Kənd sərgüzəştləri 1- Kilsə

1. Kilsə

Kəndimiz dağlıq ərazidə meşələrin arasında yerləşirdi.Əhalisi tamamən köçəri-maldar türklərdən ibarət idi.Deyilənə görə,kəndimizin girişində və çıxışında(qonşu kəndlərlə arasında) iki kilsə varıymış.Bu kilsələrin ətarafı sulaq yer olduğu üçün yaxşı otlaq yeri hesab olunurdu.Bu səbəbdən insanlar ilin müəyyən vaxtlarında alaçıqlarla ya buraya köçər,ya da mal-qaralarını otlatmağa gətirərmişlər.O zaman deyilənə görə haranı qazsan küp,sür-sümük,tarixi-arxeoloji abidələr çıxarmış…

Bir dəfə bu kilsədəki yazıları oxutmaq üçün bir erməni dəvət olunur(Əvvəlcə bu kilsənin erməni kilsəsi olduğunu düşündükləri üçün). Erməni kilsənin o tərəfinə-bu tərəfinə baxır, amma oxuya bilmədiyini və qədim lisanda yazıldığını deyir. Bir müddət insanların marağı soyuyur amma erməni bu yeri yadda saxlayır. Təxminən iki ay sonra tarixçi rusla həmin yerə qayıdır. Tarixçi rus bu yazıların alban yazısı olduğunu və kilsənin alban kilsəsi olduğunu vurğulayır. Bu zaman erməninin nifrətlə gözləri parlayır və inkar edərək qədim erməni kilsəsi olduğunun üstündə durur. Tarixçi isə bir-neçə incildən ayələri və müammalı bir cümləni oxuya bilir…

Bir həftə sonra erməni gizlincə bura qayıdır və kilsənin gümbəzini uçuraraq gümbəzin bir yerində saxlanan qızılları oğurlayır və aradan çıxır. Həmin cümlə isə təxminən belə idi-“Mənim ağlım başımdadır”. İndi isə o qızllar erməni muzeylərində “qədim erməni dövlətinə”məxsuscasına sərgilənir. Bundan sonra digər kəndin aşağı tərəfindəki daha kiçik kilsənin də gümbəzi uçurulur.İnsanların isə heç nədən xəbəri olmur…

YAZAR: Amin Xan