“Keçmiş prezidentliyə namizəd ABŞ siyasətçisi koronavirusdan dünyasını dəyişdi”
ABŞ-da prezidentliyə keçmiş namizəd Herman Keyn koronavirusdan vəfat edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə siyasətçinin saytındakı açıqlamada bildirilir.
“Herman Keyn – bizim boss, dost, bir çoxumuza, demək olar, ata olmuş insan dünyasını dəyişdi”, – Keynin nümayəndəsi Den Kalabriz saytda yazıb.
Keyn iyulun 1-də hospitalizə edilmişdi. Kalabriz siyasətçinin koronavirusa yoluxduğunu təsdiqləyib.
Qeyd edək ki, Keynin 74 yaşı var idi. O, Federal ehtiyat sisteminin bölmələrində rəhbər və “fast food” şirkətlərinin top-meneceri vəzifələrində çalışıb. 2011 – ci ildə o, respublikaçılardan prezidentliyə namizədliyini irəli sürüb və bir müddət sorğularda liderlik edib, lakin daha sonra cinsi təcavüzdə ittiham edilib və prezidentlik uğrunda mübarizədən çəkilib.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Şəbnəm Heydərli
Mənbə:Virtual.az