimlə yaşayacağına işarə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərənin Baş naziri Boris Conson çıxışı zamanı koronavirusun yeni ildə bitəcəyinə ümid etdiyini açıqlayıb. O, yeni yumşalma zamanı hovuzların və iri ticatər mərkəzlərinin açılacağını bildirib.
Menbe : Milli.az
Müxbir : Aytac Cəfərova