KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb
Bu ilin birinci yarısında Avropa və MDB ölkələrinin böyük əksəriyyətində benzinin qiyməti 2019-cu illə müqayisədə orta hesabla ucuzlaşıb. Maksimal azalma məhz Azərbaycanda qeydə alınıb.
“APA-Economics”in Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda benzinin qiyməti 28% ucuzlaşıb.
“Avropanın əksər ölkələrində benzinin qiyməti 2020-ci ilin birinci yarısında azalsa da, Belarusda isə qiymət artımı qeydə alınıb”, – məlumatda qeyd edilib.
Benzinə olan qiymətlərin ən yüksək azalma templəri qeydə alınan ölkələr sırasında Ukrayna (15,4%) və Rumıniya da (14%) var.
Xatırladaq ki, bu ilin birinci yarısı ərzində Azərbaycanda “Aİ-95” (Premium) markalı benzinin qiyməti orta hesabla 0,3 manat enib (1,5 manatdan 1,2 manatadək).
Qeyd edək ki, sözü gedən benzin markası ölkədə istehsal edilmir və xaricdən ixrac edilir.
Mənbə: musavat.com
Müxbir:Jalə Hüseynova