Karib hövzəsi
Karib dənizi
Karib dənizində on üçü müstəqil millətlər olan 7000-dən çox adaya ev sahibliyi edir. Bu ərazi fiziki coğrafiyası baxımından çox müxtəlifdir. Bu adaların çoxu ilk növbədə vulkanik fəaliyyətin nəticəsidir. Ancaq günümüzdə az sayda vulkan var. Son vaxtlar aktiv olan vulkan Montserrat Soufriere dağıdır. O, 365 il hərəkətsiz qaldıqdan sonra 1995-ci ildə püskürdü və o vaxtdan bəri davam edən vulkanik fəaliyyət sahəsidir. Karib dənizinin müxtəlif adalarında müxtəlif vulkanik fəaliyyət növləri yaşandığı bilinir, hətta Trinidad adasında da kiçik vulkanları var. Bu ərazidə tapılan vulkanik olmayan adanın əksəriyyəti Karib dənizində tapılan mərcan riflərindən əmələ gələn mərcan adalarıdır.
Təpələr və dağlar
Karib dənizinin əsas adalarının əksəriyyəti vulkanik adalar olduğundan, bir çoxu çox təpəlik və dağlıqdır. Karib dənizindəki ən böyük dağ silsilələri arasında Trinidadın Şimali Silsiləsi və Yamaykanın Mavi Dağları yer alır. Karib dənizindəki bu silsilələrin çoxu yağış meşələri ilə örtülüdür və müxtəlif bitki örtüyü və vəhşi həyat təmin edir. Karib dənizi torpaqlarında tapılan dağlıq və təpəli təbiət səbəbindən bir çox adada bu dağlıq ərazilərə gedən düz bir ərazi yoxdur. Bu, yağış suyunun toplandığı bataqlıqların əmələ gəlməsi ilə nəticələnir. Trinidad, iki böyük bataqlığa ev sahibliyi edir, Nariva və Karoni.
Yağış meşələri və səhra
Yağış meşələri Cənubi Amerikada yayğındır, eyni zamanda Karib dənizinin Yamayka və Puerto Riko kimi adalarında da var. Yağış meşələri bu adaların flora və faunasının müxtəlifliyini artırır. Bu sulu ərazilərdən fərqli olaraq, bir sıra adaların da demək olar ki, səhra kimi çox quraq olduğu aşkar edilmişdir. Bu adalardan bəzilərinə Aruba, Bonaire, Kurakao və Qrand Turk daxildir.Bu adalar su ilə əhatə olunsa da, nisbətən az və ya ara sıra yağış alır. Bu kimi adaların çox möhkəm və quru bölgələri var. Bu adalardakı bitki həyatı tez-tez skrab bitkiləri və hətta kaktusları əhatə edir. Quru iqlimə görə, kaktusa Arubanın bir çox bölgəsində rast gəlmək olar.
TƏRCÜMƏÇİ: Müşafərim Əliyeva
HƏMÇİNİN BAX: Etel Lilian Voyniçin “Ovod” (“The Gadfly”) əsəri
HƏMÇİNİN BAX: Tehsilim.org/arzularimin-gercekliye-cevrildiyi-muqeddes-mekan/