Kasilyas karyerasını başa vurdu

Portu”nun ispaniyalı qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı “Twitter” hesabında məlumat yayıb.

 

Kasilyas futbola 1990-cı ildə Madrid “Real”ında başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə “Portu”ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.

Mənbə sportal.az

Müxbir Kafkazh.com xüsusi müxbiri Ramid Əskərov