İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir
İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə avqustun 3-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqustun 1-i saat 18:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 99 (AA – 5, AB – 23, AC – 71) namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
Mənbə: azertag.az
Müxbir: Aytac Cəfərova