IP telefon terminləri

IP şəbəkəsi ilə informasiya texnologiyalarının və IP paket kommuntasiya metodlarını tətbiq etməklə səs (danışıq) məlumatlarının ötürülməsi üçün 3 əsas termindən istifadə edilir:

IP telefon (IP Telephony)
• IP şəbəkələri ilə səsin verilməsi (Voice over IP-VoIP)
• İnternet telefon rabitəsi (İnternet Telephony)

Doğrudur, IP telefon rabitəsi sahəsində bu terminlər sona qədər davam gətirməsə də, bu məsələyə bir qədər aydınlıq gətirməyə cəhd göstərək. Belə ki, IP telefon anlayışı altında elə bir texnologiya başa düşməliyik ki, IP protokolu əsasında ixtiyari paket kommutasiya şəbəkəsindən istifadə etməyə imkan vermiş olsun. Bu halda IP protokolundan yerli, şəhərlərarası və beynəlxalq telefon danışıqları, həmçinin real vaxt rejimində faksların ötürülməsi üçün əsas vasitə kimi istifadə edilir. Xarici ölkələrdə IP protokolunun tətbiqi ilə səs informasiyasının verilmə texnologiyası hamı tərəfindən qəbul edilən Voice over IP termini ilə çağırılır. IP telefon və VoIP arasında servislərin təşkilində heç bir texnoloji fərq mövcud deyildir, çünki müxtəlif istehsalçılar bu və ya digər termindən müxtəlif səviyyədə istifadə edirlər. Əlbəttə ki, şəbəkə nöqteyi-nəzərdən «IP telefon» termini yəqin ki, daha sanballı səslənir. Ona görə ki, o nəinki kanallar səviyyəsində birləşmələri yaradır, həm də abunəçi avadanlığı səviyyəsində də bu işləri yerinə yetirə bilir. Sonuncu faktor idarəmüəssisə avtomatik telefon stansiyaları üçün olduqca vacib bir texniki imkandır. İnternet telefon rabitəsi IP telefon rabitəsinin xüsusi forması olub, telefon trafik paketlərini ötürən kanalların vəzifəsini internet şəbəkəsinin kanalları yerinə yetirir. IP telefon rabitə xidmətlərini bir-birindən ayırmaq üçün iki-keyfiyyətli və gecikmə ilə telefon xidmətləri anlayışından istifadə olunur.

• IP telefon rabitəsi – səsin ötürülməsi üçün müstəqil xidmət növüdür. Bu xidmət alternativ ucuz xidmət növü hesab edilir;
• IP telefon rabitəsi – xidmətlər paketində nəzərdə tutulan funksiyaları həyata keçirmək üçün ən sadə texnologiya hesab edilir. Burada IP protokollu video və DATA verilənlərin ötürülməsi kimi xidmətlər paketinin heç də əsas elementi sayılmır.

YAZAR: Əhmədli Lamiyə 

Həmçinin bax: İnternet şəbəkəsinin yaranması və inkişaf mərhələləri

Həmçinin bax: https://turaz.org/veten-muharibesi-qehremanlarina-prezident-teqaudu-verilecek-mebleg-aciqlandi/

Həmçinin bax: https://tehsilim.org/sabah-qruplarina-telebe-secimi-aparilib/