Kitabxananın təşkil etdiyi virtual görüşdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Vətən sevgisi, vətəndaşlıq yanğısı” adlı virtual görüş keçirib.

AZƏRTAC xəbər verir ki, kitabxananın virtual şəkildə təşkil etdiyi vətənpərvərlik mövzulu tədbirin qonağı uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı olub.
Görüşdə S.Nuruqızı Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında söhbət açaraq uşaqlar üçün yazdığı vətənpərvərlik mövzusunda şeirləri izləyicilərə səsləndirib.
Virtual görüş izləyicilər tərəfindən maraqla qarşılanıb.

Mənbə: Azərtac.az

Müxbir: Fatma Şükürova