Jozef Breyerlə Ziqmund Freydin fəaliyyətini birləşdirən məqamlar və danışıqla müalicə üsulunun şüuraltı gərginliyin azalmasına təsiri

Psixoanalizdən və onun baniləri Jozef Breyer və Ziqmund Freyd haqqında danışmazdan öncə psixikanın nə olduğu ilə bağlı qısa şərh verək.

Elə isə yazıma Karl Qustav Yunqun bu cümləsi ilə başlamaq istəyirəm: “Dünya incə bir tel üzərində dayanmışdır və bu tel psixikadır..”

Bildiyimiz üzrə,psixika obyektiv aləmin subyektiv inikasıdır.Yəni, real ətraf-aləmdə baş verən bütün proseslər bizdə-insanda öz əksini tapır və bu da əlbəttə ki bizim psixikamız vasitəsilə baş tutur.Ətrafda baş verən bütün hadisələri isə hər kəs öz baxış pəncərəsinə görə dəyərləndirir.Bu baxış pəncərəsi dediyimiz anlayış isə elə psixikadır.Əgər biz,həqiqətən də,psixikanın nə olduğunun mahiyyətinə varsa idik,bəlkə də etdiyimiz mübahisələr bizə boş gələrdi.Bəs bu psixika necə və harda formalaşır?

Bildiyimiz kimi ,insan bioloji varlıq olduğu kimi, həm də sosial varlıqdır.Onun sosiallaşması isə ilkin olaraq ailədə formalaşır.Ailədə,eləcə də,sosial mühitdə yaşadıqları hər şey insanın təhtəlşüurunda – şüuraltında yerləşir.Bəs bu şüuraltını öyrənən sahə,cərəyan hansıdır? Izahına isə Uels Qerbert Corcun bu ifadəsi ilə başlamaq istəyirəm: “Gələcəyin açarı psixoanalizin əlindədir.” Yəni,cümlədən də anlaşıldığı kimi şüuraltını –təhtəlşüuru öyrənən cərəyan psixoanalizdir.Psixoanaliz insan psixikasını analiz,təhlil edərək onun-insanın əslində nə istədiyini açıqlığa qovuşduran bir cərəyandır.(cərəyandır,çünki məktəb ola bilməmişdir) Və ardınca Sigmund Freydin bu cümləsi ilə “ Göydən Allahları endirə bilməsəm də,yeraltı qüvvələri hərəkətə gətirə bilərəm.” Tamamlamaq istəyirəm. Freyd yeraltı qüvvələri insan və onun tozlu-dumanlı psixikası hesab edirdi. Bu psixika elə bir psixikadır ki,psixoanalizdə olduğu kimi üç təbəqədən ibarətdir.Bunlar: ID- O(təhtəlşüur), EGO(mən) və SUPEREGO( ideal mən)dir.

Təhtəlşüur- şüuraltı tozlu-dumanlı bir sahədir.Bu toz-duman onun sıxışdırılmış,basdırılmış mənfi yaxud müsbət hisləridir.Hansı ki bunlar uşaqlıqdan ta indiki yaşına qədər ödənilməmiş tələbatlar,deyilməmiş sözlər,cümlələrdir.Bu ödənilməmiş tələbat nədirsə,o həmin insanı narahat etmiş, o da sanki bunu unutmuş kimi davranmışdır.Əgər şüuraltı təbəqə zaman-zaman yüngülləşdirilməzsə,bu zaman psixoloji yüklənmə baş verər və beləliklə psixoloji neytrallıq pozulmuş olar.Psixoanalitik həmin bu hisləri oyatsa və bu uğurlu alınsa,o zaman bu toz-duman ətrafı bürüyəcək və o zaman bütün hislər,fikirlər qarışacaqdır.Daha sonra bu  toz-duman (hislər) özünü  senzura- ego təbəqəsində görəcək.Ego artıq İD-də basdırılmış bütün hər şeyi sorğulamağa başlayır.O fikirləri öz “mən”inə uyğun etməyə çalışır.Əgər bu “mən” o fikirləri təsdiqləsə,o zaman bu fikirlər superegoda yer alacaqdır.Superego bir növ insanın” sosial mən”idir.Superego artıq öz “mən”inə uyğunlaşdırılmış fikirləri sosial mühitə,cəmiyyətə uyğunlaşdırmağa çalışır.Sanki el qınağından qaçarmışcasına kimi.Məsələn,Məsumə çöldə qışqıraraq mahnı oxumaq istəyir və bu uzun zamandır onun könlündə var.Artıq bir gün Məsumə qərara gəlir ki,universitetin önündə istədiyi tərzdə mahnısını oxusun,lakin  o an çatanda Məsuməni nəsə dayandırır.Bu isə dərs aldığı müəllimləri,tələbə yoldaşları,bir sözlə sosial mühitdir.Artıq Məsumənin superegosu bunu götür-qoy etdikdən sonra etməmək qərarına gəlir.Məsumə bunu etmir,lakin bir savaşın ortasında qalır.Bu da İD və Superegonun savaşıdır.Bu savaşın isə nə vaxt bitəcəyi məlum deyil.Biri “et” əmrini verdiyi halda,digəri bunu inkar edir.Bu da öz növbəsində basdırılmış hiss olaraq qalır.Əgər Məsumə cəsarətli olub superegoya qalib gəlsə,hislərini olduğu kimi,istədiyi tərzdə yaşayacaqdır.Bu da qısa olaraq psixoanalizin şərhi.İndi isə bunu sxemlə göstərək:

