İranda son 24 saat ərzində daha 199 nəfər Covid-19 yoluxucu xəstəlik səbəbindən həyatını itirib

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadat Lariye açıqlama verib. Ötən gün ərzində ölkədə daha 2 388 insanda koronavirusa yoluxma faktının aşkarlanması ile yoluxanların ümumi sayı 264 min 561-e çatıb. Bu günə qədər ümumilikde 13 min 410 nefer xəstəlik səbəbinden həyatını itirib, 227 min 561 pasiyent ise müalicə olunaraq sağalıb. Xəstəlik səbəbindən həyatını itirənlərin arasında 140 nəfər tibb ve sanitariya işçisinin olduğu bildirilib. Ölkədə 2 milyon 48 min 49 nəfərin koronavirus testinden keçdiyi qeyd olunub.

QAYNAQ: Qafqazinfo.az
XƏBƏRÇİ: kafkazh.com xüsusi müxbiri Minaxanım Mehrəliyeva