İsrail: İrana bunu etməyə imkan verməyəcəyik
İrana İsrailin şimal sərhədində hərbi baza yaratmağa imkan verməyəcəyik.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz İrana şimal sərhədimizdə hərbi baza tikməyə imkan verməyəcəyik. Livan və Suriyadan İsrailə qarşı hücumlara görə İran məsuliyyət daşıyır. Təhlukəsizliyimizi məhv etməyə, vətəndaşlarımızın təhdid edilməsinə imkan vermərik. İsrailin müdafiə ordusu bütün təhdidlərə cavab verməyə hazırdır”, – Netanyahu bildirib.
Qaynaq:Axqr.az
Müxbir: Nuray Ələkbərova