Z.Freydin mühazirəsinə nəzər salsaq görərik ki,orada Freyd  psixoanaliz haqda danışır və qeyd edir ki,burada o, yeni tədqiqat və müalicə metodunun əmələ gəlməsində Vyana həkimi doktor  Jozef  Breyerin böyük əhəmiyyəti olmuşdur.O,ilk dəfə bunu bir isterik qıza tətbiq etmiş və hələ o zaman Freyd tələbə idi və son imtahanlarını verirdi.Və daha sonra əlavə edir ki, siz bütün bunları bizim “İsteriyanın tədqiqlər”i adlı əsərimizdə tapa bilərsiniz.

1882-ci ildə Jozef Breyer Sigmund Freyddən on dörd yaş kiçik olmasına baxmayaraq kolleqası ilə birgə bütün psixi halları,eləcə də, isteriya haqda müzakirə aparmışlar.Daha sonra Jozef Breyer nevropatoloq kimi işləməyə başladı və bu yuxarıda adı çəkilən metodu xəstələri üzərində test etdi.Uğurlu nəticə də əldə etdi.Charcot,Pierre Janet, Mobius, Hippolytus Berheim və digərlərinin teoremlərindən davam edərək onlar birgə terapevtik proses kimi zehni aparat funksiyalarının teorenomik təməllərini inkişaf etdirdi və onu katarsiz metod adlandırdılar.Bu metod Aristotelin tragediya funksiyası haqqındakı ideyalarına istinad edilmişdi.1893-cü ildə onlar” İsterik fenomenin mental mexanizmdə” ilkin hesabatını çap etdilər.İki ildən sonra,yəni 1895-ci ildə onlar “İsteriyanın tədqiqləri” “psixoanalizin məhək daşı”nı araşdıraraq psixiatriya sahəsində fundament qoydular.Burda həm Breyerin teoremindən,həm Freydin terapiyasından, həm də tarixi faktlardan danışılmışdı.Jozef Breyer həm də 1875-ci ildən bəri terapiya dosenti kimi çalışırdı.

Jozef Breyer bunu yuxarıda da qeyd  etdiyim kimi ilk dəfə bir isterik qız üzərində tətbiq etmişdir.Freyd isə Breyerin psixoanalitik üsulunu təhlil edərək isterik qızın xəstələnmə səbəblərini şərh edir.Məlum olur ki,atasına övlad kimi dərin məhəbbət bəsləyən bu qız atası xəstə ikən ona qulluq edirmiş və güclü psixoloji sarsıntılar keçirərək yavaş-yavaş əl və ayaqlarında hissiyatı itirilmiş spazmatik iflic xəstəliyinə tutulmuşdur.Sonradan gözlərinin hərəkətlərində pozulma,başın hərəkətlərində çətinliklər,qida qəbulundan çəkinmə,güclü əsəb öskürəyi ,nitq pozuntusu,nəhayət,sərsəmləmə,hətta bütövlükdə şəxsiyyət patologiyası baş vermişdir.Jozef bu xəstəni müalicə edərkən ona məlum olmuşdur ki,atası xəstə ikən qız divanda ilan görmüş,ondan qorxmuş və bu zaman sağ əlində keyləşmə daha sonra iflic halı yaşamışdır.Sonralar isə bu ilanların sayı gözündə bir neçəyə qalxmışdır.Xəstə ikən isə atasına qulluq edə bilməmiş və atası rəhmətə getmişdir.Buna görə də özünü təqsirləndirmişdir.Digər bir deyimə görə isə,qız öz atasının yatağında uzanmış və bu zaman qəribə,qorxunc hislər keçirmişdir.Bu hadisədən sonra o,isterik bir qız olmuşdur.

