İqtisadiyyat. Maliyyə üzərində qurulmuş dünya.
İqtisadiyyat nədir ?
Məhdud resursların cəmiyyətdə maksimum səmərə ilə isdifadə edilməsi haqqında elmdir. İqtisadiyyat (Ekonomiks) yunan sözü olub “ev təsərrüfatının idarə edilməsi” deməkdir. Təsəvvür edin ki, firavan həyat üçün lazım olan hər şey- yemək, içmək bir sözlə saysız- hesabsız pul vəsaiti başdan aşır və onun nə cür qazanılması haqqında düşünmək lazım gəlmir.Bu halda ailənin üzvləri arasında məhdud resursları bölməyə ehtiyac qalmır.Digər halda isə, ümumiyyətlə cəmiyyətdə iqtisadi artımın hansı həcmdə olması,qiymətlərin sıçrayışı, yaxud da ölkədə çoxlu sayda işsizlərin mövcudluğu iqtisadiyyatın əsas mövzusudur. Bu artıq makroiqtisadiyyat adlanır. İqtisadi proseslərin bir qismi ailə təsərrüfatlarında və cürbəcür məhsul istehsal edən çoxlu sayda müəssisələrdə baş verir. Bu halda ailə təsərrüfatını,müəssisələri ilk növbədə bazarın vəziyyəti,onların məhsuluna olan tələbat, istehsal prosesinin düzgün təşkil edilməsi və s.maraqlandırır. Bütün bunlar mikroiqtisadiyyat adlanır.
İqtisadi Potensial
Müəyyən tarixi vaxtda sahələrinin sənaye və məhsulları istehsal etmək, əsaslı tikinti işləri görmək, yük daşımaq, əhaliyə xidmət göstərmək imkanlarının məcmusu. Kapitalizm şəraitində iqtisadi potensialdan sosializm birliyi ölkələrinə iqtisadi və hərbi təzyiq göstərmək, iqtisadiyyatı zəif inkişaf etmiş ölkələri iqtisadi və siyasi cəhətdən asılı etmək, satış bazarları uğrunda mübarizə aparmaq, yüksək mənfəət göstərmək və s. amili kimi istifadə olunur. Sosializmdə iqtisadi potensial sosialist ölkələrinin iqtisadi müstəqilliyini və müdafiə qüdrətini, xalqın maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsi hesabına zəhmətkeşlərin tələbatını daha dolğun təmin etməyə, inkişaf edən ölkələrə yardım göstərməyə yönəldilmişdir.
İqtisadi Siyasət
Sosializmə qədərki formasiyalarda hakim siniflərin, sosializmdə isə bütün cəmiyyətin mənafeyi naminə dövlətin həyata keçirdiyi iqtisadi tədbirlər sistemi; iqtisadiyyat elminin bir sahəsi. İqtisadi siyasətin ictimai məzmunu, məqsədi və buna çatmaq vasitələrinin seçilməsi, ictimai quruluşun xarakteri ilə, istehsal vasitələri üzərində mülkiyyət münasibətləri ilə müəyyən olunur; hər bir siyasət kimi İqtisadi siyasət də iqtisadiyyatın, müəyyən istehsal üsulunun mərkəzləşdirilmiş ifadəsidir. Sosializm şəraitində isə İqtisadi siyasət cəmiyyətin inkişafının əsası olan maddi istehsal prosesini tənzimləməyə və bununla da sosial tərəqqinin sürətini və perspektivini müəyyənləşdirməyə yönəldilmişdir.
İqtisadi statistika
İqtisadi statistika iqtisadi hadisə və proseslərin kəmiyyət tərəfini onların keyfiyyət məzmunu ilə qırılmaz əlaqədə öyrənir. İqtisadi statistika Leninin müəyyən etdiyi kimi cəmiyyətin inkişafının ictimai-iqtisadi hadisə və qanunauyğunluqlarının “statistika ifadəsini” verməlidir. İqtisadi statistikanın elmi təşkilinin əsas şərti öyrənilən hadisə və proseslərin ilkin ictimai-iqtisadi təhlilidir. İqtisadi statistikanın hazırladığı göstəricilər sistemindən istifadə olunur. İqtisadi statistikada hesablayan elektron maşınından istifadə etməklə iqtisadi-riyazi tədqiq metodu daha çox tətbiq edilir.
Əmtəə
Bir anlığa təsəvvür edin ki, gündəlik həyatınızda lazım olan çoxlu sayda malların hazırlanıb sizə çatdırılmasında nə qədər insan iştirak etmişdir. İlk baxışdan adama elə gəlir ki, onları çox asanlıqla saymaq olar və bu insanların sizə lazım olan malları istehsal etməsi üçün yerinə yetirdikləri əməliyyatlar da bir o qədər çox deyil. İlk növbədə təbiətdə elə bir xammal (resurs) olmalıdır ki, onu emal edib sonradan bizə lazım olan əmtəəni hazırlamaq mümkün olsun. Buna iqtisadçılar “əməyin predmeti” deyirlər. Bizim misalda bu rolu təbii ki, meşədə bitən və spesifik xassəyə malik olan ağac məmulatı oynayır. Beləliklə, sadə bir əmtəənin-qələmin hazırlanmasında çoxsaylı xammaldan və insan əməyindən istifadə olunduğunu görürük. Bu insanlar isə ilk növbədə, əmtəələri istehsal edib bazara çıxaranda yalnız öz xeyirlərini güdürlər.
Dövlət büdcəsi
Hər bir dövlətin il ərzində həyata keçirəcəyi maliyyə planı- yəni büdcəsi mövcuddur. Cəmiyyətdə çoxlu sayda xərclər var və onları əsas etibarilə dövlət öz üzərinə götürür. Ayrı-ayrı fərdlər istəsələr belə, bu xərcləri maliyyələşdirə bilməzlər; məsələn: dövlətin ordusu, polisi, həbsxanaları və s. vardır və onların saxlanması üçün külli miqdarda vəsait lazımdır. Bu vəsaiti hər bir dövlət öz büdcəsi hesabına ödəyir. Beləliklə, dövlət büdcəsi- il ərzində cəmiyyətin inkişafı üçün vacib olan əsas maliyyə mənbəyidir. Dövlət büdcəsi çox vacib iqtisadi və siyasi sənəd olduğu üçün ölkə parlamentində təsdiq edilir və qanun halını alır. Büdcənin gəlirlərini əsas etibarilə yığılmış vergilər təşkil edir.
Yazar: Hökməliyeva Firuzə