Kimyəvi rabitə
Maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların birləşmə ardıcıllığı və onların qarşılıqlı təsiri ilə müəyyən edilir. Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə bilavasitə bağlıdır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır.
Kimyəvi rabitənin tipi birləşən atomların elektromənfilikleri fərqindən asılıdır. Bununla əlaqədar bu rabitənin 3 halı ayırd edilir:
- Elektromənfilikləri eyni olan atomlar arasında,
- Elektromənfilikləri bir-birindən çox da fərqlənməyən elementlərin atomları arasında,
- Elektromənfilikləri bir-birindən kəskin fərqlənən elementlərin məsələn qələvi metalların və hallogenlərin atomları arasında.
Maddələrdə elektron paylanmasının xarakterinə görə kimyəvi rabitənin 3 əsas tipi ayırd edilir: kovalent, ion və metal.
Kovalent rabitə
Kovalent rabitə elektromənfilikləri eyni olan və ya elektromənfilikləri bir-birindən az fərqlənən qeyri-metal atomları arasında olur. Molekulların əksəriyyətinin əmələ gəlməsi kovalent rabitənin yaranması ilə bağlıdır. Ümumi əlaqələndirici elektron cütünün əmələ gəlməsi ilə yaranan kimyəvi rabitəyə kovalent rabitə və ya atom rabitəsi deyilir. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikilelektronlu, yəni ikimərkəzli rabitədir.
Kovalent rabitə iki cür yaranır:
- Əks-spinli tək elektronların qoşalaşması ilə (mübadilə mexanizmi)
- Donor-akseptor mexanizmi üzrə
Birinci üsulla atomların əks spinli tək elektronların şərikləşdirilməsi yolu ilə yaranır və həmin proses elektron budlarının qapanması kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. İkinci mexanizmi ilə əmələ gələn rabitə bölünməmiş elektron cütü və boş orbitallar arasında yaranır. Burada bölünməmiş elektron cütünü ümumi istifadə üçün təqdim olunmuş atom donor, boş orbitallarının vasitəsilə hazır elektron cütünə ortaq olan atom akseptordur. Bu rabitəyə donor akseptor və ya koordinasiya rabitəsi adlanır. Elektron cütünün paylanmasına görə iki növü ayırd edilir: polyar və qeyri polyar kovalent rabitə. Elektromənfilikləri eyni olan atomlar arasında ümumi elektron cütünün əmələ gəlməsi hesabına yaranan kovalent rabitəyə qeyri-polyar kovalent rabitə deyilir.
Məsələn, H2 CL2 O2 və s
Rabitəni əmələ gətirən ümumi elektron cütünün atomlardan birinə doğru çəkilməsi ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir.
YAZAR: Xanım Hacıyeva
Həmçinin bax: Təbii Komplekslər, təbii zonalar, landşaftlar
Həmçinin bax: turaz.org/azeriqaz-sms-bildirislerin-gonderilmesine-basladi/
Həmçinin bax: tehsilim.org/mekteblerde-covid-19-la-bagli-veziyyete-dair-melumat/