Hansısa fiziki,bioloji səbəbdən dolayı xəstələnmiş insanlarla psixi travma,sarsıntı keçirən insanlar arasında fərq qoyulmalıdır.Məsələn,qəza nəticəsində hafizəsini itirən biri ilə sarsıntıdan dolayı hafizəsini itirən insanı nümunə göstərə biərik.Psixi travmadan dolayı əziyyət çəkənlər həkimlərdən daha çox qayğı və həssaslıq tələb edirlər,bəzən həkimlər isterik şəxsləri hərəkətlərindən dolayı cəzalandırırlar.Bu,yolverilməzdir təbii ki.Bu da öz növbəsində sağalmağın gedişatını ləngidir.Ona görə də bu xəstələri ayırmaq lazımdır.Həkim Breyer gipnoz üsulundan istifadə edərək bu qızı sağaltmağa çalışmışdır. O,qızın beynində sıxışdırılmış xatirələri yerbəyer edərək reallaşdırmağa çalışmışdır və müsbət də nəticə əldə edir və müalicəyə davam edir.Xəstə gipnoz vəziyyətində şüuraltında qalan bütün xatirələri dilə gətirərək yüngülləşirdi.Bu müalicə üsulu “talking cure” yəni danışıqla müalicə üsulu adlanırdı.Hansı ki danışaraq rahatlığa qovuşmaq mümkün idi.Lakin Freyd sonralar bu üsulu təsdiqləmədi,o insanın şüurlu vaxtında,yəni gipnoz halı yaşamadan beynindən nə keçirsə,şüursuzca deməli idi.Danışıqda məntiqə ehtiyac yox idi.Çünki məntiq məsələnin kökünə yol almağa icazə vermirdi. Freyd bütün bunlara özündən yola çıxaraq demişdir.O elə ,əslində, özü də xəstəlikdən əziyyət çəkirdi və o qorxmadan uşaqlıqdan bəri yaşadığı bütün hadisələrin üzərinə gedərək məsələnin kökünə varmışdır.Ona görə də o xəstələrinə bunu tətbiq etmişdir. Ona görə insanlar özləri problemin üzərinə gedərək rahatlığa qovuşa bilərlər.

Danışıqla müalicə üsuluna nümunə gətirək.Obsessiv kompulsiv pozuntusu olan bir gənc qız..Bu qızla aparılan danışıqla müalicə üsulundan məlum olur ki, qızın atası natəmiz bir insan olmuşdur və qız da hər dəfə onun əşyalarına toxunduqda əllərini yuyurmuş.Bu daha sonra istəmsiz hal alır.Qız artıq əlini nəyə vurursa,yumağa başlayır.Digər bir nümunə.Qız uşaqlıqdan bəri ailədə yaşadığı sarsıntılara görə daima ailəsinin gələcəyi barədə düşünməyə başlamışdır və sanki bu düşüncələrdən təmizlənmək adına əllərini çox yumağa başlayır.Yumağı azaltdığı dövrdə nəsə hər hansısa bir sarsıntı yaşadıqda yenə başa qayıdır və əllərini çox yumağa başlayır.Sanki bir “dövriyyə’ kimi..

