İraq parlamentinə erkən seçkilər gələn il keçiriləcək
İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.
“Report” xəbər verir ki, bunu baş nazir Mustafa Əl-Kazimi açıqlayıb.
Onun sözlərinə görə, seçkilərin uğurlu və şəffaf keçirilməsi üçün lazımi addımlar atılacaq.
Xatırladaq ki, erkən seçkilərin keçirilməsi 2019-cu ilin oktyabr ayından bəri ölkədə etiraz edənlərin əsas tələblərindən biri idi və hakimiyyət bunu yerinə yetirəcəyinə söz vermişdi.
Qeyd edək ki, İraqda son parlament seçkiləri 2018-ci ilin may ayında baş tutub. Növbəti seçkilər isə 2022-ci ilin mayında keçirilməli idi.
Mənbə: report.az
Jalə Hüseynova