Koronavirus xəstələrinin üzərində aparılan yarılma işlərinin nəticələri
2019-cu ilin sonlarında Çinin Wuhan şəhərində tapılan və sürətlə dünyaya yayılan koronavirus, SARS-CoV-2 haqqında yəqin ki, bir çoxunuzun məlumatı var. Bu virus minimal simptomlardan ağır sətəlcəmə qədər xəstəliyə səbəb olur və hətta ölümlə nəticələnir. Bildiyimiz kimi bir xəstəliyin öyrənilməsində ən yaxşı və uğurlu metod həmin xəstəlikdən ölənlərin yarılaraq orqanlarına baxılmasıdır. Hər keçən gün sürətlə yayılan və bir çox insanın ölümünə səbəb olan bu infeksiyanın patobiologiyasını öyrənmək üçün də dünyanın bir neçə ölkəsində bu cür araşdırmalar aparılmışdır. COVID-19 xəstələrində aparılan yarılma işlərində ciddi şəkildə təsirlənən xəstələrin əksəriyyətinin əhəmiyyətli dərəcədə ağciyər patologiyasına sahib olduqlarını müşahidə edilib. Bununla birlikdə, bir çox xəstədə qaraciyər və limfa düyünlərində geniş yayılmış mikroskopik trombozlar aşkarlanmışdır. Bu da ölüm səbəbinin təkcə ağciyər çatışmazlığından yox həm də qan-damar sistemində yaranan tropmlardan olduğunu sübut edir. Həmçinin xəstələrin beyinlərində, böyrəklərində və mədə-bağırsaq sistemində qanın tropmlaşması müşahidə edilmişdir. Koronavirus təkcə ağciyərə yox adı keçən digər orqanlara da keçmişdir. Virus yoluxmuş şəxslərdə düzgün diaqnostika qoyulub, qan-damar sistemi müayinə edilərsə, xəstəliyin qarşısının alınacağı düşünülür. Bu barədə isə araşdırmalar davam edir.
YAZAR: Qəribə İsmayılova
Həmçinin bax: https://kafkazh.com/alzheimer-xesteliyi/
Həmçinin bax: https://tehsilim.org/mektebliler-arasinda-intellektual-mezmunlu-respublika-cempionati-kecirilcek/
Həmçinin bax: https://turaz.org/mescid-xutbeleri-humanizm-ve-dindarliga-seslemelidir/