Bayaq da qeyd etdiyim kimi,Freyd bu üsulda gipnozu qəbul etmirdi.O.uzunmüddətli araşdırmalardan  və praktik təcrübələrdən sonra Freyd bu üsulun əsas mexanizmini tapa bildi.O,qeyd edirdi: “ Mən təsdiq etdim ki,unudulmuş xatirələr yox olmamışlar.Xəstə hələ bu xatirələrə sahibdir və onlar öz bildikləri ilə assosiativ əlaqəyə girməyə hazırdırlar,lakin hansısa qüvvə onların şüuri olmasına maneçilik  edirdi.Bu cür qüvvənin olmasına tamamilə inanmaq olardı,çünki məhz o qeyri-şüuri xatirələrin şüura keçməsinə imkan vermirdi.Burada bir qüvvə – xəstə halı müdafiə edən bir qüvvə hiss edilirdi – xəstənin müqaviməti.Mən isterik hallarda psixi proseslərin anlaşılması haqqında öz baxışlarımı bu müqavimət ideyası əsasında qurdum.Sağalmaq üçün bu müqaviməti aradan qaldırmaq lazım idi.Sağalma mexanizmlərindən çıxış edərək xəstələnmə prosesi haqqında müəyyən təsəvvür əldə etmək olardı.İndi müqavimət qüvvəsi kimi maneçilik edən qüvvələr öz vaxtında xəstələnməyə rəvac vermişlər və şüurda müvafiq patogen həyəcanları sıxışdırmışlar.Mən nəzərdə tutulan bu prosesi sıxışdırma adlandırdım və onu müqavimətin hesabına təkzibolunmaz şəkildə sübut olunmuş hesab etdim..İsteriklərin və başqa nevrotiklərin tədqiqi bizi belə bir əqidəyə gətirir ki,sıxışdırılmış məsələlər şüurdan və hafizədən uzaqlaşdırılmamışdır,guya ki özlərini böyük miqyasda narahatlıqlardan azad etmişdilər,lakin bişüurda sıxışdırılmış arzu mövcud olmaqda davam edir və aktivləşmək üçün imkan gözləyir.Məqsədyönlü tədbirlər çoxdur ki,onların köməyi ilə sıxışdırılmış məsələlər,konflikt və nevroz əlverişli sonluğa gətirilə bilərdi,həm də bəzi hallarda bu tədbirlər kombinasiya oluna bilər, ya xəstə əmin olur ki,ədalətsiz şəkildə patogen arzudan imtina etmişdi və onu bütünlüklə və ya qismən qəbul edir,yaxud arzu daha yüksək,həyəcan doğurmayan məqsədə istiqamətlənir.Bu da sublimasiya adlanır.”

Freyd və Breyer eyni zamanda “Isteriya haqqında etüdlər” adlı ilk kitablarını da birlikdə yazırlar.Lakin bundan sonra onların nəzəri baxışları ayrılır və fikir ayrılıqları yaşayırlar. Breyer əvvəllər Freydin psixi pozuntularda seksual motivlərin ideyasını bəyənsə də,sonradan bunu dəstəkləmir.Ona görə ki nəinki Breyer,digər psixoanalitiklər də Freydin hər şeydə bioloji faktı- libidonu şişirtməsini gərəksiz bilirlər.Freydə görə,isteriya da,məhz libido əskikliyi nəticəsində yaranmışdı.O həmçinin qeyd edirdi ki,əsəb xəstəlikləri də elə bu libido əskikliyi nəticəsində yaranır.Hətta o bir dəfə bunu mühazirəsində də qeyd etmiş,digər mütəxəssislər isə onu şəhvət düşkünü adlandırmışlar. Lakin bu qınaq onu dayandırmamış metodikasını daha da təkmilləşdirmişdir.

Freydin psixoanalitik cərəyanını məktəb adlandırmaq olmaz.Ona görə ki tələbələri onun fikir ideyaları ilə razılaşmamış,özlərinin dəsti-xətti ilə yollarına davam etmişlər.Əgər bir cərəyanın davamçəıları olmasa onu necə məktəb adlandırmaq olar ki?!

Digər bir araşdırdığım məlumata görə,Breyer və Freyd bütün bu isterik ideyalarını Sabina Spielreindən almışlar,lakin bunu gizlətmişlər.Analitiklər sırasında da Karl Qustav Yunnqun da adını çəkə bilərik.Sabina Spielrein ilk qadın,hətta ilk psixoanalitk kimi də qeyd olunmuşdur.O, xəstə olmasına rəğmənYunqun sevgilisi olmuş,Yunq isə onun fikir və ideyalarını oğurlamışdır.Çünki Sabina həm həkim,həm də psixoanalitik idi.Sabina bu dövrlər tanınmasa da,sonralar tanınmışdır.Çoxsaylı kitabları nəşr edilmişdir.

Düşünürəm ki,insanlar əgər bir-birini anlaya bilsə idilər,heç kəsin psixoloq və digərlərinə ehtiyacı qalmazdı. Mənim şərhim bu qədər..

 

Yazar: Məsumə Məmmədova