İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
Futbol üzrə İtaliya çempionatının 2020-2021-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.
AZƏRTAC turnirin rəsmi saytına istinadla xəbər verir ki, yeni mövsüm sentyabrın 19-da start götürəcək. Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında – 3 yanvarda da matçlar təşkil olunacaq.
Qeyd edək ki, A seriyasında koronavirusa görə martdan dayandırılan 2019-2020-ci il mövsümü 3 aydan sonra bərpa edilib və “Yuventus” çempionatın qalibi olub.
Mənbə: azərtac
Müxbir: Kafkazh.acom xüsusi müxbiri Jalə Hüseynova