İstədiklərimizi necə əldə edə bilərik? Psixoloji faktlar

Hər kəs istər ki, istədiklərini asanlıqla əldə etsin. Lakin həmişə asan olmur bu. Bunun üçün bir çox üsullar var. Lakin mənim ən sevdiyim 7-sidir.

1. Birindən nəsə istədikdə bunu qəbul etmədiyini düşündüyünüzdə belə edə bilərsiz: elə bir iş istəyin ki, onun bunu etməsi heç cürə alınmaz və ya imkanı yoxdur. Normal olaraq o, buna imtina edəcək. Sonra öz həqiqi istəyinizi deyin. Bu zaman ondan imtina edə bilməyəcək. Özünü borclu hiss edəcəyi üçün qəbul edəcək istəyinizi. Məcburi kömək edəcək.

2. İnsanlar gecələr daha çox etiraflar edirlər. Bunun səbəbi yorğun olduqlarıdır. Yorğun olarkən sadəcə fiziki deyil, zehni yorğunluq da yaşayırlar. Və insan yorğun olduğunda o xahişlərə daha diqqətli və həssas davranır. Bu səbəbdən istədiyiniz etirafı ala bilər yaxud nəyisə qəbul etdirə bilərsiz.
3. Adlar
Kimdənsə nəsə istədiyinizdə ona adı ilə müraciət edin. Çünki insanın adı onun üçün ən xoş səsdir. Adı ilə müraciət etsəz daha effektli nəticə əldə edə bilərsiz. Tanış olduğunuz insanın çalışın adını yadda saxlayasınız.

4. Valideynim deyib
Dostlarınızla və yaxud kiminləsə danışanda dediyiniz sözə inanmadılarsa mənə bunu anam, atam yaxud ümumi olaraq valideynim deyə bilərsiz. Müəllimim də ola bilər. İnsanların gözündə valideynlər, müəllimlər daha böyük kimidir. Sanki onlar hər şeyi düz bilirlər.

5. Valideynlərinə oxşamaq
İnsanlar sevgili və yaxud həyat yoldaşı seçirlərsə valideynlərinə oxşuyanları seçirlər. Və onlara aşiq olurlar. Çox insanın valideyni onun gözündə idealdır. Həm də onlara alışmış olur. Və sizdə onun valideyninə oxşuyursuzsa o, sanki sizi tanıyırmış kimi hiss edəcək. Və daha yaxın hiss edəcək.

6. Birinə hədiyyə almaq istəyirsizsə və nə alacağınızı bilmirsizsə, yaxud istəyirsiz ki onun istədiyi olsun sonradan istifadə etsin, bəyənsiz buna görə nə etməlisiz?
Ona hədiyyə aldığınızı deyin. Və ondan nə aldığınızı soruşun. Səncə mən nə almışam deyin. Bu zaman istədiklərini sayacaqdır. İstədiklərini sayanda mimikaları müsbəti ifadə edəcək, həyəcanlanacaq, istəmədiyi şeyi deyəndə isə mimikaları mənfini ifadə edəcək.

7. İstəklərimizi əldə etmək üçün heç şübhəsiz ən yaxşı üsul cəzbetmədir.
Onu düşünün. Onun haqqında müsbət düşünün. Onu qəbul edin və sahibmişsiniz kimi təsəvvür edin. Nə qədər güclü olarsa o qədər tez əldə etmiş olacaqsız.

8. Pul əldə etmək istəyirsinizsə özünüzü pul maqniti kimi təsəvvür edib hiss edə bilərsiz. Həqiqətəndə effektivli üsuldur.

9. Tərifləmək
Təərifləmək də istəkləriniz üçün effektlidir. Uğurlu insanlara etdiyiniz zaman daha müsbət olacaq. Və onun gözündə ona biraz yaxın olacaqsınız. Və çalışın ki, çox şişirtməyin bu inandırıcı olmaz. Bu halda açıq aşkar yaltaqlığınız bilinəcək. Və gözdən düşməyinizə səbəb olacaq.

10. İnsanların xoşuna gəlmək istəyirsinizsə onun etdiklərini təkrar edin, yəni təqlid edin. Güzgü effekti deyilir buna. İnsanlar özü kimi düşünən, hərəkət edən birini gördükdə ondan xoşu gəlir. Bu insanlar tez tez qarşısındakına uyğun hərəkət edir. Heç də yaxşı hərəkət deyil əslində. Bu iş aktyorlara aiddir. Və elə etsəz nəsə istədikdə müsbət cavab ala bilərsiz.

Oxuduğunuz üçün təşəkkür edirəm.

Yazar: Həsənova Günel. QKU