IP şəbəkəsində rabitənin təşkili
IP şəbəkəsindən istifadə etməklə dəyəri ödənilmiş karta malik və ya danışıqdan sonra xidmət haqqını ödəmək şərti ilə iki abunəçi arasında rabitənin təşkili prosedurunu nəzərdən keçirək. Bu halda çağıran abunəçi ona xidmət göstərən operatorun şlüzünün (şlüz – şəbəkəyə qoşulma qurğusu olub mövcud şəbəkələrin razılaşdırma funksiyasını yerinə yetirir) kod nömrəsini yığır. Platorma ilə rabitə təşkil ediləndən sonra şlüzdən çağıran abunəçiyə stansiyanın ikinci «stansiyanın cavabı» zummer siqnalı verilir. Bu siqnal IP şəbəkəsinin çağıran abunəçiyə öz PİN kodunun «nömrəsini yığın» xəbərdarlığı kimi qəbul edilib. Əgər zəng çağıran abunəçinin evindən deyil, digər yerdən aparılırsa, onda əlavə olaraq, çağıran abunəçi şəbəkəyə öz parolunu da daxil etməlidir. Bundan sonra ikitərəfli birləşmə traktı yaranır. IP telefon rabitəsinin komponentlərindən istifadə etməklə yerli şəbəkənin iki abunəçisi arasında birləşmə traktı təşkil olunur. IP telefon rabitəsi modelinin komponentlərindən biri yerli şəbəkə ilə IP şəbəkəsi arasında qarşılıqlı əlaqə
yaradan H.323 tövsiyyəli şlüzdür. Burada E.164 ünvan informasiya sellərinin IP ünvan informasiya sellərinə çevrilməsi və onların marşrutlaşdırılması prosesini H.323 tövsiyəli qapıçı server idarə edir. Aydın məsələdir ki, konkret ssenarilər üçün digər elementlər də tələb edilə bilər. İndi isə ssenarinin (birləşmənin) 3 mərhələsini (pulu əvvəlcədən ödəmək üsulu, danışıqdan sonra pulunu ödəmək üsulu, kart üsulu) nəzərdən keçirək.
Birləşmənin I mərhələsi:
1. A abunəçisi operatorun yerli kod nömrəsini yığır;
2. Şlüz xüsusi serverdən çağırılan abunəçinin koordinatları soruşur (identifikasiya olunmuş nömrəyə görə);
3. Server daxil olan informasiyanı nəzərdən keçirməklə müəyyən edir ki, A abunəçisinə lazım olan xidmətdən istifadə etməyə icazə verilmişdir. Bundan sonra isə şlüzə istifadəçinin məlumatının identifikasiyasını verir;
4. A abunəçisi çağırılan B abunəçisinin nömrəsini yığır;
5. Şlüz qapıçı serverlə siqnallaşma sellərini marşrutlaşdırma üsulları haqqında «məsləhətləşir»;
6. Qapıçı server marşrutlaşdırma cədvəli əsasında E.164 ünvanını nəzərdən keçirir, çağırılan abunəçinin şəbəkəsinə çıxışı olan IP şlüzünə ünvan informasiyasını ötürür.
Birləşmənin II mərhələsi:
7. Çıxış şlüz H.323 tövsiyəsi əsasında çağırış sellərini IP şəbəkəsindən keçməklə giriş şlüzünə çatdırır;
8. Giriş şlüzü aldığı informasiya sellərini çağırılan abunəçiyə çatdırır;
9. Şlüz xüsusi serverə xidmət haqqını ödəmək üçün birləşmənin əvvəli və sonu haqqında informasiyanı çatdırır.
Ədəbiyyat: Ə.M.Abbasov, B.İ.Hüseynov, X.F.Kişiyev «Telefon Rabitəsi», (Bakı-2006)
YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbəsi Əhmədli Lamiyə
Həmçinin bax: IP telefon terminləri
Həmçinin bax: https://turaz.org/turkiyede-2-500-il-yasi-olan-afrodita-mebedi-askarlandi/
Həmçinin bax: https://tehsilim.org/sivas-cumhuriyyet-universitetinden-sehid-aileleri-ile-bagli-qerar/