“Kayserispor”un baş məşqçisi bəlli oldu-Prosineçkini əvəzləyir.
- “Kayserispor”un baş məşqçisi bəlli oldu – Prosineçkini əvəzləyir
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müqaviləsi başa çatan Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkini yerli çalışdırıcı əvəzləyəcək.
Super Liqada sonuncu olmasına baxmayaraq, Türkiyə Futbol Federasiyasının komanda sayını artırmaq qərarına görə elitada qalan Kayseri təmsilçisi Bayram Bektaşla anlaşıb. Onunla 2 illik müqavilə imzalanacaq.
Mütəxəssisin son iş yeri Türkiyə millisi olub. Bektaş baş məşqçi Şenol Günəşin köməkçisi kimi çalışıb. O, bunadək “Elazığspor”, “Qaziantep BB”, “Ümraniyəspor”, “Göztəpə” və “Ankaragücü”nə rəhbərlik edib.
Mənbə: apasport.az
Müxbir: Jalə Hüseynova