KİÇİK QAFQAZ VİLAYƏTİ
Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağ sisteminin cənub- şərq hissəsini əhatə edir. Ərazinin ən yüksək zirvəsi Murovdağ silsiləsində yerləşən Gamışdağdır (3724 m). Ən alçaq yeri isə Zəngilan rayonunda Araz sahilindədir (300 m). Enlik istiqamətində uzanan Murovdağ silsiləsi bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə Şərqi Göyçə, cənubda isə Qarabağ silsiləsi uzanır.
Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası yerləşir. Yaylada sönmüş vulkanların hündür zirvələrinə rast gəlinir.Kiçik Qafqazda Alt Paleozoy, Mezozoy və Kaynozoyun IV dövrünün vulkanik süxurları geniş yayılmışdır.
Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə çıxdığı ərazilər filiz faydalı qazıntıları ilə zəngindir. Ərazidə tikinti materialları və mineral sular geniş yayılmışdır.
Kiçik Qafqaz vilayətində iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Havanın orta illik temperaturu 10°C – 0°C, yağıntıların orta illik miqdarı isə 400-1000 mm arasındadır.
Vilayətdə çay şəbəkəsi sıxdır. Çaylar Kür və Araz hövzələrinə aiddir. Vulkanik yayladan axan çaylar (Tərtər, Həkəri və s.), əsasən, yeraltı sularla, digər çaylar isə qar və yağış suları ilə qidalanır.
Kiçik Qafqaz füsunkar dağ gölləri ilə məşhurdur. Vulkanik yaylada Böyük və Kiçik Alagöllər, Qaragöl, Murovdağda Maralgöl dağ-çəmən landşaftında, Göygöl isə meşə landşaftında yerləşir.
Kiçik Qafqaz vilayətində şabalıdı, qara, qəhvəyi meşə, qonur meşə və dağ-çəmən torpaqları geniş yayılmışdır. Bu torpaqların üzərində çöl bitkiləri, meşə və kolluqlar, subalp və alp çəmənlikləri əmələ gəlmişdir. Ərazidə dağ-çöl, dağ-meşə, dağ-çəmən və subnival landşaft tipləri formalaşmışdır.
Münbit torpaqlardan kartof əkinlərində, üzümçülükdə, maldarlıqda istifadə edilir. Yüksək dağ çəmənlikləri yay otlaqları və biçənəklər kimi böyük əhəmiyyətə malikdir. Hazırda vilayətin xeyli hissəsinin Ermənistanın işğalı altında qalması burada olan təbii landşaftların pozulmasına gətirib çıxarmış və təsərrüfat işlərinin aparılmasını çətinləşdirmişdir.
1. Gəncə fiziki-coğrafi rayonu dağlıq rayondur. Bu ərazi faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycanın Uralı” adlanır.
2. Daşkəsəndə dəmir filizi, alunit, ağ mərmər; Gədəbəydə mis, qızıl və s kimi faydalı qazıntılar yerləşir.
3. İqlimi ardıcıl olaraq qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundradır.
4. qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən, torpaqları bir –birini əvəz edir. Ərazisində dağ-qara torpaqlar yayılıb (Gədəbəy, Daşkəsən)
5. Tovuzçay, Zəyəmçay, Əsrikçay, Gəncəçay, Şəmkirçay, Qoşqarçay, Kürəkçay və s çaylar Kürün sağ qollarını təşkil edir. Qoşqar çay Daşkəsənin zərərli tullantıları ilə çirklənmişdir.
6. Azərbaycanın ən qədim alt paleozoy yaşlı süxurları buradadır (Tovuzda Zəyəmçay, Əskiçay)
7. Uçqun mənşəli – Göygöl, Maralgöl burada yerləşir. Göygöl meşə qurşağında, Maralgöl ilə subalp qurşaqda yerləşir.
8. Göygöl qoruğunda qarmaqvari şam və xallı maral qorunur.
- Dağlıq ərazi olduğu üçün iqlimi qışı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq, dağ tundadır.
- Qarabağ Kiçik Qafqaz vilayətindəki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir
- Ərazisində “Mehmana” polimetal filiz yatağı yerləşir
- Şirlan və Türşsu mineral bulağı (Şuşada) bu fiziki-coğrafi rayondadır.
- Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirsdir (2725 m). Bu silsilədən Qarqar, Xaçın, Köndələn çayları balşanır. Dağlıq ərazi olduğundan yura və tabaşir süxurları geniş yayılıb.
- Qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ çəmən torpaqları bir-birini əvəz edir.
- Dağlıq ərazini əhatə edir, Ermənistanla sərhəddə yerləşir.
- Ən hündür zirvəsi Dəlidağdır (3616 m). Bundan başqa bir sıra sönmüş vulkanlar var. Qızılboğaz (3581 m), Böyük İşıqlı (3550 m), Gəlinqaya (3335), Pəriçınqıllı, Ayıçınqıllı, Qırmızıdağ və s.
- Vulkanik yaylda süxurların inversiyasi baş verir. Hündürlüyə doğru süxurların geoloji yaşı azalır. Belə ki, vulkanik yayla 4-cü dövrün vulkanik süxurlarından təşkil olunub.
- Püskürülmüş süxurlar üstünlük təşkil etdiyinə görə buradan başlayan çaylar yealtı sularla qidalanır (Tərtər, Həkəri).
- İqlimi qışı quraq keçən soyuq və dağ tundradır.
- Vulkanik yayla subalp və alp çəmənlik qurşağı olduğundan qiymətli yay otlaqları hesab edilir. Torpağı çimli, torflu, ibtidaidir.
- Burada həm tektonik (Böyük Alagöl- 2729 m, Kiçik Alagöl- 2729 m) həm də, vulkanik göllər var ( Qaragöl 2400 m). Göllər şirinsulu və axarlı göllərdir. Göllər meşə qurşağından yuxarıda subalp və alp çəmənliyi qurşağında yerləşirlər.
14.Vulkanik yaylada Qaragöl qoruğu var. 1)Kiçik Qafqazın cənub hissələrini əhatə edir, cənubdan İran, Qərbdən Ermənistan ilə sərhəddir.2)İqlimi qışı quraq keçən mülayim isti, torpağı isə şabalıdı və dağ meşə torpaqlarıdır.
2)Ərazisindən Bəsitçay, Oxçuçay Həkəri, çayları keçir. Oxçuçay Tranzit ən çox çirklənmiş çay hesab edilir.
3)Həkəri fiziki-coğrafi rayonunda Bəsitçay qoruğu yerləşir. Bəsitçay Zəngilan rayonu ərazisində Şərq çinarının qorunduğu qoruqdur.
4)Yağıntıların miqdarı 400-600 mm arasıdır.
Həmçinin bax : https://kafkazh.com/kafkazh-elmi-tedqiqat-merkezi-telim/
Həmçinin bax : https://turaz.org/metropoliten-azal-ve-bakubus-la-bagli-qerar-qebul-olundu/
Yazar : Səbinə İsmayılova