İspaniyanın yaranması

İspaniya təxminən  XV əsrdə Araqonlu II Ferdinand və Kastilyalı I İzabella arasındakı evlilik Pireney yarımadasının iki böyük krallığının birləşməsinə səbəb olduğu zaman yarandı. İspaniyanın yaranması 1492-ci ildən yəni, Qranadanın sonuncu Moriş krallığının xristianlar tərəfindən ələ keçirildiyi tarixdən hesablanır. Baxmayaraq ki, Ispan krallıqları daha öncədən var idi, lakin dağınıq şəkildə idi.İzabellaII Ferdinand bütün ölkəni öz tacları altında birləşdirməyə müvəffəq oldular və İspaniyanı “yenidən xristianlaşdırmaq” səyləri İspan inkvizisiyası ilə nəticələndi, xristianlığı qəbul etmək istəməyən minlərlə yəhudi və mavr qovuldu və ya öldürüldü. Amerikanın Kristofer Kolumb tərəfindən kəşfindən sonra, 1492 ton qızıl və gümüş yeni qitədən gətirildi və İspaniya Qızıl Əsr adlanan bu dövrün ən güclü dövlətlərindən birinə çevrildi. 1504-cü ildə İzabella vəfat etdikdən sonra, taxtda alman imperatorunun oğlu Filiplə evlənən qızı Joan keçdi.  Kral eyni zamanda 1517-ci ildə Avstriya və Almaniyanı birləşdirərək tarixin ən böyük imperiyalarından birini yaratdı. İspaniya Amerika müstəmləkələri ilə ticarət sayəsində “Habsburq tacı” altında iqtisadi cəhətdən çiçəklənirdi, lakin 1588-ci ildə “Məğlubedilməz Armada” nın fəlakətli məğlubiyyəti ilə nəticələnən dəniz döyüşü dövrünün ən uğursuz döyüşü idi. Sonuncu Habsburq kralı II Çarlz davamçısı olmadan öldü. Taxta XIV Lüdoviqin qardaşı oğlu Burbonlu Flipp çıxdı.

 Fransa İnqilabının nəticəsi olaraq İspaniya yeni respublikaya müharibə elan etdi, lakin məğlub oldu.  Napoleon Fransada hakimiyyəti ələ keçirdi və 1808-ci ildə qoşunlarını İspaniyaya qarşı göndərdi. O, qardaşı Cozefi İspan kralı təyin etdi, lakin ispanlar fransızlara qarşı 5 il Müstəqillik müharibəsi apardılar.  1815-ci ildə Napoleonun Vaterloda qəti məğlubiyyətindən sonra VII Ferdinand  İspan taxtına sahib oldu və sərt mütləqiyyətlə hökmranlıq etməyə davam başladı. O, taxt-taca varislik qanununu dəyişdikdə və qızı İzabeli kraliça təyin edildikdə, qardaşı Çarlz buna qarşı üsyan etdi və Yeddi İllik Müharibə başladı.  Bunun nəticəsində iqtisadi tənəzzül və siyasi qeyri-sabitlik oldu, İspaniya PuertoRiko, Kuba və Filippin istisna olmaqla bir sıra müstəmləkələrini itirdi.  1868-ci il inqilabı II İzabeli məcbur etdi ki,  taxtdan imtina etsin. Hər halda, təxminən bir il davam edən dövlət çevrilişindən sonra İzabelin oğlu XII Alfons krallığı bərpa etdi.  1895-ci ildə Kuba üsyanı İspaniya üçün fəlakətli nəticələrlə ABŞ-a qarşı müharibə ilə nəticələndi.  İspanlar xaricdəki son mülklərini itirdi.

  1920-ci illərin əvvəllərində baş verən iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirib çıxardı və general Primo de Ribera 1930-cu ilə qədər hərbi diktatura qurdu. 1931-ci ildəki seçkilər siyasi Solun və XIII Alfons üçün qələbə qazandı.  Respublikaçı hökumətlə millətçi müxalifət arasında artan münaqişələr İspaniyada vətəndaş müharibəsinə (1936-39) gətirib çıxardı.  General Frankonun başçılıq etdiyi millətçilər nasist-Almaniya və faşist İtaliyadan geniş dəstək aldılar və bir çox ziyalılar (Ernest Heminquey kimi) və başqa ölkələrdən siyasi sadiq olan beynəlxalq təşkilatlarda vuruşsalar da, rəsmi olaraq yalnız Rusiya tərəfindən dəstəklənən Respublika blokuna qarşı uğur qazandılar.  

  Franko İkinci Dünya Müharibəsi zamanı İspaniyanı neytral saxlasa da, onun hərbi diktəsi siyasi və iqtisadi təcrid vəziyyətinə gətirib çıxardı.  1950-60-cı illərdə beynəlxalq münasibətləri yaxşılaşdırmaq üçün bütün səylər göstərildi və ölkə iqtisadiyyatı bərpa olundu.  1969-cu ildə Franko XIII Alfonsun nəvəsi Xuan Karlos de Borbonu kral titulu ilə varisi elan etdi.

  Franko 1975-ci ildə öldü və konstitusiyamonarxiya quruldu.  Prezident Adolfo Suares mühüm siyasi islahatlar həyata keçirdi.  1981-ci ildə o, təəccüblü şəkildə işdən çıxarıldıqda, bir qrup hərbçi çevrilişlə hakimiyyəti ələ keçirməyə çalışdı, lakin bacarmadı. 1982-ci ildə sosialist partiyası seçkilərdə qalib gəldi və Felipe Qonzales hökumətin prezidenti oldu.  İspaniya 1985-ci ildə NATO-ya üzv oldu və 1986-cı ildə Avropa Birliyinə daxil oldu. 1992-ci ildə dünya səhnəsində təsirli göründü: Barselona Olimpiya Oyunlarına, Sevilya EXPO’92 dünya sərgisinə ev sahibliyi etdi və Madrid Avropanın Mədəniyyət Paytaxtı elan edildi.

Ədəbiyyat siyahısı

Yazar : İsmailova Fidan