İranda son sutka ərzində daha 2 586 nəfərdə koronavirus aşkarlanıb
İranda son sutka ərzində daha 2 586 nəfərdə koronavirus aşkarlanıb, 219 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 281 413-ə, virus qurbanlarının sayı isə 14 853-ə yüksəlib.
Bundan əlavə, indiyədək 244 840 nəfər sağalıb. Ölkədə 21 720 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 609-nun vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: qafqazinfo
Müxbir: Minəxanım Mehrəliyeva